Qaani haqqında yeni xəbər var
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani hazırda İranın ABŞ-İsrail kolisiyasına qarşı apardığı müharibəni idarə edən əsas generallardan biridir.
Gununsesi.info xəbər verir ki, bu barədə SEPAH-a yaxın mənbələrin məlumatında bildirilib.
Məlumata görə, İranın regiondakı proksi qruplarını general İsmayıl Qaani koordinasiya edir. Livandakı “Hizbullah”, İraqdakı “Haşd-i Şabi” qrupları və Yəməndəki Husilər onun kurasiyasındadır.
SEPAH-a yaxın mənbələr yazır ki, ABŞ-İsrail kolisiyası İsmayıl Qaaninin yerini tapa bilmədiyinə görə, ona qarşı media üzərindən savaş aparırlar. Yəni əslində Qaani nə həbs edilib, nə də edam olunub.
Qeyd edək ki, ABŞ-İsrail kolisiyasının İrana hücumları başlayandan sonra xarici KİV-lər general İsmayıl Qaani haqqında müxtəlif xəbərlər yayıb. Gah onun öldürüldüyü bildirilib, gah da İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə həbs olunduğu yazılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 18 Mart 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















