Icma.az
close
up
RU
Qadağan edilən “Labubu” oyuncağı təhlükə saçır ARAŞDIRMA

Qadağan edilən “Labubu” oyuncağı təhlükə saçır ARAŞDIRMA

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Labubu oyuncaqları son zamanlarda sürətlə populyarlıq qazanaraq həm uşaqlar, həm də böyüklər arasında fenomenə çevrilib. Lakin bu populyarlıq bəzi narahatlıqları və onların qadağan edilməsi ilə bağlı müzakirələri də özü ilə gətirib.

Tribunainfo.az Türkiyənin “Hürriyet” nəşrinə istinadən Labubu haqqında araşdırmanı təqdim edir:

Labubu, Honq Konqlu rəssam Kasinq Lunq tərəfindən yaradılmış və Çində yerləşən Pop Mart şirkəti tərəfindən dizayner edilərək istifadəyə verilmişdir. “Canavarlar” serialının bir hissəsi olan Labubu iri gözləri, sivri qulaqları və “qorxulu, lakin sevimli” kimi təsvir edilən təbəssümü ilə seçilir. Bu oyuncaqlar çox vaxt “blind box” sistemində satılır, yəni alıcı qutunu açana qədər hansı fiqurun içində olacağını bilmir. Bu satış strategiyası kollektor marağını və oyuncağa olan tələbatı artırır.

Labubu oyuncaqları niyə təhlükəli hesab olunur?

Labubu oyuncaqlarının təhlükəli hesab edilməsinin həm psixoloji, həm də fiziki səbəbləri var:

Psixoloji təsirlər: Mütəxəssislər qeyd edirlər ki, Labubu oyuncaqları xüsusilə uşaqlarda və yeniyetmələrdə dopamin asılılığı yarada bilər. Bu oyuncaqlara sahib olmaq, istehlakçı vərdişləri və nəzarətsiz xərcləmələri tətikləyən sosial mühitdə status simvolu və identifikasiya vasitəsi ola bilər.

Fiziki Risklər: Orijinal məhsullarla yanaşı, bazarda təhlükəsizlik standartlarına cavab verməyən saxta Labubu oyuncaqları da var. Bu saxta məhsullar fiziki sağlamlıq riskləri yarada bilər.

Mədəni və Simvolik Mübahisələr: Bəzi sosial media istifadəçiləri fiqurun görünüşünü Mesopotamiya mifologiyasındakı cin fiquru Pazuzu ilə əlaqələndirir. Oyuncağın “qorxulu dizaynı” və “sirli fiqur”unun uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar da irəli sürülüb.

Labubu bu ölkələrdə qadağan edildi:

Labubu oyuncaqlarına rəsmi qadağa yoxdur. Bununla belə, bəzi ölkələr və regionlar müxtəlif məhdudiyyətlər edilib və satışı dayandırıblar:

Ərbil: Labubu oyuncaqlarının Ərbildə satışı, “kor qutu” metodunun istehlakçıları çaşdırdığı və fiqurların görünüşünün yerli mədəniyyət və adət-ənənələrə zidd olduğu səbəbi ilə rəsmi olaraq qadağan edilib. Bu qərar nəticəsində 2000-ə yaxın oyuncaq müsadirə edilib.

Birləşmiş Krallıq: Böyük Britaniyada bəzi mağazalarda həddindən artıq sıxlıq səbəbindən müştərilərin təhlükəsizliyini təmin etmək üçün mağazadaxili satışlar müvəqqəti olaraq dayandırılıb. Bu, tam qadağa deyil, satış üsulu ilə bağlı bir tənzimləmədir.

Digər ölkələr: Cənubi Koreyada da mağaza sıxlığı səbəbindən satışlar eyni şəkildə müvəqqəti olaraq dayandırılıb. Çində qaçaqmal məhsulları hədəf almaq üçün reydlər keçirilib və banklara Labubudan promosyon kimi istifadə etmək qadağan edilib.

Hazırda Türkiyədə və Azərbaycanda Labubu oyuncaqlarına rəsmi qadağa yoxdur.

Qeyd edək ki, bir çox blogger bu oyuncaqların gecələr tərpəndiyini, hərəkət etdiyini hətta bir çoxunun gözündə kamera olduğunu deyiblər. Lakin bu məlumatların həqiqəti əks etdirmədi ilə bağlı ciddi araşdırma aparılmayıb.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:551
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri