Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda "Qablaşdırmanın təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi hazırlanıb.
"Unikal" xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və ictimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Yeni texniki reqlamentin məqsədi insanların həyat və sağlamlığının, əmlakın, ətraf mühitin, həmçinin heyvan və bitkilərin qorunmasıdır. Sənəd eyni zamanda qablaşdırma vasitələrinin istehlakçıları yanlış yönləndirə biləcək hərəkətlərin qarşısını almağı hədəfləyir.
Reqlamentdə qablaşdırma və qablaşdırma vasitələri üçün məcburi tələblər, onların saxlanması, daşınması və utilizasiyası ilə bağlı normalar müəyyən edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 27 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















