Icma.az
close
up
RU
Qaçqınların ailə üzvlərini Böyük Britaniyaya gətirilməsi dayandırılır

Qaçqınların ailə üzvlərini Böyük Britaniyaya gətirilməsi dayandırılır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 2 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın daxili işlər naziri Ivet Kuper bu gün parlamentdə çıxışı zamanı qaçqınların ailə birləşməsi qaydalarının müvəqqəti dayandırıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazir yeni sığınacaq alan şəxslərin həyat yoldaşı, tərəfdaşı və uşaqlarını ölkəyə gətirməsinə verilən vizaların sistem islahatları aparılana qədər dayandırıldığını açıqlayıb. Bu müddət ərzində qaçqınlar yalnız Britaniya vətəndaşlarına tətbiq olunan standart ailə birləşməsi qaydalarına uyğun müraciət edə biləcəklər. Bu qaydalara əsasən, ərizəçilər ailə üzvlərini ölkəyə gətirmək üçün illik ən azı 29 min funt gəlir göstərməlidirlər.

İvet Kuper çıxışında bildirib ki, mövcud sistemdə qaçqınların ailə birləşməsində heç bir şərt qoyulmur, halbuki Britaniya vətəndaşları və uzunmüddətli rezidentlər üçün ciddi tələblər mövcuddur. Bu isə ədalətsizlik yaradır və dəyişdirilməlidir. Nazir, həmçinin əlavə edib ki, mövcud qaydaların boşluqlarından insan alverçiləri istifadə edir və bunu miqrantlara təhlükəli La-Manş boğazını qayıqlarla keçidi təşviq etmək üçün vasitə kimi göstərirlər.

Son illərdə kiçik qayıqlarla gələn miqrantların ailə üzvlərini ölkəyə gətirmək üçün müraciət edənlərin sayı kəskin artıb. Statistikaya görə, bu göstərici 2023-cü ildə 4 min 300 olduğu halda, 2024-cü ilin mart ayına qədərki dövrdə 20 min 600 olub. Bu isə ölkədə artmaqda olan mühacir mənzil böhranını daha da dərinləşdirib və müxtəlif bölgələrdə etirazlar yaradıb. .

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see196

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see150

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri