Icma.az
close
up
RU
“Qadın avtobus sürücülərinin fəaliyyətə başlamasında qeyri adi heç nə yoxdur”

“Qadın avtobus sürücülərinin fəaliyyətə başlamasında qeyri adi heç nə yoxdur”

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda avtobuslarda qadın sürücülərin də fəaliyyət göstərəcəyinə dair elanlar verilib və müraciətlər qəbul olunur.

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu yenilik nəqliyyat xidmətində xüsusi bir hal kimi qiymətləndirilməməlidir.

Ekspertin sözlərinə görə, qadınlar digər sahələrdə olduğu kimi, avtobus sürücülüyündə də özlərini sınaya bilərlər:

"Taksi sürücüsü kimi qadın var, velosiped sürən qadın var, skuter sürən qadın var, motosiklet sürən qadın var. Hətta dünən bir qadına avtoxuliqanlıq etdiyi üçün 15 gün həbs cəzası verildi. Demək istədiyim odur ki, avtobus sürməkdə də hər hansı problem yoxdur. Dəmiryolunda qadın maşinist, aviasiyada qadın pilot var. Avtobus sürən qadın olanda da qeyri-adi bir dəyişiklik baş vermir. Sadəcə olaraq, xanım avtobusu işə salıb bir nöqtədən digərinə sürəcək. Burada xüsusi keyfiyyət dəyişikliyi və ya fövqəladə hadisə gözləmək lazım deyil. Bu, sadəcə olaraq xidmət sahəsi olaraq maraqlıdır və qadınların bu sahəyə cəlb olunması önəmlidir."

Ekspertin sözlərinə görə, hazırda müraciət edənlərin əksəriyyətinin kateqoriyaları uyğun gəlmir:

""Bakubus" qadın sürücülərə təlimlər keçir, onları yetişdirməyə çalışır ki, təcrübəli və peşəkar şəkildə xidmətə başlasınlar. Yəni məqsəd təcrübəsiz, problemli sürücülər deyil, mükəmməl səviyyədə hazırlanmış sürücülərin işə başlamasıdır”. 

Oksana Orucova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri