Icma.az
close
up
RU
Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...

Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 oktyabr, AZƏRTAC

“Telman sonuncu dəfə evə 2020-cil sentyabrın 20-də üçgünlük gəlmişdi. O vaxt təlimlər gedirdi. Çox bikef idi. Hətta övladlarına baxıb “Görəsən onlar böyüyəndə necə görünəcəklər?” sualını da verdi. Onun bu sualı ailə üzvlərini təəcübləndirsə kimsə bunun əsl mahiyyətini anlamamışdı. O, evdə hər kəsin üzünə diqqətlə baxırdı. Çox fikirli idi, amma heç nə demirdi. Son gedişində - sentyabrın 22-də hamımızı bərk qucaqlayaraq öpdü. Sonradan başa düşdük ki bu, vida imiş. Sentyabrın 27-si - müharibə başlayanda isə səhər zəng edib dedi ki, narahat olmayın, dua edin, hər şey yaxşı olacaq. Haqq savaşımız zamanı imkan tapdıqca ara-sıra zəng edən Telmanın dilindən bu kəlimələr düşmürmüş”.

Bunu AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Vətən müharibəsi şəhidi, tank komandiri, gizir Telman Həsənlinin ailə üzvləri deyib.

Bildirilib ki, 44 günlük savaş zamanı hər dəfə ailəsinə toxtaqlıq verən Telmanın zənglərin birində səsi çox pis gəlirmiş. Sən demə o, Cəbrayılda aparılan hərbi əməliyyatların birində yaralanıb, lakin buna baxmayaraq, döyüş tapşırıqlarının icrasına davam edib. Hətta döyüş yoldaşları ilə birlikdə düşmənin iki tankını qənimət kimi götürə bilib. Onlardan birini özü idarə edib. Həmin tanklar düşmənin özünə qarşı istifadə olunub. Qardaşlarından biri ilə telefon danışığında mətnaltı olaraq “Öz maşınımdan ikisini götürmüşəm, işlək vəziyyətdədir” deyib. Telman Vətən müharibəsi zamanı iki tank kalonuna rəhbərlik edirmiş. Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub. O, qızğın döyüşlər zamanı rayonun Balasoltanlı kəndində şəhid olub.

Son dəfə ailə üzvləri ilə oktyabrın 16-da danışan Telman adəti üzrə hər şeyin qaydasında olduğunu, ondan narahat olmamalarını tapşırıb. İki gün əvvəl etdiyi telefon zəngində isə sizə oktyabrın 18-də onlara şad xəbər verəcəyini bildirib. Telmandan şad xəbər gözləyən ailəsi onun şəhidlik xəbərinə sarsılır. Evin sonbeşiyi əbədiyyət zirvəsinə yüksəlmişdi...

Ailə üzvlərinin sözlərinə görə, Telman əsgərlikdə snayper olduğuna görə, tankla hədəfi dəqiq vurmaq qabiliyyətinə malik imiş. Hətta müharibədən əvvəl iyulda keçirilən təlim vaxtı qoyulan hədəfi tankda dəqiq vurduğu üçün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidov tərəfindən mükafatlandırılmışdı.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Telman Rafiq oğlu Həsənli 1998-ci ilin martın 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanan Telman Vətənə xidmət borcunu ödədikdən sonra 2018-ci ildə “Gizir hazırlığı kursu”na yazılıb. Kursu tank komandiri kimi bitirən Azərbaycan Ordusunun giziri təyinatla Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb. 2019-cu ildə Beyləqanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb. 44 günlük Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlayan Telman ardınca Cəbrayıl və Xocavəndin Hadrut qəsəbəsi uğrunda aparılan hərbi əməliyyatlarda fərqlənməyi bacarıb. Qubadlı istiqamətində yollanmaq barədə tapşırıq alan Telman Həsənli rayona ilk girən tank kalonuna rəhbərlik edib. O, oktyabrın 17-də Qubadlının Balasoltanlı kəndində qəhrəmancasına döyüşərək şəhid olub. Oktyabrın 18-də doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Bağbanlar kəndinə torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri