Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Qadın istəyəni Tanrı da istəyər

Qadın istəyəni Tanrı da istəyər

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlin on iki ayının hər birinin özünəməxsusluğu var. Amma hamı mənimlə razılaşar ki, bir neçə gündür qədəm qoyduğumuz mart ayının özəllikləri bir başqadır. Martın ilk həftəsində çox zərif bir bayramı qeyd edir bütün dünya. Bu, 8 Martdır. Yer üzünün ən zərif, elə zərif olduğu qədər də çox güclü varlığı qadınların bayramı. Daha sonra təbiət öz donunu dəyişməyə doğru üz tutaraq bahara sarı yol alır. Nazəndə bahar elə nazlana-nazlana da gəlir. Builki baharın daha bir özəlliyi də var. On bir ayın sultanı adlanan Ramazanla Novruzu qarşılamağa hazırlaşırıq. O gələnə qədər isə çərşənbələri yola salırıq həmişə olduğu kimi. İki gün əvvəl  Od çərşənbəsini qarşıladıq, lakin məsələ heç də bununla bitmədi. Həmin gün ölkəmizdə ilk dəfə keçirilən "Qadın Liderləri Zirvəsi 2025" çox uğurlu başlanğıca imza atdı. Qadın adının arxasında çox məqamlar gizlənib. Haqlarında dahilərin söylədiyi saysız kəlamların hamısından tam bir qadın obrazı boylanır. Və bu obrazı yaradanlar da yalnız kişilərdir. "Dünyada cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə həmişə yeni söz tapılacaq". Bəli, tapılacaq, ən azından ona görə ki, ən uğurlu kişinin arxasında güclü qadın dayanır. Onu da unutmayaq ki, bəşəriyyəti yaradan iki fərddən biri qadındır, tərəzinin iki gözü olduğu kimi. Lakin tarixin dərinliklərinə boylansaq, həmin tərəzi bugünkü tarazlığa gələnə qədər çox çətin yollardan keçib. Zamanında: "Qadınlar çiyin-çiyinə düzüləndə onların arasından heç kim keçə bilməz" deyimi bu gün artıq öz yerini tapıb.

İki gün əvvəl "Gülüstan" sarayındakı "Qadın Liderləri Zirvəsi 2025" toplantısında zərif görünüşlərilə böyük işlərə qoşulan, cəsarətlə irəliləyən, güclü məntiqə söykənən, qadın adının bütün incəliklərini bilən, ona riayət edən, gender bərabərliyində qarşı tərəfə hörmətlə yanaşan kifayət qədər ziyalı, kübar, müəyyən məsələlərdə rahat şəkildə fikirlərini bildirən xanımlar əsl Azərbaycan qadınının nümunəsi idi.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkili Nigar Arpadarai, "Asan İnnovativ İnkişaf Mərkəzi"nin rəhbəri Aysel Cəbrayılova bu günün qadınlarının cəmiyyətin aparıcı fərdi kimi yüksək dəyər sahibi olduğunu öz çıxışlarında vurğuladılar.

Tədbirin ilk panelində  "Lider qadın, yoxsa qadın lider" sualı qoyulmuşdu. Sual ətrafındakı fikir mübadiləsində "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü Fərqanə Məmmədovanın moderatorluğu ilə beş lider xanım arasında maraqlı diskussiya oldu. Elə həmin sualla millət vəkili Nigar Arpadarinin fikrini bilmək maraqlı oldu: "Panelin sualından belə anladım ki, qadınlarımız karyera ilə ailə balansını necə qoruyur və hansı daha önəmlidir. Düşünürəm ki, hər bir qadın sevdiyi işlə məşğul olaraq, həyatda özünü reallaşdırmalıdır. Azərbaycan qadını inkişaf etdikcə, ailələrimiz, cəmiyyətimiz, ölkəmiz də inkişaf edəcək. Amma onu da vurğulamaq istəyirəm ki, heç bir karyera ailədən üstün deyil. Qadın ana, ailənin qızı, həyat yoldaşı olduğunu unutmamalıdır. Bir qadının lider ola bilməsi üçün ailəsinin onu başa düşməsi və dəstəkləməsi çox vacibdir. İstər gənc qızının ambisiyalarını anlayan valideyin olsun, istər xanımının karyera qurmaq üçün nə qədər zəhmət çəkdiyini anlayan həyat yoldaşı olsun, istərsə də anaları ilə fəxr edən övlad olsun. Onu da qeyd edim ki, bu fikirlərim eyni zamanda kişilərə də aiddir. Onlar da ailədə dəstəyi hiss etməlidir. Yəni liderlik istənilən halda liderlikdir, onu cinsin rənglərinə boyamaq lazım deyil".

"Qadın Liderləri Zirvəsi 2025" maraqlı konsept mesajı ilə iştirakçılarla görüşə gəlmişdi - "Fərqlərin bərabərliyi". Dilimizdə tez-tez işlənən gender bərabərliyinə münasibət heç də birmənalı deyil. Azərbaycan müstəqillik qazanandan sonra qadının cəmiyyətdəki rolu dayanmadan inkişaf etməkdədir. Bu gün vaxtilə evdar xanım olan qadınlarımız var ki, sərbəst şəkildə işlərini quraraq, öz ayaqları üstə durmağa nail ola biliblər. Lakin hələ də beyinlərdə: "Kişinin öz işi olar, qadının öz işi" fikri qalmaqdadır. Müzakirə olunan suallardan biri də qadının karyera ilə ailə arasındakı seçimi haqda idi. Bu müzakirədə analıq məzuniyyətinə davam etmək istəməyib karyerasını qurmağa üstünlük verən xanımın açıq etirafı da oldu, övladının üç yaşına qədər yanında olmağı üstün tutan qadın da. "Mənim karyeram övladımın gələcək təminatıdır", "Əgər mən xoşbəxtəmsə, ailəm də, övladlarım da xoşbəxtdir" deyən qadınlar çıxışlarında həmcinslərinə seçim qarşısında qalmaq kimi bir çətinlikdən qorxmamağı cəsarətlə tövsiyə etdilər.

Bu gün zaman bir yerdə dayanmağı sevmir. Hər şey sürətlə inkişaf edir. Cəmiyyətdə elə bir sahə yoxdur ki, orada qadın əməyi, qadın fəaliyyəti olmasın. Əgər əvvəllər ailədə qız övladları əsasən müəllim və həkimlik sənətinə yönləndirilirdisə, indi siyasətdən tutmuş dövlət qulluğuna qədər bütün sahələrdə qadınlarımızın imzası var. Etiraf edək ki, qadın güclü varlıqdır. Belə olmasa idi, tarixdə nə matriarxat dövrü olardı, nə qadın dövlət başçısı, nə də cəngavər qadın. Dəqiq xatırlamıram, bir dəfə həmsöhbətlərimdən biri dedi ki,  Kolumbiyada xeyli ştat var. Bütün ştatlar patriarxat, yalnız ikisi matriarxatdır. Məhz həmin iki ştat ölkədə daha firavan və rahat yaşayır. Sözümü isə dahilərdən birinin fikrilə bitirmək istədim: "Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın görünənlərdən başqa, hər şeyi sezə bilir".

Tamilla M-ZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri