Icma.az
close
up
RU
Qadınlar nə istəyir? SUALIN CAVABI TAPILDI

Qadınlar nə istəyir? SUALIN CAVABI TAPILDI

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Münasibətlər müxtəlif səbəblərdən başa çatır, ailələr dağılır. Son zaman boşanmaların artması münasibətlərin hansı səbəbdən korlandığı, sevib ailə quran cütlüklərin nəyə görə boşanma qərarı aldığına dair düşünməyə vadar edir.

Qafqazinfo.az xəbər verir ki, psixoloq Castin Şanfarber öz məqaləsində "Qadınlar nə istəyir?" sualına cavab tapmağa çalışıb.

Münasibətlərdə böhranla bağlı olan çoxsaylı problemlər fonunda kişilər sadəcə bir şeyi bilməlidirlər. Qadın hətta sevdiyi insanı belə tərk edir və bu faktdır.

Düzdür, bu, qadına əzab verir. Ürəyini parçalayır. Özünə nifrət etməsinə səbəb olur. Lakin bu, yenə də baş verir. Gec və ya tez qadın sevdiyi kişidən gedə bilər.

Uşaqlar, ev, əmlak və kapital - bütün bunlar artıq özünü müstəqil hesab edən biri üçün maneə deyil.

Qadın ailəni müxtəlif səbəblərdən dağıdır. Ən böyük səbəb isə bəsitdir - kişi onun yanında deyil!

O, işdədir, balıq tutmağa gedib, ovdadır, dostları ilə pivə içir - bütün bunlar qadın üçün önəmli deyil. Hətta o, çox önəmli iş dalınca gedibsə belə, bu artıq münasibətlərin bünövrəsinə zərbədir.

"O, yanımda deyil, o, lazım olan anda yoxdur. Mən təkəm" - Məhz belə qorxunc düşüncələr münasibətlərin pozulmasına gətirib çıxarır.

Ayrılığa səbəb heç də o demək deyil ki, qarşı tərəf pis tərəf müqabili və ya məsuliyyətsiz biridir. O, diqqətcil, yaraşıqlı, seksual fəal ola bilər. Kişi möhtəşəm ata, ailənin müdafiəçisi də ola bilər. Və buna baxmayaraq, kişi yenə də öz qadınını itirə bilər.

Niyə?

"Kimsə sadəcə gələ və məni döyə bilər. Məni zorlaya bilər. Məni qarət edə və ya alçalda bilər" - kişilər yanında olmayanda əksər qadınlar məhz belə düşünür.

Belə bir ehtimal onları sadəcə qorxutmur.  Təkcə hücuma məruz qala bilmə barədə düşüncə qadını göz yaşı həddinə çatdırır. Bəli, qadın çox şey tələb edir. Lakin o, əşya, investisiya deyil. Qadın anlaşılan və asan yerinə yetirilə bilən şərt qoya bilər.

"Bəzən mənim yanıma cütlüklər gəlir. Kişilər demək olar ki, hər zaman susur. O, razıdır. Çünki rasional düşünür.  Onun ailəsi, karyerası, uşaqları, sevimli avtomobili - hər şey nəzarəti altındadır. Hər şey qaydasındadır.  Qadın isə mənəvi olaraq tükənib. Qadın yaxınlıq hiss etmək istəyir. Ehtiras! İstək yox, ona və həyata qarşı ehtiras... Bu dünyada hər zaman onun yanında  birinin dayandığını hiss etmək...", deyə psixoloq əlavə edir.

Qadına başqa bir tərəfdən baxmağa çalışın. Onda şəxsiyyəti görün.

Buna baxmayaraq, kişi məşğuldur. İş, ev, televizor və soyuducudakı pivə...  Kim dedi ki, qadın çətin şəxsiyyətdir? Tamamilə yanlış fikirdir. Hazırlaşmaq, kosmetika, manikur - budur onun maraq sferası, elə deyil?

Deməli, qadınlar nə istəyir? Sualın cavabı çox bəsitdir. Sadəcə, sevdiyi kişinin yanında olmasını...

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri