Icma.az
close
up
RU
Qaçış üçün hansı krossovkalar lazımdır: İdman ayaqqabısının xüsusiyyətləri

Qaçış üçün hansı krossovkalar lazımdır: İdman ayaqqabısının xüsusiyyətləri

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Şəhər parkında qısa məsafə, qaçış zolağında məşq və ya kələ-kötür ərazidə qaçış — bunların hamısı qaçışdır. Lakin hər bir halda ayaq pəncəsinə, bağlara və dizlərə düşən yük fərqli olur.

Qaynarinfo xəbər verir ki, adi gündəlik ayaqqabılar bu məşqlərin heç biri üçün uyğun deyil. Şəhər krossovkaları zərbə impulslarını demək olar ki, azaltmır. Onların yumşaq üst hissəsi təkrarlanan hərəkətlər zamanı ayağı lazımi səviyyədə sabitləmir. Nəticədə ayaqlar tez yorulur, oynaqlarda narahatlıq yaranır və zədələnmə riski artır. Buna görə xüsusi qaçış krossovkalarına ehtiyac var. Hansı halda hansı modeli seçmək lazım olduğunu nəzərdən keçirək.

Səthin növü: Harada qaçırsınız?

Ayağın altında olan səth qaçış ayaqqabısı seçərkən əsas meyardır. Protektorun necə olması, amortizasiyanın səviyyəsi və krossovkanın üst hissəsinin nə dərəcədə qoruyucu olması bundan asılıdır.

1. Asfalt, səki daşları, beton. Bunlar ən sərt səthlərdir. Belə səthlərdə qaçış oynaqlara və onurğaya ciddi zərbə yükü yaradır. Buna görə məşqlər üçün orta altlıqda qalın yumşaq köpük qatı olan şosse qaçış krossovkaları lazımdır. Bu qat hər dəfə ayağın yerə toxunması zamanı zərbəni udur və əsas yükü öz üzərinə götürür.

2. Qaçış zolağı, stadion. Rezin örtük zərbəni qismən udur, buna görə həddindən artıq qalın altlıq lazım deyil. Yüngül tor materialdan hazırlanmış üst hissəyə malik, orta dərəcədə yumşaq ayaqqabılar uyğun gəlir. Bu halda əsas tələb yaxşı havalandırmadır ki, ayaqlar həddindən artıq isinməsin.

3. Torpaq, park cığırları, treyl marşrutları. Burada əsas çətinlik artıq səthin sərtliyi deyil, onun nahamarlığıdır: daşlar, ağac kökləri, qum və yaş torpaq. Belə məşqlər üçün dərin relyefli protektoru, möhkəm üst hissəsi və sıx burun bölməsi olan krossovkalar lazımdır.

Müxtəlif səthlərdə qaçmağı planlaşdırırsınızsa, məşqlərin böyük hissəsinin keçiriləcəyi səthə uyğun model seçin və ya bir neçə cüt krossovka alın.

Altlığın konstruksiyası və amortizasiya səviyyəsi

Qaçış zamanı ayaq pəncəsi hər saniyə bədən çəkisinin yaratdığı yükə məruz qalır. Buna görə altlıq sadəcə yumşaq olmamalıdır. Əsas məsələ zərbəni necə udması, itələnmə zamanı enerjinin bir hissəsini necə geri qaytarması və hərəkət zamanı ayağı necə dəstəkləməsidir.

Məhsul təsvirlərində aşağıdakı xüsusiyyətlərə diqqət yetirin:

1. Amortizasiya. Yerə enmə zamanı zərbənin yumşaldılmasına orta altlıqdakı köpük cavabdehdir. Bu, EVA və ya "UA HOVR™", "Charged Cushioning®", "UA FLOW", "BOOST", "BOUNCE", "CLOUDFOAM", "FuelCell", "Nitro" və digər xüsusi texnologiyalar ola bilər. Onlar yumşaqlıq, elastiklik və çəki baxımından fərqlənirlər. Bu və ya başqa bir texnologiyanın adını görürsünüzsə, istehsalçının onu necə təsvir etdiyini yoxlayın.

2. Drop. Bu, daban və burun hissəsində altlığın hündürlüyü arasındakı fərqdir. Gündəlik məşqlər üçün adətən 8-12 mm klassik drop-a malik modellər seçilir. Bu göstərici daban üzərində qaçış zamanı Axilles vətərində gərginliyi və baldır əzələlərinə düşən yükü azaltmağa kömək edir.

3. Elastiklik. İdman altlığı yalnız ayaq barmaqlarının yerləşdiyi ön hissədə əyilməlidir. Orta hissə isə topuq oynağını burxulmalardan qorumaq üçün daha sərt qalmalı və burulmamalıdır. "Under Armour", "Asics", "Lotto", "Saucony" və digər tanınmış brendlərin məhsullarını seçirsinizsə, bu baxımdan narahatlığa əsas yoxdur.

Altlığa vahid sistem kimi yanaşın: köpük materialı, həndəsi quruluşu, drop göstəricisi və elastiklik səviyyəsi qaçış tempinizə, məsafəyə və adətən qaçdığınız səthə uyğun olmalıdır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Avqust 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri