Qadın nişan üzüyünə görə barmağını qopardı
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskvada qadın bağ sahəsində işləyərkən nişan üzüyünün hasara ilişməsi nəticəsində adsız barmağını demək olar ki, tamamilə qoparıb.
"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, bu barədə “Moscow Medicine” Telegram kanalı məlumat yayıb.
Hadisə zamanı qadının üzüyü hasarın çıxıntısına ilişib. O, əlini qəfil çəkərkən üzük barmağı güclü dartaraq adsız barmağın demək olar ki, tam qopmasına səbəb olub.
Zərərçəkən təcili olaraq Yeramişantsev adına Şəhər Klinik Xəstəxanasının Əl Mikrocərrahiyyəsi Mərkəzinə çatdırılıb. Həkimlər mürəkkəb əməliyyat zamanı zədələnmiş sümükləri, vətərləri, sinirləri, qan damarlarını və yumşaq toxumaları mərhələli şəkildə bərpa ediblər. Əməliyyat uğurla başa çatıb.
Hazırda qadın reabilitasiya mərhələsindədir. Həkimlər xatırladıblar ki, travma riski olan hər hansı işə başlamazdan əvvəl bütün üzükləri çıxarmaq lazımdır. Çünki güclü dartılma zamanı üzük barmaqdan sürüşmür, əksinə, toxumaları ciddi şəkildə zədələyə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 23 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















