Icma.az
close
up
RU
İntihar: qadınlar ölmək istəmir, kişilər əksinə

İntihar: qadınlar ölmək istəmir, kişilər əksinə

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər il dünyada 700.000-dən çox insan intihar edir

İntiharın Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiya və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST iştirakı ilə hər il 10 sentyabr Ümumdünya İntiharın Qarşısının Alınması Günü cəmiyyətin diqqətini intiharların qarşısının alınmasına cəlb etmək üçün qeyd edilir. İntihar qlobal problemdir, bütün dünyada var olan və qarşısı alınmayan problem. Hər il milyonlarla insan intihara cəhd edir, bir çoxu bu cəhdlər nəticəsində həyatını itirir.

Araşdırmalara görə, yaz və yayın ilk aylarında intiharlar daha çox olur. Həddindən artıq istilər orqanizmin elektrolit balansını pozaraq, xüsusilə psixi problemləri olan insanlarda intihara meyilliliyi artırır. Xüsusilə, 15-18 yaş qrupunda olan gənclər və 55-60 yaş qrupunda olanlar daha çox meyilli qruplardır. Gənclərdə şəxsiyyət axtarışı və özünüdərk zamanı travmatik münasibət, yaşlılarda isə tənhalıq hissi intihara rəvac verir.

İntiharın qarşısının alınması üçün məlumatlılığın artırılması, intiharın səbəbləri, risk faktorları və qarşısının necə alınması haqqında insanları məlumatlandırmaq vacibdir. Bu məlumatlandırma intihar etmə düşüncəsi olan insanları əlamətlərdən tanımaqda, onlara dəstək olmaqda və psixoloji kömək olunmasını asanlaşdırmaqda mühüm rol oynayır. İntihara meylli adamlara olan stiqma da onların kömək istəməsinə mane olur və onların sosial cəhətdən təcrid olunmasına səbəb ola bilər. İntiharla mübarizədə insanlar tərəfindən daha mülayim, empatiya ilə yanaşma potensial intiharçının psixoloji yardım əldə etməsini asanlaşdıra bilər.

Bu gün əksər insanlarda belə bir fikir formalaşıb: “Bir insan özünü öldürmək istəyirsə, heç kim onun qarşısını ala bilməz”. Bu fikir kökündən yanlışdır. İntihar edən insanlar çox vaxt ölmək deyil, sahib olduqları həyatı yaşaya bilmədiklərini eşitdirmək, etiraz etmək istəyirlər. Məqsədləri ölüm deyil, yaşadıqları dərin psixoloji, mənəvi ağrılara son qoymaqdır. Üstəlik, depressiyaya düşən insanın emosional vəziyyəti yaxşılaşarsa, onun intihar riskinin azalacağına dair inanc da yanlışdır. Depressiyada olan xəstələr çox vaxt depressiyadan çıxdıqdan sonra intihar edirlər. Özlərini yaxşı hiss etdikdə onlar intihar etmək üçün güc tapırlar.

Ölüm səbəbləri arasında ilk 3-lük!

Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü il məlumatlarına görə, hər il 726.000 insan intihar edir. ÜST-ün məlumatına görə, 2021-ci ildə intihar qlobal miqyasda gənclər arasında üçüncü əsas ölüm səbəbi kimi müəyyən edilib. Dünyada intiharların 73 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. Statistikaya görə, dünyada hər 3 saniyədə 1 insan intihar edir. Onlardan əksəriyyəti istəyini reallaşdıra bilir, çox az faizi xilas edilir. İnsanları intihara bir çox səbəblər sürükləyə bilər. İntihar edənlər ən çox 15-29 yaş aralığında olan insanlardır. İntihara cəhdin səbəbləri arasında ən çox psixoloji problemlər və depressiv vəziyyət üstünlük təşkil edir. Bundan əlavə, intihara səbəb olan problemlər arasında işsizlik, ailədaxili münaqişələr, fiziki problemlər, ünsiyyətsizlik, zərərli vərdişlərdən asılılıq, yalnızlıq kimi səbəblər də var.

İntihar hallarının artmasında müxtəlif risk faktorları və amillər var. Bu günədək aparılmış araşdırmalara görə intihar və intihara cəhd hallarına daha çox 15-25 yaş qrupunda rast gəlinir. İntiharlar kişilərdə, intihara cəhdlər isə qadınlarda daha çox olur. Subay fərdlərin intihar və intihara cəhd nisbəti daha yüksəkdir, lakin evli şəxslərin nisbəti də əhəmiyyətlidir. Təhsil səviyyəsinin aşağı olması intihar riski yarada bilər. Psixi xəstəliyin olması və ya psixiatrik diaqnozun olması intihar üçün müəyyənedici faktor ola bilər.

Əgər ümumiləşdirsək, deyə bilərik ki, qadınların ailədə, cəmiyyətdə sosial rolu daha çox inkişaf etdiyi üçün çətin vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyəti daha uğurludur. Kişilərin çətin vəziyyətlərlə daha narahat və səbrsiz olduğu müşahidə edilir. İntihara meyillilik bioloji baxımdan qadınlar arasında daha çox görünsə də, bu insanın duyğularını və məntiqini idarə etmək bacarığı baxımından da əhəmiyyətli vəziyyətdir. Yəni, qadınlar emosional vəziyyətlərdə özünü daha tez ələ almağı bacarır, lakin kişilər barədə bunu demək çətindir. Başqa bir yanlış fikir, intihar haqqında danışan birinin bunu edə bilməyəcəyi, sadəcə diqqəti cəlb etdiyi inancıdır. Statistik analizlərə görə öz həyatına qəsd edən insanların təxminən 80%-i əvvəllər öz niyyətlərini ətrafdakılara danışıb. Ona görə kimsə intihardan danışanda onu ciddi qəbul etmək lazımdır.

İntihar yardım istəməkdir

İntihar insanın həyatına son qoymaq üçün icra etdiyi ən radikal davranışdır. İntiharlar iki qrupa bölünür: intihar və intihara cəhd. İntiharlar ölümlə nəticələnsə də, intihar cəhdləri fərdin özünə zərər vermə davranışından ibarətdir, lakin ölümlə nəticələnmir. İntihara dəfələrlə cəhd edən adamlar əslində intihar etmək istəmir. İntihar, əslində, bir SOS siqnalıdır – bir növ intihara əl atan adamın yardım istəmək üsuludur.

Hər nə qədər kişilərin intiharı ilk cəhddə “uğurlu” alınsa da, onlar əslində ölümü seçənədək çox “get-gəl”də qalırlar. Ölümlərindən sonra ailələrinin keçəcəyi çətinliklər, yaşayacaqları problemlər, övladlarının gələcək həyatı – hamısını düşünürlər əslində. Onlar çox yüklənirlər – həm iş yerində, həm ailədə, həm də cəmiyyətdə. Həmişə güclü görünməyə məcbur edilirlər, gücləri tükənsə belə.

Sərt iş rejimi, stres və qorxu altında keçən ömür, qidalanma və tv-lərin əvəzsiz “fəaliyyəti” intihar hallarının artması üçün lazımı zəmin yaradır. Bir gün özünüz, övladınız və ya hansısa bir yaxınınız intiharçı olmasın deyə stressdən uzaq olun, onları da stressli həyata məhkum etməyin, çünki stres beyini narahat edən əsas faktordur.

Onları necə tanımalı?

Əslində, intihara meyil edən insanlar özlərini büruzə verirlər. Onlar həyatdan bezdiklərini, çarəsiz olduqlarını, özünə qapandıqlarını, sosial mühitdən uzaqlaşdıqlarını, işlərində gerilədiklərini, hətta bəzən intihara cəhd barədə düşündüklərini mütəmadi deyirlər. Burada ən böyük məsuliyyət ailənin və sosial çevrənin üzərinə düşür. Onu müşahidə etmək, yaxın olmaq vacibdir. Emosional ünsiyyət baxımından intihara meylli şəxsdən nə qədər uzaq olsanız, bu simptomları qaçırma şansınız bir o qədər yüksək olacaq. Dolayısı ilə nə qədər yaxın olsanız, bu simptomları tutmaq şansınız bir o qədər yüksək olacaq. Onu fikrindən daşındırmaq, intihara cəhd zamanı yaxınlığında olmaq həyatını xilas edə bilər.

Qeyd etdiyim kimi, kişilərin intihar nisbətlərinin qadınlara nisbətən daha çox olmasının səbəbi kişilərin üzərinə düşən məsuliyyətin bir fərd üçün çox olmasıdır. Kişilərin intihara meyilliliyi barədə bu qədər yüksək statistika ilə bağlıdır. Bu vəziyyət daha çox orta və aşağı gəlirli, həmçinin sosial-mədəni səviyyəsi bir qədər aşağı olan ölkələrdə baş verir. “Kişi işləməli, ailəsinə baxmalı, kişi güclü olmalıdır” fikri ilə böyüdülən oğlanlar sonralar bu yükə tab gətirə bilmir. Gücünün azaldığını və ailəsini lazımi səviyyədə qoruya bilməyəcəyini düşünəndə intihara sürüklənmə ehtimalı çox böyükdür. Yəni bu ehtimal qadınlarda olduğundan yüksəkdir.

Kişilər qəddar ölüm yolu seçir

Kişilərin öhdəsində olan sosial-ictimai yükü, iş həyatının stresi, uzun müddət xroniki stresə məruz qalmaq kimi faktorlarla mübarizə aparmaq onları çox yorur. Sizcə də “kişi ağlamaz”, “kişi şikayətlənməz”, “kişi deyinməz” kimi stereotiplərlə onların boynuna çox yük qoymuruqmu? Ağlamasına, emosiyasını boşaltmağa icazə vermilməyən kişilərin daxilində yığılıb qalmış emosional reaksiyası bir gün müəyyən bir formada partlayış edir, nəticəsi ya ölmək, ya öldürmək olur.

Kişilərin intihar cəhdlərinin ölümlə nəticələnməsi halları qadınlardan daha yüksəkdir, çünki daha radikal üsullardan istifadə edirlər. Həyatdakı cəsarətləri, qorxmazlıqları ölüm üsulunu seçərkən də ön plana çıxır. Kişilər və qadınlar intihar edərkən müxtəlif üsullardan istifadə edirlər. Məsələn, kişilər odlu silaha üstünlük verdiyi halda, qadınlar həddindən artıq dozada dərman qəbul edərək, yaxud da özünü asaraq intihar edirlər. Həmçinin, intihara cəhd edən insanların əksəriyyətində yaşamaq instinkti üstünlük təşkil edir. Əgər dərman qəbul etmisinizsə, peşman olduğunuz anda xilas olmaq şansınız var. Odlu silahdan atəşlə intihara cəhd heç bir peşmançılıq fürsəti vermədən nəticələnir.

Bu məsələdə oğlanların kiçik yaşlarından heç bir emosiyanı ifadə edə bilməmək ruhunda böyüdülməsi də rol oynayır. Onlar heç bir ağrını rahat yaşaya bilmirlər. Cəmiyyətin stiqması kişilərin ağlamasına imkan vermir. Hətta ən əzizi öləndə belə kişilər, ağlamağı zəiflik kimi anladığı üçün ağlamırlar. O ağrı, dərd onun içində hər gün böyüyür, dərinləşir. Kişilərin qadınlardan daha tez ölməsi, saçlarının daha tez ağarması, ürək xəstəliklərindən daha çox əziyyət çəkməsi də bu xarakterin nəticəsidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri