Ürək üçün gəzinti, yoxsa qaçış?
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Gün ərzində qısa fasilələrlə edilən sürətli gəzintilər sağlamlıq üçün bir dəfəyə uzun müddət gəzməkdən daha faydalı ola bilər.
"Cebheinfo.az" xəbər verir ki, araşdırmalara əsasən, hər saat cəmi 5 dəqiqə sürətli templə gəzmək maddələr mübadiləsinə və ürək sağlamlığına müsbət təsir göstərməklə yanaşı, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə də kömək edir.
Obesity jurnalında dərc olunan, 30 yetkin şəxsin iştirak etdiyi altı həftəlik tədqiqatın nəticələrinə görə, gün ərzində qısa gəzinti fasilələri edən şəxslərdə qan şəkərinin hədəf diapazonda qaldığı müddət 82 faizdən 94 faizə yüksəlib.
Bir dəfəyə 45 dəqiqə fasiləsiz gəzənlərdə isə bu göstərici 89 faizdən 80 faizə düşüb.
Tədqiqatçılar xüsusilə gün ərzində uzun müddət masa arxasında oturan şəxslərə hər 30-60 dəqiqədən bir ayağa qalxaraq hərəkət etməyi tövsiyə edirlər.
Bildirilir ki, qısa hərəkət fasilələri qanda şəkərin səviyyəsindəki dalğalanmaları azaltmağa kömək edə bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 25 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















