Icma.az
close
up
RU
Bakıda qadınlar pul borcu üstündə dava etdilər

Bakıda qadınlar pul borcu üstündə dava etdilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Təhminə borc mübahisəsi zəminində yaranan mübahisə zamanı qonşusu Sonaya (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Albalılıq massivi, N.Əliyev küçəsində baş verib. Təhminə həmin gün saat təxminən 11:00-da qonşusu Sona ilə yaranmış mübahisə zamanı münaqişə zəminində əli ilə onun ağız nahiyyəsindən vurub. 
Hadisəni törədən Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qonşuluqda yaşayan Sona adlı şəxsdən təxminən hadisədən 10 ay öncə 2300 manat borc alıb: “Öz aramızda razılaşmaya əsasən ona pulu tez bir zamanda qaytaracağıma söz verdim.Bir qədər işlərim yaxşı getmədiyi üçün pulun bir hissəsini, yəni 1000 manatını qaytardım. Buna baxmayaraq Sona qonşuluqda yaşayan şəxslərin yanında arxamca danışdı və bizə qarşı alçaldıcı sözlər işlətdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 11 radələrində evinin həyətində olan zaman Sonanın onun arxasınca danışdığını eşidib: “Küçəyə çıxaraq ona öz iradımı bildirdim və həmin vaxt Sona məni söyərək təhqir etdi. Onun bu hərəkətlərindən əsəbləşərək ağız nahiyyəsindən tutdum və daha sonra ağzından çillə ilə bir dəfə vurdum”.
İş üzrə zərərçəkmiş Sonanın sözlərinə görə, 2024-cü ilin oktyabr ayında qonşuluqda yaşayan Təhminə adlı qadının ərinə pul lazım olduğu üçün ona 2300 manat borc  veriblər: “O, söz verdi ki, ərinin işləri yekunlaşdıqdan sonra avtomobilini sataraq borcunu qaytaracaqdır. Həmin şəxslər hissə-hissə olmaqla borcdan cəmi 1000 manatını qaytardılar. Hər dəfəsində onlardan borcun qalan hissəsini istədikdə, onlar müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayındılar. Hadisə günü, saat 11 radələrində yaşadığım evin həyətində olan zaman eşitdim ki, qapı döyülür. Qapını açdıqda Təhminənin olduğunu gördüm. Təhminə məni çölə çağıraraq təhqir etdi və nə üçün qonşuların yanında mənə pul borcu olduğunu söylədiyimi bildirdi. Həmin vaxt Təhminə üzərimə hücum çəkərək ağız nahiyyəmdən əliylə bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Təhminəyə 1200 manat miqdarında cərimə cəzası təyin olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri