Qadın boksçumuz dünya çempionatına qələbə ilə start verib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 final çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.
Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.
Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.
Bu mövzuda digər xəbərlər:Boksçumuz dünya çempionatına qələbə ilə başladı
04 Dekabr 2025 18:13
2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
16 Oktyabr 2026 21:34
Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
03 Oktyabr 2025 11:10
Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı
25 Mart 2025 00:34
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə start verib
04 Oktyabr 2025 12:41
Baxış sayı:117
Bu xəbər 11 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















