Icma.az
close
up
RU
Qadın Milli Qəhrəmanların üçüncüsü FOTO

Qadın Milli Qəhrəmanların üçüncüsü FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qəzaya uğrayan AZAL təyyarəsinin uçuş heyətinin 3 üzvü Prezident İlham Əliyevin 29 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü. Onların içərisində bir qadın da yer alırdı: stüardessa Hökumə Əliyeva.
Avtosfer.az xəbər verir ki, Hökumə Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüş üçüncü qadındır. Bu ali mükafatla təltif edilən ilk qadın Salatın Əsgərova olub. “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olan Salatın 1991-ci ildə peşə borcunu yerinə yetirən zaman Laçın rayonunda ermənilər tərəfindən şəhid edilib. O, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Bu yüksək ada layiq görülən ikinci qasdın isə, Tibb Universitetinin məzunu Gültəkin Əsgərova oldu. O da yaralı əsgərlərə tibbi yardım edərkən 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb. Bir il sonra isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Nəhayət, bu adı daşıyan sonuncu qadın AZAL-ın stüardessası Hökumə Əliyeva oldu. Salatın və Gültəkinin qəhrəmanlıqları barədə xaricdə deyil, hətta Azərbaycanın özündə də insanlar gec və qıt şəkildə məlumat əldə etdilər ki, bu da başadüşüləndir. Ölkəmiz həmin dövrdə informasiya blokadasında idi. 
Hökumənin qəhrəmanlığını, ölümün gözünə dik baxmağını, ən ağır anlarda belə təmkinini pozmamasını bütün dünya gördü.
Bu bəlkə bir təsadüf, bəlkə də bir zərurətdir ki,  o, Salatının şəhid edildiyi ildə dünyaya göz açıb. Bunun adı bir ölüb, min dirilməkdir.
Dahi Nizaminin “İsgəndərnamə”sində Azərbaycan hökmdarı Nüşabə dünyanı lərzəyə salan Makedoniyalı İsgəndərə belə deyir:
“Mən də bir aslanam, düşünsən bir az, 
Aslanın erkəyi, dişisi olmaz”.

Azərbaycan qadını bütün ağır dövrlərdə şeyx Nizamini haqlı çıxarıb.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri