Icma.az
close
up
RU
Qadınlar köhnə qaydalarla yaşamaq istəmir, kişilər isə köhnə qaydalarla vəziyyəti idarə edə bilmirlər

Qadınlar köhnə qaydalarla yaşamaq istəmir, kişilər isə köhnə qaydalarla vəziyyəti idarə edə bilmirlər

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.

Bəs qadınların boşanma istəklərinin səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, bu gün boşanmalarda daha çox təşəbbüskar xanımlardır. Onun szlərinə görə, bu, özünü statistikada belə göstərir:

"Son boşanmaların əsas səbəbi cəmiyyətin düşüncə transformasiyası yaşamasıdır. Artıq Azərbaycan açıq cəmiyyətlərə transformasiya olunur. Müxtəlif seriallar, səyahətlər vasitəsilə kənar həyat tərzləri ilə tanış olurlar. Bu gün artıq Azərbaycan qadını və kişisi üçün boşanma, ailə dramı kimi qarşılanmır. Qadınlar daha çox iqtisadi fəal, məşğul əhaliyə çevrildikcə, öz təminatlarını həll etdikcə, köhnə mərkəzin idarəetmə sistemi ilə razılaşmırlar. Qadınlar köhnə qaydalarla yaşamaq istəmir, kişilər isə köhnə qaydalarla vəziyyəti idarə edə bilmirlər. Buna görə qadınlar daha müstəqil, sərbəst həyata meydan oxuyurlar. Qadınlarımızda çox təəssüf ki, eqoizm, hedonizm, yəni zövqə düşkün həyata meyillik var. Qadınlar iqtisadi məşğul əhaliyə çevrildikcə, fikirləşirlər ki, niyə görə patriarxal, mühafizəkar təfəkkürlü kişinin kaprizlərinə dözməlidirlər. Bir, iki uşaq dünyaya gətirdikdən sonra çox rahatlıqla boşanırlar. Öz-özlərinə eqoist həyat yaşamağa meyillənirlər. Bu, əsas səbəblərdən biridir".

Sosioloq qeyd etdi ki,  artıq cəmiyyətin fərd üzərində nəzarəti və qınağı azalıb.

"İctimai qınağa önəm verilmir. Ağsaqqal, ağbirçək fikirləri artıq arxaikləşib. Cəmiyyət və düşüncələr liberallaşıb. İnsanlar daha eqoist bir həyat yaşamağa üz tutublar. Şübhəsiz ki, qadınlar buna görə daha rahat və komfortlu həyat yaşamaq istəyirlər. Ailə məsuliyyəti, ailə qayğıları ilə yaşamaq istəmirlər. Boşanmaların səbəbləri bunlarla məhdudlaşmır. Xəyanət əsaslı, sağlamlıq əsaslı, kənar müdaxilə təsiri ilə baş tutan boşanmalar da var. Asılılıq yaradan maddələr də boşanma mövzularına təsir göstərir. Boşanmış ailədən çıxan övladlar ailələrindən örnək ala bilirlər. Düşünürlər ki, onlar boşanıb, biz də boşanaq. Səbəblər çoxdur, lakin bu, heç də yaxşı tendensiya deyil".

Müsahibimizin sözlərinə görə, bu halardan əziyyət çəkən uşaqlar və cəmiyyət olur.

"Eynilə bu, dövlət üçün əlavə maliyə deməkdir. Çox yaxşı olar ki, münaqişəli ailələr vaxtında araşdırılsın, müəyyənləşdirilsin. Onlarla sosial və psixoloji işlər aparılarsa, həm münaqişəli ailələrin qarşısı alınar, həm də onlar boşanma səviyyəsinə çıxmadan vəziyyət həll olunar. Qadınlarımıza efirlərdə, bəzi verilişlərdə boşanmış qadınların təmtəraqlı həyatlarının təqdimi də bu mövzuya təsir göstərir.
Evdar qadınlar düşünürlər ki, onlar elə yaşayırsa, biz niyə övlad qayğısı çəkirik? Biz də belə yaşayacağıq. Onlar aysberqin görünməyən tərəflərini görə bilmirlər. Bilmirlər ki, o həyatı yaşayan qadınların hansı çətinlikləri var. Bəzi qadınları yalnız görüntü yolundan azdırır. Çox yaxşı olar ki, efirlərdə nümunəvi ailələrin nümayəndələrindən portret verilişlər verilsin. Ailə böhranlarından çıxma yolları ilə bağlı təcrübəli ailə nümayəndələrinin tövsiyələri təqdim olunsun", - deyə Ü.Şəfiyev bildrdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri