Icma.az
close
up
RU
“Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidirlər”

“Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidirlər”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal rayonunda yerləşən yaşayış binasında 3 nəfərin ölümü, onlarla sakinin xəsarət alması ilə nəticələnən dəhşətli yanğın hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas zərərçəkmişlərin bu ilkin istintaqa etirazları ilə diqqət çəkib.

Əvvəlcə məlumat üçün deyək ki, hadisə nəticəsində 3 nəfər ölüb. Onlardan biri tanınmış vəkil Elçin Qəmbərovun nəvəsi, vəkil Elçin Qəmbərovun isə qızı 7 yaşlı Arzu Qəmbərli, biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli, üçüncüsü isə 42 yaşlı Samir Məmmədovdur. Eyni zamanda hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Onlardan biri də Könül Vəlibəylinin 25 yaşlı qızı Ləmandır. Ləmanın vəziyyəti hələ də ağırdır.

Dəhşətli cinayətə görə isə 1 nəfər- “Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayev həbs edilib. Ona görə ki, Paşayevin klinikası hadisə baş verən binanın zirzəmisində yerləşib. Məhz orada başlayan yanğın nəticəsində qısa müddətdə binanı qatı tüstü bürüyüb.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən ilk məhkəmədə zərərçəkmiş şəxslər cinayət işinin məhkəmə baxışına verilmədən prokurora qaytarılmasını istəyiblər. Zərərçəkmiş tərəf hesab edir ki, bu iş üzrə ilkin istintaq hərtərəfli araşdırma aparmayıb, təqsirkar şəxslər hamısı müəyyən edilməyib.

Yanğında qızını itirən vəkil Əli Qəmbərli digərlərinin də adından çıxış edərək deyib ki, bu hadisəyə görə Bəhruz Paşayevdən əlavə yanğın başlayan obyektinin mülkiyyətçisi Vüqar Abbasov da cinayət məsuliyyətinə cəlb edilməlidir. Bundan əlavə “İvolt” MMC-nin də təqsiri var:

“Bəhruz Paşayev nə qədər təqsirlidirsə, Vüqar Abbasov da o qədər təqsirlidir. Amma nə olsa yaxşıdır, Vüqar bu işdə zərərçəkmiş qismində tanınıb. Bəhruzla Vüqar qohumdurlar. Hətta uydurma olaraq guya Bəhruz zərər çəkdiyi üçün ona pul da ödəyib. Bundan əlavə “İvolt” MMC-nin rəhbəri Hacızadə Orxan Rüfət oğlu da istintaqa cəlb edilməlidir. Çünki yanğın təhlükəsizliyinə birgə cavabdeh olublar. Orxan da Vüqar da burada Bəhruzla birgə mühakimə edilməlidirlər. Xahiş edirəm, mənim övladımın ölümündə təqsiri olan kim varsa layiqli cəzasını alsın”.

Fotoda: Vüqar Abbasov

Hadisə nəticəsində həyatını itirən Könül Vəlibəylinin atası Vəlibəy Hümbətov da məhkəmədən eyni şeyi istəyib:

“Mənim nəvəm bu dəqiqə xəstəxanada ölümlə mübarizə aparır, amma təqsirkarlardan heç biri bircə dəfə də onunla maraqlanmayıb. Qaçıb mağarada gizlənirlər. Ləman indi Türkiyədə ölüm ayağındadır. Hər şeyimi satıb onun müalicəsinə vermişəm. Amma bu adamlar qətiyyən maraqlanmırlar. Qızım öldü, nəvəmi də itirmək istəmirəm”, -deyib.

Mərhum Könülün atası göz yaşlarını saxlaya bilməyərək çıxışını yarımçıq saxlayıb. Onun vəkili Xeyransa Babayeva bütün təqsirkarların müəyyən edilməsi üçün işin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Bütün zərərçəkmişlər qaldırılan vəsatəti dəstəkləyib. Prokuror isə cinayət işinin ibtidai istintaqının düzgün aparıldığını, kobud qanun pozuntularına yol verilmədiyindən işin məhkəmə baxışına verilməsini xahiş edib. Məhkəmə müşavirədən sonra zərərçəkmiş şəxslərin qaldırdığı vəsatətin təmin edilmədiyini elan edib. Hakimlər məzuniyyətə getdiyi üçün məhkəmə araşdırması iyulun 30-da başlayacaq. Onu da öyrəndik ki, yanğın nəticəsində yaşayış binasına 419 min 318 manat maddi ziyan dəyib. Həmin ziyanın 351 min 897 manatını hazırkı təqsirləndirilən Bəhruz Paşayev ödəyib. Bu hal cinayət işində onun məsuliyyətini yüngülləşdirən hal kimi qeyd edilib.

Qeyd edək ki, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetirilsə onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Sail Ağasəlim



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyun 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri