Qadın şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatında çıxış edəcək
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi 17-24 noyabrda İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.
Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.
Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaq. Komandanın kapitanı İlahə Qədimova olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















