Icma.az
close
up
RU
“Qadını ceyrana bənzədəndə heç kimin xətrinə dəymir, amma...” Sosioloq

“Qadını ceyrana bənzədəndə heç kimin xətrinə dəymir, amma...” Sosioloq

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

  “Amma inəklə müqayisə edən kimi hamı inciyir”


“Məleykə Abbaszadənin qadınların inəklə müqayisəsini gülüş obyektinə çevirmək, təhqir kimi dəyərləndirmək lazım deyil”


Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin son çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılanıb. O, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ötənilki nəticələri ilə bağlı keçirilən tədbirdə jurnalistin sualına cavab verərkən maraqlı fikirlər səsləndirib.

M.Abbaszadə bildirib ki, bəzi dövlət sifarişli ixtisaslara — xüsusilə kənd təsərrüfatı və baytarlıq sahələrinə — daxil olan tələbələr üçün dövlət öz hesabına mütəxəssis hazırlamağa hazırdır. Bu zaman zalda iştirakçılardan biri zarafatla “O balla inəyi öldürəcəklər?” – deyə reaksiya verib. DİM sədri də bu replika qarşısında zarafatyana cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...”.Onun çıxışı zaldakılar tərəfindən alqışlanıb.

Onun bu çıxışı tədbir iştirakçıları tərəfindən alqışlansa da, sosial şəbəkələrdə müxtəlif reaksiyalarla qarşılanıb. Bəziləri bu ifadəni qadınlara qarşı təhqir kimi qiymətləndirib, digərləri isə bu fikri qadınların cəmiyyət tərəfindən üzərinə yüklənən davamlı öhdəliklərin simvolik izahı kimi qəbul edib.

Maraqlıdır, Məleykə Abbaszadənin “Sağılan inək və qadın obrazı” niyə bu qədər səs-küyə səbəb oldu?


Sosioloq-jurnalist Lalə Mehralı Sherg.az-a  açıqlamasında qeyd edib ki, Məleykə xanım fikrini düzgün ifadə edə bilməyib. Sosioloqun sözlərinə görə, bu, ilk hal deyil. Dəfələrlə müşahidə olunub ki, vəzifəli şəxslər çıxışlarında fikirlərini düzgün çatdıra bilmədikdə, cəmiyyətin qınağına tuş gəlir, hətta lağ obyektinə çevrilirlər: 


Bu da göstərir ki, xüsusilə ictimai vəzifə daşıyan şəxslər danışdıqları hər kəlməyə diqqətlə yanaşmalı, sözlərini həm məzmun, həm də forma baxımından hədəfə dəqiq vurmağı bacarmalıdırlar”.


Qadınların inəklə müqayisəsinə gəldikdə isə sosioloq qeyd edib ki, bunu gülüş obyektinə çevirmək, təhqir kimi dəyərləndirmək lazım deyil. O, yanaşmasında qadınların inəyə bənzədilməsini yalnız səthi bir müqayisə kimi deyil, dərin, simvolik mənalarla yüklənmiş bir obraz kimi qəbul etməyi tövsiyə edib: 

“İnək bizim kənd təsərrüfatı və ailə mədəniyyətimizdə zəhmətin, səbrin, bərəkətin rəmzidir. Əsrlərlə Azərbaycan ailəsinin süfrəsindəki süd, qatıq, pendir bir inəyin zəhmətinin nəticəsi olub. İnəklər də qadınlar kimi gündəlik həyatın yükünü səssizcə, amma fədakarcasına daşıyırlar. Məleykə xanım bəlkə də bunu demək istəyib. Qadını marala, ceyrana bənzətmək bəzən estetik gözəllik kimi qəbul olunur və heç kim bu bənzətmədən narahat olmur, xətirlərinə dəymir, inəklə müqayisə edən kimi hamı inciyir. Halbuki hər nə qədər dolaşıq ifadə olsa da, DİM sədrnin müqayisəsində bir reallıq yatır ki, qadınlar, təkcə ana olaraq yox, bir ailənin iqtisadi dayağı, psixoloji dəstəyi, mənəvi sütunudurlar. Necə ki bir zamanlar bir ailənin dolanışığı bir inəyin çiyinlərində dayanırdı. İnək süd verməsə, həmin gün ailə ac qalardı. Bir çox ailələrdə ailənin bütün mənəvi və fiziki yükü qadınların çiyinlərinə yüklənir. 

Bəli, bu cür bənzətmələrdə yanlış anlaşılmalar da ola bilər. Məsələn, DİM sədri gündə sağılmaq ölümdən ağırdır ifadəsini düzgün vurğulamayıb. İnək də elə qadınlar kimi öz balasını məhəbbətlə yemləyir, süd verir. Bu, onun üçün ölümdən betər ağrı kimi dəyərləndirilməməlidir. Amma məsələnin kökünə baxanda ortada diqqətəlayiq bir çağırış görünür: qadınların cəmiyyətə verdiyi töhfəni səthi estetik bənzətmələrlə deyil, onların real zəhmətini, dayanıqlığını və əzmini dəyərləndirən yanaşmalarla qiymətləndirmək lazımdır. Gəlin, Məleykə xanımın “Qadınlar məni başa düşdü” ifadəsini inəklə qadının müqayisəsi kimi yox, hər gün bitməyən öhdəliklər, gözləntilər, emosional təzyiqlərlə üz-üzə qalan qadınların daxili fəryadı kimi qəbul edək. Qadına qarşı məsuliyyətin bəzən necə ağır və davamlı olduğunun izahı kimi görək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyul 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri