Icma.az
close
up
RU
Qaçaq Nəbinin toyu KÖŞƏ

Qaçaq Nəbinin toyu KÖŞƏ

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbinin həyatından, onun apardığı mübarizədən bəhs edən “Qanlı zəmi” filmini hamımız sevə-sevə izləmişik.

Həmin filmin xeyli təsirli səhnəsi var. Onlardan biri də Qaçaq Nəbinin toy səhnəsidi. Həcər xanımla evlənən Nəbi özünə el adəti ilə toy etmək fikrinə düşür. O dövrün adət-ənənəsinə uyğun stol açılır, üzərinə təamlar düzülür. Qara zurnanın səsi ətrafa yayılır. Di gəl ki, kənd camaatı toya gəlmir. Yeməklər soyuyur, masanın ətrafı boş qalır. Uzun müddət gözü yolda salan Nəbi də pərtliyini gizlədə bilmir, ağır mənzərənin təsiri altında toy mağarını tərk edir...
Martın son günlərində Tovuzda şəhər stadionunun əsas korpus binasının açılış mərasimi keçirildi. Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və başqa qonaqlar iştirak edirdi. Hamısı da Bakıdan əyalətə qədər uzanan yolu qət etmiş, özlərinə əziyyət verməkdən çəkinməmişdilər. Ehtiram Quliyevlə birlikdə açılışı bildirən qırmızı lenti kəsən AFFA-nın baş katibi Cahangir Fərəcullayev ürək sözlərini də bildirmişdi.
Sitat:

“Bu gün Tovuz rayonunda futbol adına gələcəyimizin qapısını açırıq. Burdakı uşaqların hamısı bizim gələcəyimizdi. Əminəm ki, burda milli komandamız üçün yeni nəsil yetişir. Tovuz futbol anlamında başqa regionlar üçün də bir nümunədi. Hamını təbrik edirəm. Doğrudan da, çox vacib tədbirdi. Necə deyərlər, davamı gəlsin. Bilirsiniz ki, AFFA-nın yeni Strategiya planında bu cür tədbirlər bundan sonra da olacaq. İlki Tovuzda baş verir”.


Qulağa xoş gələn sözlərdi. Üzərindən heç bir ay keçmədi. “Turan Tovuz”un adıyla bağlı daha bir tədbir keçirildi. Yenə də açılış mərasimi idi. Bu dəfə mərasim Tovuzda yox, Bakının Kürdəxanı qəsəbəsində baş tutdu. “Hünər” təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirildi. Ehtiram Quliyev açılışı bildirən qırmızı lenti kəsərkən onun yanında AFFA rəsmiləri yer almamışdı. Onunla birlikdə lenti millət vəkilləri Arzu Nağıyev və Azər Allahverənov kəsdi.
Mərasimdən çəkilən şəkillərə dəfələrlə göz gəzdirdim. Gözüm AFFA rəsmilərini axtardı. Amma axtarışlarım nəticəsiz qaldı, axtardıqlarımdan heç kimi görə bilmədim. Belə başa düşdüm ki, AFFA rəsmiləri budəfəki tədbirə qatılmayıb. Sözün düzü, xeyli təəccübləndim. Nə baş verib? Cəmi 25 gün əvvəl 450 kilometr yolu qət etməkdən çəkinməyən AFFA rəsmiləri nə üçün bu dəfə Kürdəxanıda, şəhərin mərkəzindən 10 kilometr məsafədə görünmədi. Onlara dəvət göndərilməyib, yoxsa özlərinə əziyyət vermək istəməyiblər?
Belə cavabsız suallar çoxdu. Həmin suallar ətrafında müəyyən mülahizələr yürütmək mümkün olsa da, bunlar elə ehtimal olaraq da qalacaq. Dəqiq cavabı AFFA rəsmiləri ilə “Turan Tovuz”un rəhbərliyi bilir. Onlar da bunu bizə deməzlər. Səbəb nə olur-olsun, görüntü heç də xoş deyil.
Bəli, yazının əvvəlində “Qanlı zəmi” filmini də bu görüntüyə görə xatırladım. Kürdəxanıdakı açılış mərasimi bir növ Qaçaq Nəbinin toyuna bənzədi. Bilmirəm, AFFA-nın bu boykotu Ehtiram Quliyevi Qaçaq Nəbi kimi pərt edib, ya yox. Ümid edək ki, tərəflər arasındakı münasibətlər o qədər də pis deyil. Ona da ümid edirəm ki, AFFA-nın məlum “VAR yoxdusa, ədalətli oyun da yoxdu, hakimlərə güvənmirik” bəyanatına görə yaranmış qəzəbi də soyuyub, onlar qərb təmsilçisini cəzalandırmağa davam etmək fikrində deyillər.
Olanlar olub, keçənlər də keçib. Çünki bu cür intiriqalardan nə AFFA qazanacaq, nə də Azərbaycan futbolu. Bir vaxtlar Sadıq Sadıqovun rəhbərlik etdiyi “Neftçi” daxili çempionatda rəqib tanımırdı, Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə yeni tarix yazmışdı. Amma AFFA-nın daxilindəki qüvvələr, konkret Elxan Məmmədov onlara qəzəbli idi, addımbaşı “Neftçi”yə badalaq vurmağa çalışırdı. “Neftçi”yə taleyüklü oyunlar ərəfəsində badalaq atılırdı, komandanın üzvləri milliyə çağrılmırdı. Elə Araz Abdullayevin “Evertona”a gedən yolu da bu səbəbdən bağlandı. Çox istərdim ki, həmin səhvlər yenidən təkrarlanmasın.
AMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 May 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri