Icma.az
close
up
RU
Qadağan olunubsa, o gün küçədə hicabla dolaşa bilərdilərmi?!

Qadağan olunubsa, o gün küçədə hicabla dolaşa bilərdilərmi?!

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, məktəb geyimi ilə bağlı Azərbaycan hökumətinin verdiyi qərardan istər Azərbaycanın daxilində, istərsə də, xaricində narazı qalanlar da var. Qərarın icrasında problemlər yarandığı da sirr deyil.

Bu məsələni bəzi çevrələr qəsdən, bəziləri də öz fikrini yanlışlığının fərqində olmadan ölkədə hicabın qadağan olunması kimi təqdim edirlər. Əslində isə etiraz edənlərin özləri oktyabrın 12-si məktəblərin qarşısına hicabda gəlmişdilər. Əgər Azərbaycanda hicab qadağan olunubsa, bu insanlar küçədə hicabla dolaşa bilərdimi?! Xeyr!

Qərar yalnız dövlət təhsil sistemində vahid məktəb geyimi və geyim etikası ilə bağlı olub. Ancaq yenə də bəzi insanlar Konstitusiyanı, təhsil qanunvericiliyini, hökumətin qərarını ya oxumurlar, ya oxuyublar, amma məsələnin mahiyyətini tam anlamırlar, ya da, sadəcə, anlamaq istəmirlər. Görünür, elm və təhsil naziri düz deyirmiş: oxuduğunu anlamayanların sayı az deyil.

Ancaq Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyini - qanunvericiliyi və dövlət yanaşmasını anlamayanlar, anlamaq istəməyənlər təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də var imiş.

Türkiyə Cümhuriyyətinin Prezidentinin baş müşaviri Oktay Saralın dünənki çıxışı hər kəsə məlumdur; mən də bu haqda paylaşım etmişəm.

Oktay Saraldan sonra hakim Ədalət və İnkişaf Partiyasından bəzi millət vəkilləri - Muhammet Müfit, Leyla Şahin Usta və başqaları da Azərbaycanın daxili işlərinə müdaxilə sayılan açıqlamalar veriblər. Onların yanında öz merkantil maraqlarına görə, Atatürkün qurduğu Cümhuriyyət Xalq Partiyasını - ölkənin ana müxalifətini dağıtmış, partiyadaşlarının əksəriyyətinin “xain”, “satqın” deyə damğaladığı Kemal Kılınçdaroğlu da var. Bu, solçu “siyasi meyit” Azərbaycanın adı gələndə birdən-birə “dirilib”, dönüb siyasi molla olub - SEPAH narrativlərini “ifraz etməyə” başlayıb.

Bu adamlar, əlbəttə, bütün Türkiyə demək deyil. Sadəcə, Azərbaycan-Türkiyə qardaşlığını pozmaq üçün ortaya düşüblər.

Onların bu cür qeyri-adekvat hərəkətlərini və çıxışlarını izləyəndə gözümün qarşısına Azərbaycanda çevrilişə dəstək vermiş keçmiş Türkiyə dövlət adamları və məmurları gəlir.

1995-ci ilin martında Azərbaycanda baş verənləri yəqin ki xatırlayırsınız. O zaman daxili işlər nazirinin müavini, mərhum Rövşən Cavadova və Xüsusi Təyinatlı Polis Dəstəsinə təsir göstərərək, Azərbaycanda çevrilişə cəhd olmuşdu. Türkiyə hökuməti baş nazir Tansu Çillər səviyyəsində bu çevrilişə dəstək vermişdi. Məqsəd Prezident Heydər Əliyevi və ölkə hakimiyyətini devirmək olub.

Təsəvvür edin: Ermənistanla müharibə vəziyyətində olan ölkənin Prezidentini - Ali Baş Komandanını çevrilişlə hakimiyyətdən salmağı, ölkəni başsız qoymağı və Ermənistanın yeni əraziləri işğal etməsinə şərait yaratmağı planlamışdılar. Ancaq Prezident Süleyman Dəmirəl bu məlumatı alandan sonra Azərbaycan dövlətinin başçısını xərərdar edir və çevrilişin qarşısı alınır. Əlbəttə, Azərbaycan rəhbərliyinin özü də prosesləri izləyirdi, nə hazırlandığını görmüş və uyğun bildiyi anda müdaxilə etmiş, qarşısını almışdı.

Türkiyə dövlətinin özünün sənədlərində “Susurluq hesabatı”nda bu məsələlər sənədli-sübutlu əks olunub. Çillər Azərbaycanda çevrilişə siyasi razılıq vermişdi, dövlət naziri Ayvaz Göydəmir, Polis rəisi Mehmet Ağar, Baş nazirin iki müşaviri, eləcə də, MİT yetkilisi və sair. bu planın icrasına cəlb olunmuşdu. Əlbəttə ki, Türkiyənin Azərbaycanda ozamankı səfiri Altan Karamanoğlu - iki ölkə arasında dostluğu, qardaşlığı möhkəmləndirməli olan vəzifəli şəxs - əksinə bu dostluğu, qardaşlığı pozmaqla məşğul olmuşdu. Altan Karamanoğlu Türkiyədən və Azərbaycandan olan çevrilişçiləri əlaqələndirən, hətta az qala Azərbaycan dövləti ilə ultimatliv dildə danışan türkiyəli diplomat olub. Bu planın içində Fərman Dəmirqol adlı peşəkar siyasi pravokator da var idi - əsas rollardan birini oynayırdı.

Ancaq plan iflasa uğradıldı və o zaman bütün bu proseslər ifşa olundu. Karamanoğlu ölkədən qovuldu, hər iki ölkədə bu məsələlərə siyasi-hüquqi qiymət verildi.

İndi isə Türkiyədə iqtidar partiyasından və öz partiyasını dağıtmış psevdomüxalifət liderindən, eləcə də, siyasi islamı hakimiyyətə daşımaq istəyən cırtdan partiya - Səadət Partiyasının sədri və sair. bu kimi siyasi marginallar Azərbaycan əleyhinə məsuliyyətsiz bəyanatlar verirlər.

Bu dəstə də 1995-ci ildəki çevrilişçi dəstə kimi ifşa olundu. Həm də özlərini ifşa etdilər.

Ötən əsrin 90-cı illərində Türkiyədə adları mafiya başçısı Abdullah Çatlı ilə qoşa çəkilənlər - mafiya ilə qaynayıb-qarışmış siyasətçilər, cinayətkar dəstələrlə “qardaşlaşmış” polis məmurları, təhlükəsizlik orqanlarının əməkdaşları və Karamanoğlu kimi “zorən diplomat”, Fərman Dəmirqol kimi siyasi sərgərdanlar Azərbaycanda çevrilişə dəstək vermiş, Azərbaycanda sabitliyi pozmağa, dövlət institutlarını iflic etməyə, Azərbaycan xalqını qırğına aparmağa cəhd göstərmişdilər.

O mütəşəkkil siyasi-kriminal qruplaşma ifşa olunub siyasi tarixin arxivinə atıldı, indi, deyəsən, təzə bir dəstə əmələ gəlib və Azərbaycanı fəlakətə sürükləmək istəyir.

Ancaq bu marginallar, siyasi möhtəkirlər bir şeyi anlamır: ozamankı - müstəqilliyini yenicə qazanmış, hələ zəif, möhkəmlənməmiş, müharibə vəziyyətində olan Azərbaycan Türkiyənin Baş naziri səviyyəsində çevriliş planını pozubsa, gör hansısa baş müşavir səviyyəsində qurulan antimilli qruplaşma nə günə düşər!

Azərbaycan və Türkiyə iki dövlət, tək millət deməkdir. Azərbaycana qarşı hər hansı məkrli plan, aqressiv hərəkət, xaincəsinə hücum bütövlükdə Türk millətinə qarşı yönəlmiş sayılır. Bunu hər kəs belə bilsin.

Bahəddin Həzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri