Icma.az
close
up
RU
PUTİNİN YARIMÇIQ ÜZRXAHLIĞI İkitərəfli münasibətlər Kremlin atacağı addımlardan asılıdır AzPolitika onlayn siyasiictimai qəzet

PUTİNİN YARIMÇIQ ÜZRXAHLIĞI İkitərəfli münasibətlər Kremlin atacağı addımlardan asılıdır AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Dünən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus təyyarənin qəzaya uğramasına görə üzr istəyib. Bu üzrxahlıq hadisədən təxminən 3 gün keçdikdən sonra baş verdi və Azərbaycan ictimaiyyətinin gözləntilərini doğrultmadı. Liderlərin telefon danışığının ictimailəşən mətnindən də görünür ki, rəsmi Bakı bu üzrxahlıqdan o qədər də qane olmayıb.

Əvvəla, Kremlin yaydığı rəsmi məlumatda Azərbaycan Prezidentinin fikirləri əhatəli şəkildə verilməyib. Prezident Administrasiyasının yaydığı mətndə İlham Əliyevin Putinin qarşısında hadisə ilə bağlı bir neçə məsələni qaldırdığı aydın olur. Azərbaycanın hadisənin əsas səbəbini - təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulmasını açıqlaması, bunu təsdiq edən dəlilləri ortaya qoyması Rusiyanı fakt qarşısında qoydu. Bu, Kremli “Ekspertizanın rəsmi nəticələri açıqlanmayınca heç bir açıqlama olmayacaq” bəyanatını dəyişməyə və Putini Azərbaycan liderinə zəng edib üzrxahlıq etməyə vadar etdi.

Bakının Rusiyadan gözləntiləri belə idi: Rusiya rəsmi şəxildə üzrxahlıq etməli, təzminant ödəməyi, cinayətə görə məsuliyyət daşıyanları cəzalandırmağı öhdəsinə götürməli, olayın şəffaf, hərtərəfli araşdırılmasına yardım etməlidir.

Putinin üzrxahlığında hadisənin Rusiya səmasında baş verməsi qeyd olunur, təyyarənin HHM sistemləri tərəfindən vurulması barədə heç nə deyilmir. Həmçinin kompensasiya ödənilməsi barədə də heç nə deyilməyib. Hadisə ilə bağlı Rusiyada cinayət işi açılıb, Rusiya nümayəndələri olayı araşdıran beynəlxalq komissiyada iştirak edirlər.

Prezident İlham Əliyev isə Putinlə telefon söhbətində bir neçə məsələni qaldırıb:

Təyyarə Rusiya HHM sitemləri tərəfindən vurulub;

Təyyarənin digər hava limanlarına enişinə icazə verilməyib və Xəzər dənizi üzərindən Aktau limanına istiqamətləndirilib;

Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Təyyarənin raketlə vurulmasından sonra Rusiya hava limanlarına enişinə icazə verilməməsi və qəsdən Xəzər dənizinə istiqamətləndirilməsi insanlığa qarşı cinayətlər kateqoriyasına daxildir. Ümid etmək olar ki, olayı araşdıran beynəlxalq heyətin gəldiyi qənaətlər arasında bu məsələ də öz yerini tapacaq. Bu zaman Azərbaycan təyyarəsinin vurulması Rusiya üzərinə yeni məsuliyyət və öhdəliklər qoyur. Artıq kompensasiya və üzrxahlıqla bu cinayət işinin bağlanması mümkün deyil.

Rusiya rəhbərliyinin sözügedən davranışları Azərbaycanı qane etməsə də, proses hələ yeni başlayıb, bundan sonra Kremlin atacağı addımlar ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Rusiya rəhbərinin Azərbaycan liderinə gec də olsa zəng etməsi Moskvanın qonşusu ilə münasibətləri korlamaq niyyətində olmadığını nümayiş etdirir. Əlbəttə, bu daha çox Bakının qətiyyətli addımlarının yaratdığı situasiyanın nəticəsidir. Proseslərin bundan sonrakı inkişafı Moskvadan asılıdır...

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri