Icma.az
close
up
RU
Qadın sahibkarlığının inkişafı İqtisadi və hüquqi faktorlar Yeni Sabah

Qadın sahibkarlığının inkişafı İqtisadi və hüquqi faktorlar Yeni Sabah

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər ərzində iş dünyasında qadınların rolu və çəkisinin intensiv artımı göz önündədir. Xanımların sahibkarlıq fəaliyyətini artırmaq və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir. 

Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir. Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılıb: əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirilir. 

Son iki ildə Azərbaycanda sahibkar qadınların sayı 2 dəfə artıb. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, Azərbaycanda xanımlar biznes və sahibkarlıq sahələrində olduqca aktiv və aparıcı rola malikdir:

“Hazırda Azərbaycanda müxtəlif sahələrlə bağlı sahibkarlıq fəaliyyəti göstərən xanımlar olduqca çoxdur. Qadın sahibkarlar xüsusən xidmət, səhiyyə kimi sahələrdə xeyli dərəcədə aktivdir. Hətta bir sıra biznes sahələri ilə əlaqədar maarifləndirici kursların təşkili də məhz elə qadınlarla bağlıdır. 

Ölkəmizdə xeyli tanınan, öz işində uğurlar qazanmış xanım şirkət rəhbərləri də az deyil. Bu gün özəlliklə dizayn, tekstil və gözəllik mərkəzlərinin fəaliyyətində xanımların mütləq üstünlüyü mövcuddur. Təbii ki, digər sahələrdə də ən az kişilər qədər qadınların da söz sahibi olduğu müəssisə və şirkətlər var. Son illər xanımların yer aldığı sahibkarlıq növlərindən biri də tərcüməçilikdir. Biz baxsaq görərik ki, bir çox xanımlar bu sahədə şirkətlər açır və müxtəlif şirkətlərə tərcümə xidməti göstərir. 

Əlbəttə, bunlar müsbət haldır. İqtisadiyyatda kişilərlə yanaşı xanımlar da nə qədər aktiv olsalar, cəmiyyətdə ÜDM-nin həcmi bir o qədər çox olar. Bir çox hallarda inkişafda olan ölkələrdə ÜDM-nin az olmasının səbəblərindən biri də odur ki, bu dövlətlərin əksəriyyətində xanımlar adətən işləmir. Düşünürəm ki, gələcəkdə Azərbaycanda qadınların biznes və sahibkarlıq sahələrindəki çəkisi daha da artacaq. Bunun üçün ölkəmizdə yetərincə münbit şərait də var. Bu gün Azərbaycanda bir çox sahibkarlar ittifaqları var və hətta bu ittifaqların bir çoxuna elə xanımlar rəhbərlik edir. Ümumən bizim cəmiyyətdə xanımların təşkilatlanması olduqca yaxşı alınır”.

Milli Məclisin deputatı Kamilə Əliyeva sahibkarlığın inkişafına dövlət qayğısından bəhs edib:

“Cənab prezident İlham Əliyev ölkəmizdə sahbkarlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Yəni bu gün ölkəmizdə sahibkarlığa, sahibkarlıqla məşğul olmaq istəyən vətəndaşlarımıza dövlət tərəfindən hər cür şərait yaradılıb. Son illər sahibkarlıqla məşğul olan xanımlarımızın sayı artmaqdadır. 

Bu dövlətimizin sahibkarlığa yaratdığı yüksək imkanlardan irəli gəlir. Sevindirici hal budur ki, regionlarımızda da xanım sahibkarların sayı get-gedə artır. Azərbaycan xanımları dövlətimizin sosial və iqtisadi həyatına öz töhfəsini verir. Onların yaratdığı müəssisələrdə yeni iş yerləri açılır. Bu da vətəndaşlarımızın işlə təminatına öz töhfəsini vermiş olur. Mən əminəm ki, işğaldan azad edilmiş regionlarımızda da aqrar sahənin inkişafında öz sözlərini deyəcəklər”.

Hüquqşünas Səadət Bənənyarlı sahibkarlıq fəaliyyətində xanımların və kişilərin hüquqlarının bərabər olduğunu diqqətə çatdırıb:

“Digər sahələrdə olduğu kimi, biznes sahəsində də qadın və kişilərin hüquqları bərabər olaraq təmin olunub. Cəmiyyətimizdə xanımların da eyni kişilər kimi istənilən biznes və sahibkarlıq sektorunda öz işini qurmaq hüququ vardır. Onların fəaliyyət göstərdikləri sahələr üzrə hüquqları da tam şəkildə qorunur və təmin edilir. Azərbaycanda qadınlara və kişilərə istənilən fəaliyyət istiqamətində sahibkarlıqla məşğul olmaq hüququ tanınır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Noyabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri