Qadın və kişi polis idarəsində aləmi bir birinə qatdılar; polisin eynəyi sındı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Şübhəli hərəkətlərə görə saxlanılan kişi və qadın polis əməkdaşlarına müqavimət göstərib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Ataşehir rayonunundakı polis idarəsinin qarşısında şübhəli hərəkətləri ilə diqqət çəkən kişi və qadın idarəyə çağırılıb. Kişinin üzərində axtarış zamanı qadın “sevgilimi döyürlər” deyə qışqıraraq mobil telefonla çəkməyə başlayıb. Polis əməkdaşı qadını sakitləşdirməyə çalışıb və ona video qeydə almamaq barədə xəbərdarlıq edib. Lakin şübhəli şəxs təpik və sillə ilə polis əməkdaşına hücum edib. Hücum zamanı polis məmurunun eynəyi sınıb. Hadisədən sonra saxlanılan iki şəxs barəsində hüquqi proses başlanıb. Araşdırmalar zamanı məlum olub ki, kişi əvvəllər narkotik maddə istifadəsinə görə məhkum olunub.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Mart 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















