Icma.az
close
up
RU
Qadınlar kişiləşir, kişilər qadınlaşır...

Qadınlar kişiləşir, kişilər qadınlaşır...

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Milli rəqslərimiz hər zaman xalqımıza baş ucalığı gətirib. Onlar xalqın milli xüsusiyyət və xarakterini ifadə edib hər zaman. Rəqslərimiz kişilərin igidliyindən, cəsurluğundan, qorxmazlığından, vətənpərvərliyindən, qadınların xanım-xatınlığından söhbət açıb. Bu rəqslərdəki hərəkətlər sanki zərrəbinlə hesablanıb. Kişilər üçün ayrı, qadınlar üçün ayrıca, yerli-yerində öz əksini tapıb. Milli rəqslərimizə tamasa edərkən sanki bir filmə baxırsan, onun bir başlanğıcı və sonu var. Rəqslərimiz məna, çağırış ifadə edir. Azərbaycan xalqının kişi və qadınlarına məxsusluğu ortaya qoyur.

Bəs bu gün necə, rəqs məşğələlərində övladlarımıza hansı rəqslər öyrədilir. Bunun fərqinə varan varmı? Yoxsa müasirlik pərdəsini gözümüz önünə çəkib baş verənlərə göz yummağı qarşımıza məqsəd qoymuşuq?

Bu gün sosial şəbəkələrdə, xüsusilə Tiktokda qarşımıza çıxan rəqs videoları bizi düşünməyə vadar edir. Bəziləri üçün “nə gözəl rəqs edir”, “maşallah” ifadələri ilə qarşılanan, bəziləri üçün “gör övladım necə gözəl öyrənib” kimi “qürur” yaradan hisslərə bir də milli rəqslərimizin fonunda nəzər salaq. Bu rəqslərdə Azərbaycan qadınına məxsusluqla hazırkı rəqs məşğələlərində öyrədilənləri qarşı-qarşıya qoyaq. Fərqə nəzər salaq. Və bir qədər düşünməyə çalışaq. Görək, milli rəqslərimizdən onlarda əsər-əlamət varmı? Yaxşı bunu qoyaq kənara. O mənada qoyaq ki, bəzi valideynlər deyə bilər ki, biz uşağımızı milli rəqs öyrənməyə göndərmirik ki, sadəcə rəqsi öyrənməyə göndəririk.

Elə əsas məsələ də bu zaman ortaya çıxır. Uşaqlara necə rəqslər öyrədilir, bu rəqslərdəki hərəkətləri görürsünüzmü? Baxmaq kifayət deyil, görürsünüzmü? Onlara necə rəqs öyrədildiyinin fərqindəsinizmi?

Çox təəssüf hissi ilə qeyd edim ki, artıq bu rəqsləri öyrənən yeniyetmə-gənc oğlan və qızların bəzi kliplərə də çəkildiyini görmüşük. Oğlan başlayır, öz yerini qıza verir və rəqs eyni hərəkətlərlə davam olunur. Adam baxdıqca ürəyi ikrah hissi ilə döyünür. Nə üçün döyünür? Çünki qarşımızda bizim mentalitetlə, dəyərlərlə əlaqəsi olmayan səhnə görürük. Xanım-xatınlıqdan əsər-əlaməti olmayan qadın rəqsi görürük. Kişiliyə yaraşmayan, əzilib-büzülən, ilan kimi qıvrılıb-açılan, kişidən çox qadını ifadə edən rəqsləri görürük. Sanki qadınlar kişiləşir, kişilər isə qadınlaşır. Bax, budur müasir rəqslərimizdəki “kolorit”.

Rəqs gözəl, həm də əyləndirici, eyni zamanda sağlamlığa da xidmət edən bir sənət növüdür. Uşaqları kiçik yaşından rəqsə yazdırmada, əlbəttə, fayda var. Həm xüsusi istedadın ortaya çıxması, həm məşğuliyyət, əyləncə baxımından bu, gözəl bir seçimdir. Lakin uşağın əlindən tutub hər hansı rəqs müəlliminin yanına aparmaq, onun gələcək taleyini tanımadığımız bir nəfərə tapşırmaq nə dərəcədə doğrudur, bu barədə düşünürükmü? Araşdırırıqmı ki, bu rəqs müəllimi bizim uşağımıza nə öyrədəcək?

Görünən odur ki, bu barədə düşünən çox az valideyn var. Belə olmasa idi, Tiktokda, İntagramda dəqiqəbaşı oğlanlaşan qızlarla, qızlasan oğlanlarla qarşılaşmazdıq. Bu uşaqların müəllimlərinin kənardan dayanıb fərəhlə gülməsinin, utanmazcasına əl çalmasının şahidi olmazdıq.

Görəsən bu müəllim uşağa nə öryətdiyinin fərqinə varırmı? Nəyə gülür, nə üçün qoltuqlarına qarpız yerləşir? Nəyi öyrətdiyi üçün?

Bəlkə də yanılıram, bu, elə valideynlərin seçimidir? Belə isə əsla düzgün seçim deyil. Bu gün baxmaqla doymadığınız, qızınızın oğlan hərəkətlənin ifadəsi ilə etdiyi rəqs sabah onun özünün də, sizin də utanmağınızla nəticələnəcək. Hələ bəlkə də uşaqlarınız böyüyəndə sizi məhkəməyə verəcək ki, nə üçün mənə bu rəqslərin öyrədilməsinə icazə vermişiniz. Hələ bir üstəlik də böyük bir uğur kimi çəkib sosial şəbəkələrdə də paylaşırsınız.

Axı bu qızlar gələcəkdə sevib-seviləcək, ailə quracaq, ana olacaq. Bu rəqslərin onların gələcəyinə yamaq olmasından da çəkinmirsiniz? Yoxsa heç bu barədə düşünən yoxdur...

Uşaqlara diqqət edək, bu gün istənilən boşluq sabah bizlərin çəkəcəyi əziyyət olacaq. Özlərinin əziyyətinə isə söz ola bilməz. Belə isə uşaqları öz istəyimizin, düşüncəmizin qurbanı etməyək. Qoy onlar kişiliyi-ərlik-ərənliyi, qadınlığı-xanım-xatınlığı, nazı özündə ehtiva edən Azərbaycan milli rəqslərini öyrənsinlər. İnanın, bu, həm sizə, həm övladınıza, həm də sabahımıza baş ucalığı gətirər.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri