“Putinlə Zelenski arasında böyük nifrət sülhə gəlməyə mane olur“ Tramp
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Danışıqlar çoxsəviyyəli və mürəkkəbdir..."
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Ukrayna ilə Rusiya arasında aparılan danışıqların davam etdiyini və hazırda "normal getdiyini" bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri yazıb.
Məlumatda deyilir ki, bununla belə, Tramp vurğulayıb ki, müharibənin başa çatması məsələsi hələ də tam həll olunmayıb. ABŞ lideri qeyd edib ki, onun vasitəçiliyi ilə dünyada səkkiz münaqişə sona çatıb, lakin Rusiya-Ukrayna müharibəsi bu mərhələyə hələ çatmayıb.
Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında "böyük nifrətin" mövcud olduğunu və bunun danışıqları çətinləşdirdiyini deyib. Onun sözlərinə görə, son bir ay ərzində hər iki tərəf ümumilikdə təxminən 27 min hərbçi itirib. Tramp mülki şəxslər arasında da itkilərin olduğunu, lakin əsas itkilərin cəbhədə qeydə alındığını bildirib.
Mayami danışıqları və ilkin razılaşmalar
Ukrayna prezidenti Vladimir Zelenski Mayamidə ABŞ nümayəndələri ilə aparılan danışıqların ilkin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, müharibənin dayandırılmasına dair 20 maddədən ibarət sülh planının ilkin layihələri hazırlanıb.
Zelenski bildirib ki, Ukrayna, Avropa ölkələri və ABŞ arasında təhlükəsizlik zəmanətlərinə dair çərçivə sənədi mövcuddur.
Bundan əlavə, Kiyev və Vaşinqton arasında ayrıca ikitərəfli təhlükəsizlik zəmanətləri sənədi hazırlanıb və bu sənədin ABŞ Konqresində müzakirəsi nəzərdə tutulur. Prezident bu mexanizmlərin Ukrayna ordusu üçün real və güclü təminatlar verdiyini vurğulayıb. O, həmçinin Ukraynanın bərpasına dair ilk müqavilə layihəsinin də hazır olduğunu qeyd edib. ABŞ tərəfinin hazırda Rusiya nümayəndələri ilə danışıqları davam etdirdiyi, nəticələrin isə sonradan Kiyevə təqdim ediləcəyi bildirilib.
"Danışıqlar çoxsəviyyəli və mürəkkəbdir"
Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov "Forbes"ə müsahibəsində sülh danışıqlarını "çoxsəviyyəli və son dərəcə mürəkkəb" adlandırıb. Onun sözlərinə görə, proses təkcə Ukrayna və ABŞ arasında deyil, Rusiya, Avropa və daxili siyasi amillərlə də sıx bağlıdır. Budanov qeyd edib ki, Ukrayna tərəfi ABŞ Konqresinin təhlükəsizlik zəmanətlərinə nəzarətdə birbaşa iştirakını vacib hesab edir. O, ABŞ-ın prosesə yeni impuls verdiyini vurğulayaraq, gələcəyə nikbin baxdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















