Icma.az
close
up
RU
Qacar texnologiyaları

Qacar texnologiyaları

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hamımızın həyatında tarixin izləri var. Görsək də, görməsək də. Haradasa zühur edir, gah günəş kimi parlayır, gah ay kimi gizlənir, gah da külək kimi sovrulub yanımızdan keçir. Ta demirik, ay fələk, odur, özüdür, bax bu mənim tariximdir. Heç kəs tarixin qırmancını yemək istəmir. Mən də. Amma o gün bir daha başa düşdüm ki, tarix insanı qərbdən Şərgə - Gəncədən Gürganadək müşayət etmək gücündəymiş. Bunu başa düşdüyümə qədər də mən tarixi "görür", "eşidir", duyurdum, bəzən də ona "toxuna" bilirdim. İndi isə o, bəzi mübhəm şifrələrini açıb üzümə durur, "mənə bax" deyir...

Həyatımda çox az sayda "yumşaq ruh"lu qacar gördüm. Bilmirəm, "yumşaq ruh" dedikdə məhz hansı insan tipini nəzərdə tuturam? Bəlkə "yumşaq ruh", məsələn, kitab-dəftərə, elmə, oturaq  həyata meyllilik də ola bilər, məişətdə səliqə-səhman da. Daim köçürülmə, yerdəyişmə və ağrılı uyğunlaşma indiyədək gördüyüm qacarların (və onların tör-töküntüsünün) üzünə yazılmışdı. Üstəlik, mənim gördüyüm qacarlar əsasən (və onların tör-töküntüləri) belə idi: sərt, acıdil, aşağı məhəllə ilə yuxarı məhəllənin, çayın o üzü ilə bu üzünün çəkişdiyi, didişdiyi, lap axırda isə bir-biri ilə döyüşüb çökdürüldüyü tayfalar (ailələr, qəbilələr, mahallar) birliyi. Daxili nifaq o qədər dərinlərə gedib çıxırdı ki, bunları müşahidə edən bir uşaq üçün umumi mənzərə tükürpədici fəsadlar törədə bilərdi. Lakin, bütün bu əcaib-qəraibliklərin arasına girən sevgi və sədaqət, mərdlik və ləyaqət xalça ilmələrinə toxunurmuş kimi, şifrələnib bir çoxlarını qoruya bildi. Bəlkə elə məni də. Bu şifrələrin ziqzaqları o qədər dərindir ki, həm yol göstərə, həm çəməndə çiçək açdıra, həm də tifaqları dağıdıb yolumuza qara buludlar çökdürə bilər. İstənilən halda, olan budursda, budur. Bir Dostum demiş, ümumən ruhumuzun, mədəniyyətimizin "masştab"ı (miqyası ) hanı, haradadır, nə qədərdir, bəlkə ümumən bu miqyas yoxdur, sual altındadır? Başqaları bir yana, qacarlarda gördüyüm bu qədərdir, qacarların coğrafiyasi, tarixi izləri bəzən çox dar, bəzən eninə-uzuna genişdir, bəzən qatları çoxdur, perspektiv açıqdır, bəzən isə çıxılmaz dalandır...     

Keçən günlərdə Cavid prospekti səmtindən, Texniki Universitetin yanından keçərkən düşündüm ki, qərb tərəflərdən qoparaqlanıb gəlsəm də buralarda ən çılğın dövrlərim keçib, od kimi yanıb, kül kimi küləklərə sovrulmuşam. Bakını bütün ruhumla sevmiş, ona aşiq olmuşam, küləkli şəhərin, onu qucaqlayıb qoruyan sirli-seirli Abşeronun bircəcə qum dənəciyinə çevrilməyə çalışmışam. Fəqət, o qədər də diqqətsiz olmuşam ki, Texniki Universitetin Cavid prospekinə baxan tərəfi bir yana, arxada qocaman bir universitet şəhərciyinin də olduğunu görməmişəm. Ayrı vaxt küləkli şəhərin bütün dəlmə-deşiklərində girələnib onu dərk etməyə çalışarkən, nə üçünsə, buralara nəzər-diqqət etməmişəm. Axırı, "qacar dövrünün texnoloji irsi" məni bu labirintə də gətirdi...

Ötən günlərin birində Azərbaycan Texniki Universitetində "Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” mövzusunda keçirilən seminar-müzkirədə iştirak etdim. Bax elə o tədbirdən sonra da yuxarıda yazdığım əhvallara düşdüm. Azərbaycan Milli Kulinariya Assosiasiyasının və "Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənətləri Birliyi”nin Prezidenti, dəyərli Tahir Əmiraslanovun "Qərbi Azərbaycan mətbəxi və onun texnoloji özəllikləri" mövzusunda çıxışını maraqla dinlədim. Lakin gündəlikdəki digər iki çıxış İrəvan irsi barədə daha yeni mesajlar verməyə amadə idi ki, yanımda oturmuş, sarımsaq iyi verərək dil qəfəsə qoymadan "Leninakan"dan danışan adam təmkinimi pozmağa səbəb olacağı halda, bir də baxdım, Rəssamlar İttifaqının üzvü, Yeni Texnologiyaların İncəsənətdə Tətbiqi bölməsinin rəhbəri Toğrul Sərdarlının "İrəvan xanlığı dövründə əl sənətlərində əski və müasir  texnologiyalar” mövzusunun qanadlarında qərbə uçuram. Daha sonra, UNEC Dizayn kafedrasının  baş müəllimi Əli İsmayıl Əliyevin "İrəvan saraylarında divar rəsmləri və Azərbaycan dekorativ rəngkarlıq ənənələri”nə dair dəyərli çıxışını dinlədim, sonra isə onun İrəvan qalasını əsas detalları ilə əks etdirən dəyərli rəsm əsərinə heyranlıqla baxdım...

Dilbər Axundzadənin xatirələrinə inansaq, Müşfiq Göyçə gölünədək gedib çıxmışdı və Gəncədəki simsarlarından Aşıq Ələsgərin irsini öyrənmək üçün sərf etdiyi canatmalarından doymamışdı. Yuxarıda haqqında danışdığım tədbirdən sonra Müşfiqi xatırladım (belə hallarım tez-tez olur) və düşündüm ki, Dostumun dediyi "masştab" eyni coğrafiyada müxtəlif cür qovrulub yanmaqdan da yarana bilər... 

Tarixlə mükalimədə gələcəyin çağırışlarını düşünərkən ətrafımdakı əksəriyyətin üzündə bir qaçqınlıq pərdəsi görürəm. Bu pərdə qərbdən şərqə - Gəncədən Gürganadək iz qoyub-gedib. Torpaqdan deyil, ondan əvvəl Tayfadan (ailədən, qəbilədən, mahaldan) qaçan bütün insanlar bir-birinə bənzəyir: onlar nədən qaçsalar da Tayfa dərsindən qaça bilməyiblər. Tayfa dərsi isə damğadır və yeni texnologiyalar yaradır... 

Məqsəd Nur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri