Qaçış həvəskarları üçün vacib XƏBƏRDARLIQ
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
On km qaçış zamanı bədən təxminən 8 min zərbə qəbul edir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə travmatoloq-ortoped Mixail Ryazantsev "Gazeta.ru"ya açıqlamasında bildirib.
O izah edib ki, qaçış texnikasındakı səhvlər və istirahət etmədən qaçmaq oynaqlarda zədələrin toplanmasına səbəb olur.
Həkimin sözlərinə görə, qaçış zamanı ağrı və ya narahatlıq yaranarsa, məşqi davam etdirmək olmaz.
Həddindən artıq fiziki yük bağların iltihabına, qığırdaq zədələnməsinə və baldır nahiyəsində ağrılara səbəb ola bilər. Qaçış zamanı Axilles vətərinə də böyük yük düşür və bu, bəzi hallarda vətərin qismən qopmasına gətirib çıxara bilər.
Mütəxəssis oynaqları qorumaq üçün düzgün qaçış texnikasından istifadə etməyi, uyğun idman ayaqqabısı seçməyi və məşqlə istirahəti növbələşdirməyi tövsiyə edib. Ağrı davam edərsə, travmatoloq-ortopedə müraciət etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Mart 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















