Icma.az
close
up
RU
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı VİDEO

Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı VİDEO

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.


Baker Tilly International iqtisadçı Fərhad Pərvizini şirkətin Azərbaycan filialında (Baker Tilly Azerbaijan) tutduğu Maliyyə və biznes məsləhət xidmətləri üzrə direktor vəzifəsindən azad edib.
Bu barədə Bakupost.az -a jurnalist Tunay Əliyeva bildirib.
Onun sözlərinə görə, bu qərar təkcə korporativ məsuliyyət deyil, həm də cəmiyyətin sağlam gələcəyi üçün atılmış cəsarətli və prinsipial mövqedir.
Tunay Əliyeva şirkətin rəhbəri Francesca Lagerberg başda olmaqla bütün komanda üzvlərinə təşəkkür edib. O, bu mövqenin minlərlə qadın üçün önəmli mesaj olduğunu vurğulayıb.
Məsələ ilə bağlı “Baker Tilly International” şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq şöbəsinin əməkdaşı Bakupost.az-a açıqlamasında bildirdi ki, şirkət daxilindəki prosedurların paylaşılmamasına məsul olduqları üçün bu barədə məlumat verə bilməzlər:
“Özünüz görürsüz ki son zamanlar sosial şəbəkələrdə nələr baş verir. Şirkət tərəfindən verilən hər hansı bir məlumat təhrif olunmuş şəkildə paylaşıla bilər deyə biz daxili siyasətimizə əsaslanaraq paylaşmamağa qərara gəldik. Bu müddət ərzində sizdən əlavə şirkətə çox sayda zənglər və sorğular gəlib. Biz qərara gəlmişik ki, heç bir zəngə, heç bir müraciətə cavab verməyək".
Məsələyə aydınlıq gətirmək üçün Fərhad Pərvizi ilə də əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə əlaqə saxlanılmalıdır:
“Bu barədə şirkət rəhbərliyi sizə məlumat verəcək.”
Fərhad Pərvizi ilə söhbət zamanı şirkətlə artıq əlaqə saxladığımızı bildirdikdə isə o, belə cavab verdi:
“Yəqin ki, bunun bir səbəbi var, ona görə də məlumat verilmir. Mən də bu məsələ ilə bağlı müqavilə şərtlərimə əsasən, şirkətin xəbəri olmadan açıqlama verə bilmərəm”.
Bununla belə Fərhad Pərvizi sosial şəbəkə hesabındakı iş məlumatlarında “Baker Tilly International”dakı işindən ayrıldığını təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl bir qrup feminist qadın “Baker Tilly International”ın rəhbərliyinə müraciət edərək, şirkətin Azərbaycan nümayəndəliyində çalışan Fərhad Pərvizinin Mədəniyyət TV-də qadınlara qarşı səsləndirdiyi ifadələrə görə ciddi ölçü götürülməsini tələb etmişdi. Onlar Fərhad Pərvizinin bu fikirlərinin artıq şəxsi yox, şirkətin nüfuzuna xələl gətirən mövqe olduğunu qeyd etmişdilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri