Lerikdə qadınlar arasında torpaq davası Məhkəmə qərar verdi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lerikdə rayonunda qonşular arasında torpaq mübahisəsi dava ilə nəticələnib.
Bakupost.az Teleqraf -a xəbər verir ki, hadisə 2025-ci il avqustun 31-də Lerik rayonunun kəndlərinin birində baş verib.
Məlumata görə, Nüşabə və onun qonşusu Ülviyyə (adlar şərti verilib - red.) arasında münaqişə olub.
Nüşabənin sözlərinə görə, qonşuları həyətin darvazasının qıfılını qırıb, həyətə daxil olub. Quyudan öz həyətyanı sahələrinə su çəkiblər. Həyətində olan çoban itini zəncirdən açaraq buraxıblar.
Həmçinin Ülviyyə əlindəki daşla ona hücum edib. 1700 manat dəyərində olan telefonu əlindən almağa cəhd göstərərkən mobil telefon yerə düşərək sınıb.
Lerik Rayon Polis Şöbəsində izahat verən Nüşabə bildirib ki, Ülviyyə valideynlərinin ünvanına nalayiq ifadələr səsləndirib: "Evimin dam örtüyə ziyan vurub. Həyətimdə icazəsiz heyvandarlıqla məşğul olub".
Ülviyyə özünü təqsirli bilməyib.
Nüşabə məhkəmədə şikayətçi olduğunu bildirib.
Lerik Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi üzrə təqsirli bilinib, onun barəsində 500 manat məbləğində cərimə təyin edilib.
Baxış sayı:80
Bu xəbər 08 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















