Icma.az
close
up
RU
Putinin üzrxahlığı prosesin əvvəlidir, sonu deyil Rasim Musabəyov

Putinin üzrxahlığı prosesin əvvəlidir, sonu deyil Rasim Musabəyov

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bu addım sonrakı prosesə düzgün istiqamət verəcək


 “Azərbaycanın da iştirakı ilə hadisə bütün tərəfləri ilə tam araşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır”


Məlum olduğu kimi Rusiya rəhbəri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzr istəyib. Daha sonra Kreml hadisə ilə bağlı bu ölkədə cinayət işinin açıldığına dair məlumat yayıb. İstintaqın Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacağı bildirilib. 

Rusiya liderinin üzr istəməsi və qəza səbəbinin kənar müdaxilə olduğunu etiraf etməsi ictimaiyyətdə müsbət dəyərləndirilib. Hazırda ən çox diqqətdə saxlanılan məsələ Azərbaycan təyyarəsinin vurulmasında günahkar olanların müəyyənləşməsi və cəzalandırılmasıdır. Lakin dəymiş ziyana görə Moskvanın kompensasiya ödəməsi məsələsinə tam olaraq aydınlıq gətirilməyib. 

Rusiyalı politoloq Aleksey Naumov deyib ki, Vladimir Putinin zəngi və üzr istəməsi Rusiya hava məkanındakı vəziyyətə görə məsuliyyətin tanınması deməkdir. Ekspertin sözlərinə görə, günahkarlıq məsələsini sonradan konkret ad və soyadlarla istintaq müəyyən edəcək: "Hesab edirəm ki, bu, faciənin nəticələrinin siyasi həllinin yalnız başlanğıcıdır. Həm də təzminat ödəmək üçün təqsiri etiraf etmək lazım deyil - məsuliyyəti etiraf etmək kifayətdir. Buna bənzər hallar dəfələrlə özünü göstərib. Biz də bu hadisəni izləyirik və necə deyərlər, müttəfiqlik çərçivəsində nizamlanmaya ümid edirik". 

"Xəzər" Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq İqor Korotçenko deyib ki, Aktauda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan və Rusiya liderləri siyasi müdriklik nümayiş etdirdilər. İ.Korotçenko vurğulayıb ki, Əliyev və Putinin birbaşa əlaqə kanalı və ən mürəkkəb məsələlərlə bağlı tez və operativ şəkildə qərarlar qəbul etmək imkanı var: "Telefon danışığının yekunu üzrə prezidentlər araşdırmanın aparılmasında birgə zəruri köməkliyin göstərilməsi barədə razılığa gəliblər və düşünürəm ki, Rusiya hava məkanında Azərbaycan təyyarəsi ilə baş vermiş faciəli hadisənin Moskva və Bakı arasında dövlətlərarası və tərəfdaşlıq münasibətlərinə təsir etməməsi üçün hər şeyi edərək siyasi müdriklik nümayiş etdiriblər". 

Rusiya bürosuna Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da bildirib ki, liderlərin telefon danışığından sonra təyyarə qəzasının səbəblərinin ətraflı şəkildə araşdırılacağına şübhə yoxdur: "Qaydalara əsasən, ilkin hesabatın hazırlanması üçün 30 gün, tam hesabat üçün isə 12 aya qədər vaxt ayrılır. Lakin AZAL aviaşirkətinə təyyarənin itirilməsinə görə, həmçinin həlak olmuş sərnişinlərin və pilotların ailələrinə kompensasiyanın ödənilməsi ilə bağlı qərar yaxın vaxtlarda qəbul ediləcək. Artıq dediyim kimi, Rusiya hökuməti faktlardan yayınmaq və ya onları gizlətmək niyyətində deyil. Əgər araşdırma Rusiya hökumətinin günahını təsdiqləsə, o, öz məsuliyyətini qəbul edəcək". 


Millət vəkili Rasim Musabəyov deyib ki, Azərbaycanın tələbləri qarşısında Rusiya Prezidenti V.Putinin hadisəyə görə üzrxahlıq etməsində üç amil əsas rol oynayır. Deputatın sözlərinə görə, bunu ilk növbədə haqq-ədalət tələb edirdi, baxmayaraq ki, Rusiya bu məsələni öz bildiyi kimi yozurdu, ancaq bundan qaçmaq qeyri-mümkündür: 

"Çoxları düşünür ki, Rusiyanın Azərbaycan üçün böyük əhəmiyyəti var. Düzdür, elədir, Rusiya qonşu və böyük ölkədir. Ancaq Azərbaycan da Rusiya üçün olduqca böyük əhəmiyyətə malikdir. Rusiya hazırda elə vəziyyətdə deyil ki, münasibətləri qoruyub-saxlayan üç-beş ölkəni də özündən küsdürsün. Ən mühüm nüanslardan biri isə cənab Prezidentin bu məsələyə yanaşması, prinsipial mövqeyidir. Xatırladım ki, hadisə barədə məlumatı əldə edən dövlət başçısı dərhal Azərbaycana qayıtdı, müşavirə keçirtdi və müvafiq tapşırıqlarını verdi. Nümayiş olundu ki, Azərbaycan bu məsələdə öz haqqını təmin etmək üçün bütün zəruri addımları atacaq. Rəsmi Bakı göstərdi ki, hadisəyə heç kimin barmaqarası baxmasına imkan verməyəcək. Çeçenistan rəhbərliyinin bir sıra təkliflərindən də imtina edildi. Çünki Azərbaycan bu məsələdə Rusiyanın dövlət səviyyəsində münasibətini tələb edirdi. Nəticədə Rusiya prezidenti Azərbaycan rəhbərinə zəng edərək üzrxahlığını bildirdi. Şübhəsiz, bu məsələdə Azərbaycan liderinin mövqeyi, eyni zamanda ölkə ictimaiyyətinin və dünyanın yanaşması da önəmli rol oynadı. Bu yanaşmalar üst-üstə düşürdü". 


Parlamentari bildirib ki, Putinin üzrxahlıq zənginədək Rusiyanın bəzi televiziya kanalları faciəli hadisəni iyrənc şəkildə lağlağı söhbətinə çevirmişdilər: 

"Hətta "quş dəstəsi" və "oksigen balonu" kimi absurd iddiaları gündəmdə saxlayır, müzakirə edirdilər. Nəhayət anladılar ki, bunlara son qoymaq lazımdır. Putinin zəngi Rusiyada bəzi dairələrə də öz yerini göstərdi. Kreml anladı ki, belə bir hadisədə hansısa əyalət rəhbərinin özbaşınalığına göz yummaq Rusiyanı dövlət kimi alçalda bilərdi. Əlsində, Rusiya rəhbərinin üzrxahlığı prosesin əvvəlidir, sonu deyil. Bu üzrxahlıq sonrakı prosesə düzgün istiqamət verəcək. Azərbaycanın da iştirakı ilə hadisə bütün tərəfləri ilə tam araşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır. Bununla yanaşı, kompensasiya, təzminat məsələsi də gündəmə gələcək. Rusiya dövlət olaraq öz ərazisinə uçuşların olmasını istəyirsə, bənzər hadisələrin yaşanmaması ilə bağlı güclü təminatlar verməlidir. Əgər Rusiya səmasında təhlükə qalacaqsa, təyyarənin pilotları həmin məkana girməkdən imtina edəcəklər". 

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycanın 44 günlük müharibədə qalib olması, işğal altındakı torpaqlarını azad etməsi, ölkəmizdəki kənar hərbi qüvvələrin çıxarılması, Qarabağda separatizmə son qoyması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, bu proseslər fonunda Qərb dövlətləri tərəfindən təzyiqləri dəf etməsi dövlətimizin təkcə regional deyil, qlobal mövqeyini, gücünü də kifayət qədər artırdı: "Qoşulmama Hərəkatının bütün üzvləri Bakını tam dəstəklədi. Bunlar həm də Azərbaycanın diplomatik gücünün nümayişi idi. Xüsusən, ötən ay Azərbaycanda keçirilən qlobal əhəmiyyətə malik COP29 tədbirinin keçirilməsini, xüsusi qətnamələrin qəbul olunmasını da vurğulamaq lazımdır. Əgər bir ölkə heç bir dövlətdən iqtisadi-hərbi yardım, diplomatik himayə tələb etmirsə, belə bir dövlətlə mütləq hesablaşmaq lazımdır. Nəzərə alaq ki, 140 milyon əhalisi olan, ən böyük əraziyə malik Rusiya ilə Azərbaycan bərabər ölkələr deyil. Amma Azərbaycanın kifayət qədər siyasi-iqtisadi, hərbi gücü var ki, hər bir ölkənin qarşısında öz maraqlarını, hüquqlarını sonadək müdafiə etsin. Azərbaycanın üstünlüyü ondadır ki, bizim dövlətimiz uzunmüddətli strategiyanı uğurla həyata keçirir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri