Qaçışlar kralı yenidən həbs edildi Üstündən cəmi 500 avro çıxdı
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniya Milli Polisi Tarrqona şəhərində müxtəlif ölkələrin həbsxanalarından dəfələrlə qaçdığı üçün “Qaçışlar kralı” ləqəbi alan 42 yaşlı alban cinayətkar Toma Taulantı saxlayıb.
Demokrat.az xəbər verir ki, “El Universal” nəşrinin məlumatına görə, Taulant sonuncu qaçışından sonra İspaniyada təxminən 9 ay gizlənə bilib.
İspaniya polisi Taulantın izinə Tarrqonanın rayonlarından birində düşüb. Saxlanılarkən müqavimət göstərən şəxsin köməyinə iki həmyerlisi gəlib. Onlardan biri polis əməkdaşını yaraladıqdan sonra saxlanılıb, digər şəxs isə hadisə yerindən qaçıb. Polis daha sonra onun atıb getdiyi tapançanı tapıb.
Taulantın üzərindən axtarış zamanı saxta sənədlər və 500 avro nağd pul aşkarlanıb. Hazırda o, həbsdə saxlanılır.
Toma Taulant quldurluq, silahlı basqın, narkotik və silah alverinə görə dəfələrlə məhkum edilib. O, ilk dəfə 2009-cu ildə İtaliyanın Terni şəhərindəki həbsxanadan qaçıb.
2013-cü ildə Taulant iki dəfə həbsdən qaçmağa nail olub. İlk dəfə İtaliyanın Parma şəhərindəki həbsxanadan kamerasındakı məhbusla birlikdə qaçıb. Daha sonra İtaliyanın ekstradisiyasını gözlədiyi Belçikanın Liej şəhərindəki istintaq təcridxanasından qaçıb.
2025-ci ilin dekabrında isə Taulant Milandakı “Opera” ciddi rejimli həbsxanasından qaçıb. O, burada 2048-ci ilədək cəza çəkməli idi.
Taulantın qaçış üsulları da diqqət çəkib. Hadisələrin birində o, kamera pəncərəsinin dəmir barmaqlıqlarını mişarla kəsərək çarşaflardan hazırladığı kəndirlə aşağı düşüb. Başqa bir dəfə isə skotçla birləşdirilmiş süpürgə saplarından istifadə edərək həbsxananın divarını aşıb.
Daha bir qaçış zamanı Taulant məhbuslardan “canlı piramida” təşkil edib və həbsxananın həyətində törədilən partlayışla mühafizəçilərin diqqətini yayındırıb.
İspaniya polisi açıqlamasında hadisəni belə qiymətləndirib: “Bütün bunlar hansısa filmə bənzəyir, lakin bəzən reallıq istənilən uydurmanı üstələyir”.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Albaniyalı Qaçışlar Kralı dördüncü dəfə həbsdən qaçıb
09 Dekabr 2025 14:06
Dilənçinin üstündən 42 min pul çıxdı
07 Aprel 2025 10:46
Alimlər Alkatraz qaçışlar haqqında nə deyirlər? FOTO
17 May 2025 08:02
DYP nin saxladığı sürücünün üstündən görün nələr çıxdı Beşbarmaq ...Foto
17 Fevral 2025 13:54
Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu Üstündən 3 bıçaq çıxdı
25 May 2026 10:21
Baxış sayı:184
Bu xəbər 27 Avqust 2026 17:26 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları