Icma.az
close
up
RU
Qadınlar, kişilər haqqında bilmədikləriniz...

Qadınlar, kişilər haqqında bilmədikləriniz...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Bu gün kişilərin “naz” etməsi onların zəifliyindən çox, emosional inkişafın tormozlanmasının nəticəsidir. Dünyanın dəyişdiyi kimi, kişi obrazı da dəyişməlidir. Çünki artıq zaman “güclü görünən” yox, daxilində sağlam və dürüst olan kişilərin dövrüdür”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.
O bildirib ki, bu, sadəcə sosial dəyişiklik deyil, həm də psixoloji strukturun dəyişməsidir:

“Bir vaxtlar “naz” qadınlara yaraşırdı. Nazlı-qəmzəli xanımın zərif tərəfini, duyğularını ifadə etməyin incə bir forması sayılırdı. Amma indi mənzərə dəyişib. XXI əsrdə artıq kişilər də “naz” sahibinə çevriliblər. Bu həm münasibətlərdə, həm duyğusal davranışlarda, həm də gündəlik münasibətdə özünü göstərir.

Zaman keçdikcə kişilərin üzərinə düşən ənənəvi “güclü ol”, “sakit qal”, “emosiyalarını gizlə” mesajları yerini iç dünyasında toplanmış emosional yüklənməyə buraxdı.

Müasir kişilər bu yükün altında ya susur, ya da “naz”la özünü müdafiə edir. Naz burada bəzən emosional qorunma mexanizmi olur, bir növ “mən incimişəm, amma bunu sənin hiss etməyini istəyirəm” forması. Yəni kişi artıq sakit dayanmaqla yox, duyğusal oyunlarla varlığını hiss etdirməyə çalışır”.

Onun sözlərinə görə, əvvəllər kişi mübarizənin, qərarlılığın və himayədarlığın simvolu idi, amma indi bəzi kişilərdə bu anlayışın yerini emosional tənbəllik alıb:

“Onlar artıq münasibət uğrunda mübarizə aparmır, məsuliyyətdən qaçır, “qoy o yazsın, qoy o qayıtsın” psixologiyası ilə yaşayırlar. Bu, özünəinamın azalması, öz dəyər hissinin sarsılması və yetkin emosional bacarıqların formalaşmaması ilə bağlıdır. Kişi artıq duyğularını idarə etməkdə çətinlik çəkir və “naz” onun üçün bir növ idarə üsuluna çevrilir”.

Psixoloq qeyd edib ki, cəmiyyət dəyişdikcə qadınlar özünü tanıdı, gücləndi və sərhədlərini müəyyənləşdirdi. Bu isə bəzi kişilərdə öz mövqeyini itirmə qorxusu yaratdı:

“Kişi artıq dominant deyil, amma bərabərlik modelinə də tam uyğunlaşa bilmir. Nəticə olaraq o, nə əvvəlki kimi lider ola bilir, nə də yeni dövrün yetkin tərəfdaşı. Ortada qalır, bu da onun içində naz, inciklik, qaçış və passiv aqressiya kimi formalarla təzahür edir”.

O vurğulayıb ki, kişilər üçün əsas məsələ gücü təkrar kəşf etmək deyil, daxili gücün mahiyyətini dəyişməkdir:

“Güc artıq susmaq yox, danışmaqdır. Güc uzaq durmaq yox, məsuliyyət almaqdır. Güc oyuna girmək yox, həqiqəti bölüşməkdir. Əsl kişi duyğularını inkar etmədən də möhkəm ola bilər. Əsl güc soyuqqanlılıqda yox, emosional yetkinlikdədir”.

Əfsanə Rəcəb
”Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri