“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur”
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb.
"Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olması ən vacibdir və onu xoşbəxt eləyir. Bu, dost, həyat yoldaşı, sevgili ola bilər. Bəzən birgə adımlayırıq, amma bir də dönüb geriyə baxanda görürük ki, güvəndiyimiz insan heç arxamızda da deyilmiş, başqa bir yolla gedirmiş. Biz elə hesab eləmişik ki, o bizim yanımızdadır. Ona görə də qadını rahatlaşdıran və xoşbəxt eləyən onun güvəndə olmaq hissidir.
Övladları tərəfindən də güvəndə ola bilər. Bunun qədər qadını xoşbəxt edən və rahatlaşdıran ikinci hissi mən tanımıram" deyə, Lalə Məmmədova bildirib.
Baxış sayı:62
Bu xəbər 08 Oktyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















