Qadınlar arasında qab yumaq üstündə dava: Məhkəmə qərar verdi
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sabirabad rayonunda qab yumaq üstündə mübahisə edən iki qadınla bağlı məhkəmə qərar verib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü Nahidə Bağırova (soyad şərti) və 1991-ci il təvəllüdlü Vüsalə Kəlbiyeva (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib. İşə məhkəmə baxıb. Məhkəmə zamanı məlum olub ki, hər iki qadın rayonda fəaliyyət göstərən iaşə obyektlərinin birində qabyuyan işləyirlər. İş vaxtı aralarında qab yumaq məsələsinə görə mübahisə yaranıb. Mübahisə zamanı hər iki tərəf əsəbiləşərək yüksək səslə qışqırmağa başlayıb və ətrafda narahatlıq yaradıb. Məhkəmənin qərarı ilə Vüsalə Kəlbiyevaya 50 manat, Nahidə Bağırovaya isə 75 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 01 Avqust 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















