Icma.az
close
up
RU
Putinin Zelenski ilə bağlı əsas arzusu reallaşır Ölkəni qarışdıran proses başladı

Putinin Zelenski ilə bağlı əsas arzusu reallaşır Ölkəni qarışdıran proses başladı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində Ukraynada prezident seçkiləri keçirilməsi üçün vaxtın çatdığını bildirib. Onun fikrincə, Ukrayna xalqının seçim imkanı olmalıdır.

Tramp seçkilərdə hazırkı Prezident Volodimir Zelenskinin qələbə qazanacağını da istisna etməyib. Ukrayna lideri Ağ Ev rəhbərinin bu çağırışına cavabında seçkilərə hər zaman hazır olduğunu vurğulayıb.

ABŞ Zelenskini devirmək üçün hərəkətə keçib? Tramp onu hakimiyyətdən uzaqlaşdırmaqla Ukrayna və Rusiya arasında istədiyi şərtlər altında sülh müqaviləsinin imzalanmasına nail ola bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, ABŞ prezidentinin yanaşması, ilk baxışda Zelenskiyə təzyiq kimi görünə bilər, amma məsələnin başqa tərəfi də var:

“Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısının səlahiyyət müddətinin başa çatdığını əsas gətirərək, onun legitimliyini şübhə altına alır. Bu ritorika atəşkəsin əldə edilməsi və sülh planının tətbiqi üçün əsas maneə olmasa da, ictimai rəyə təsir baxımından müəyyən əhəmiyyət daşıyır. Bu baxımdan, Vaşinqtonun yanaşması Rusiya tərəfinin iddialarının sıradan çıxarılmasına xidmət edən addım kimi də dəyərləndirilə bilər. Bütün hallarda, Trampın prezident seçkiləri ilə bağlı yanaşması olduqca maraqlı gedişdir.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ukrayna konstitusiyası fövqəladə hallarda, o cümlədən müharibə zamanı seçkilərin keçirilməsini qadağan edir. Əgər Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilərsə, o zaman bu qərarın konstitusiyaya uyğunluğu əsaslandırılmalıdır.

Qeyd edim ki, konstitusiya müharibə və fövqəladə vəziyyət zamanı seçkilərin keçirilməsini qadağan etsə də, bu norma bütün ölkə üzrə vahid fövqəladə rejimin tətbiqini nəzərdə tutur və təhlükəsizliyin təmin olunmadığı şəraitdə seçkilərin azad, ədalətli və rəqabətli keçirilməsini təmin etmək məqsədi daşıyır. Lakin müharibənin Ukraynanın bütün ərazisini əhatə etməməsi və ölkə üzrə ümumi fövqəladə vəziyyətin ləğv edilərək yalnız aktiv döyüş zonalarında saxlanılması ehtimalı konstitusion şərh üçün əlavə imkanlar yarada bilər”.

Mirzəbəyli hesab edir ki, belə bir modeldə Ukrayna ərazisinin təxminən 80 faizində fövqəladə vəziyyət olmayacağı üçün həmin bölgələrdə seçkilərin keçirilməsi hüquqi cəhətdən mümkündür:

“Çünki qadağanın hüquqi mahiyyəti seçki prosesinin təhlükəsiz və legitim şəraitdə təşkilinə yönəlib. Əgər dövlət sübut edə bilsə ki, ölkə ərazisinin əhəmiyyətli hissəsində mülki nəzarət tam bərpa olunub, təhlükəsizlik təmin edilib və seçicinin iradəsini sərbəst ifadə etməsinə maneə yoxdur, onda konstitusion qadağanın mahiyyətini pozmadan seçkinin keçirilməsi nəzəri baxımdan mümkün görünə bilər. Bu halda konstitusiyanın məqsədyönlü şərhinin əsas arqument kimi istifadə olunması mümkündür. Qadağa mətnin özündən yox, onun arxasında dayanan məqsəddən, yəni seçkilərin azad iradə əsasında keçirilməsini təmin etmək niyyətindən irəli gəldiyi üçün həmin məqsəd təmin olunan ərazilərdə seçkilərin keçirilməsi konstitusiyanın tələbinə zidd olmayan məqam kimi qiymətləndirilməyə bilər.


Elçin Mirzəbəyli 

Məsələyə dövlətin davamlılığı və legitimlik prinsipi baxımından yanaşdıqda da oxşar arqument yaranır. Müharibə uzandıqca prezidentin səlahiyyət müddətinin məhdudlaşdırılmış qaydada uzadılması rəhbərliyin legitimmliyinə dair suallar yarada bilər. Bu halda, seçkilərin bütövlükdə ölkədə deyil, yalnız təhlükəsiz zonalarda keçirilməsinin dövlətin davamlılığının təmin edilməsi üçün yeganə çıxış yolu kimi təqdim edilməsi mümkündür. Sözügedən prinsip bəzi ölkələrin fövqəladə şəraitdə tətbiq etdiyi presedentlərə uyğundur və seçki mexanizmlərinin real şəraitə uyğunlaşdırılmasına imkan verir.

Parlamentin hüquqi şərh səlahiyyəti də bu istiqamətdə istifadə oluna bilər. Ali Rada fövqəladə vəziyyətin yalnız müəyyən regionlarda saxlanılması ilə bağlı qərarı əsas götürərək seçki prosedurunu aktuallaşdıra, seçkilərin keçirilməsinin texniki və hüquqi şərtlərini təsbit edən xüsusi akt qəbul edə bilər. Bu halda konstitusiyanın formal mətninə toxunulmasa da, onun tətbiq mexanizmi yeni interpretasiya ilə genişləndirilmiş olur. Seçkilərin təşkilində təhlükəsiz bölgələrdə səsvermənin ənənəvi qaydada, müharibə zonasından məcburi köçkün düşmüş seçicilər üçün isə xüsusi səsvermə mexanizmləri ilə keçirilməsinin praktiki həll yolu kimi qəbul edilməsi ehtimalı mümkündür”.

Deputatın fikrincə, Ukraynada prezident seçkilərinin keçirilməsi yalnız konstitusiyanın mətninə deyil, onun mahiyyətinə əsaslanan geniş hüquqi şərhlə də əsaslandırıla bilər:

“Seçkilərin bütün ölkə üzrə deyil, təhlükəsiz və fövqəladə vəziyyətin tətbiq edilmədiyi ərazilərdə keçirilməsinin həm konstitusiyanın məqsədlərinə, həm də dövlətin davamlılığının təmin edilməsinə hesablanan hüquqi-siyasi model kimi təqdim olunması ehtimalını da diqqətə almaq lazımdır. Bu yanaşma ideal hüquqi mexanizm olmasa da, real geosiyasi şərait və uzanan müharibə fonunda legitimlik boşluğunun qarşısının alınması üçün praktik əsaslandırma nümunəsi yaradır.

Həmçinin, nəzərə almaq lazımdır ki, hazırda təxminən 6,9 milyon ukraynalı xaricdə məskunlaşıb və onların böyük qismi Avropa ölkələrində yaşayır. Bu insanların hamısının səsvermə hüququna malik olmaması və faktiki olaraq yalnız bir hissəsinin seçkilərə qatılacağı nəzərə alınsa belə, potensial iştirak 2–3 milyon əlavə səs deməkdir. Bu, xüsusilə müharibə dövründə ölkə daxilində səsvermə imkanları məhdudlaşan vətəndaşların ümumi seçici kütləsinin strukturunu dəyişdirə bilər.

Diasporun siyasi davranışı müharibə reallığından kənarda formalaşdığından, onların səsvermədə iştirakı seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərər. Xaricdəki ukraynalılar daha çox Avropa inteqrasiyası, təhlükəsizlik təminatı, müharibədən sonra bərpa siyasəti və sosial sabitlik kimi məsələləri prioritet sayır. Bu baxımdan, onların aktiv iştirakı seçkilərin legitimliyini artırmaqla yanaşı, Ukraynanın gələcək siyasi kursunun müəyyən edilməsində əsas qruplardan birinə çevrilər.

Əgər xaricdə yaşayan ukraynalıların səsverməsində texniki və hüquqi mexanizmlər tam təmin olunsa, onların iştirakı mövcud hakimiyyət üçün də üstünlük yarada bilər. Çünki diaspora, əsasən, müharibənin ilk mərhələsində ölkəni tərk etmiş və Zelenski hökumətinin müqavimət strategiyasını dəstəkləmiş sosial qruplardan ibarətdir. Lakin bu üstünlük avtomatik sayılmır. Seçici davranışı həm də müharibənin uzanması, sosial-iqtisadi çətinliklər və siyasi alternativlərin cazibəsi ilə bağlı dəyişə də bilər.

Bütün hallarda, xaricdəki milyonlarla ukraynalının seçkilərə cəlbi həm nəticələrə təsir potensialı yüksək olan siyasi faktor, həm də geniş legitimlik təmin edən demokratik mexanizm kimi qiymətləndirilməlidir. Bütün bunları nəzərə alaraq, Donald Trampın seçkilərlə bağlı fikirlərinin, istisnasız olaraq, Zelenkiyə qarşı təzyiq kimi qiymətləndirilməsinin və onun hakimiyyətdən getməsinə xidmət etməsinin həqiqəti tam şəkildə ifadə etmədiyini düşünürəm”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri