Icma.az
close
up
RU
Qadınlar üçün ən təhlükəli ölkələr hansılardır? STATİSTİKA

Qadınlar üçün ən təhlükəli ölkələr hansılardır? STATİSTİKA

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Dünyada qadınlara qarşı cinsi zorakılıq və təcavüz halları milyonlarla insanın həyatına təsir edən ən ciddi problemlərdən biridir.

Bununla belə, beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, "ən çox təcavüz baş verən ölkələr" siyahısını hazırlamaq elmi baxımdan doğru deyil. Səbəb isə odur ki, ölkələr arasında cinayətin hüquqi tərifi, qeydiyyat sistemi və polisə müraciət səviyyəsi kəskin fərqlənir. Buna görə rəsmi statistika real vəziyyəti tam əks etdirməsə də, bunu araşdırmağa çalışdıq.

Hurriyyet.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2025-ci ildə açıqladığı hesabata əsasən, dünyada 840 milyon qadın, yəni hər 3 qadından biri (31,6%) həyatında ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalıb. Təkcə son bir il ərzində isə 316 milyon qadın (15 yaşdan yuxarı qadınların 11 faizi) intim partnyoru tərəfindən fiziki və ya cinsi zorakılıqla üzləşib. Bundan əlavə, 263 milyon qadın 15 yaşından sonra partnyoru olmayan şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) məlumat bazasına əsasən, hər 100 min nəfərə düşən qeydə alınmış təcavüz hadisələrinin sayına görə ilk sıralarda aşağıdakı ölkələr qərarlaşıb:

Ölkədə hər 100 min nəfərə düşən təcavüz hadisəsi Botsvanada 92,9, Lesotoda 82,7, Cənubi Afrika Respublikasında 72,1, Bermudda 67,3, İsveçdə 63,5, Surinamda 45,2, Kosta Rikada 36,7, Nikaraquada 31,6, Qrenadada 30,6, Avstraliyada 28,6, Belçikada 27,9, ABŞ-də 27,3, Böyük Britaniyada 27,3-dür.

Ekspertlər bildirirlər ki, bu rəqəmlər həmin ölkələrdə təcavüzün mütləq daha çox baş verdiyini göstərmir. Əksinə, inkişaf etmiş ölkələrdə qadınların polisə müraciət etməsi daha geniş yayılıb və hüquqi təriflər daha əhatəlidir. Bir çox dövlətlərdə isə hadisələrin böyük hissəsi ümumiyyətlə qeydə alınmır. ÜST-ün hesablamalarına görə, intim partnyor zorakılığının son 12 ay üzrə yayılması regionlar arasında ciddi fərqlənir:

• Okeaniya (Avstraliya və Yeni Zelandiya istisna olmaqla) -38%

• Mərkəzi və Cənubi Asiya -18% • Ən az inkişaf etmiş ölkələr -18%

• Saxaradan cənubdakı Afrika -17% • Şimali Afrika və Qərbi Asiya -14%

• Avropa və Şimali Amerika -5%

BMT-nin məlumatına görə, qadınlar üçün ən təhlükəli ölkələr sırasında müharibə və humanitar böhran yaşayan Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Somali, Haiti və Mərkəzi Afrika Respublikası xüsusi yer tutur. Təkcə 2024-cü ildə dünyada münaqişələrlə bağlı qeydə alınan cinsi zorakılıq halları 25 faiz artıb, 4 600-dən çox zərərçəkən rəsmi şəkildə qeydə alınıb. BMT bunun real rəqəmlərdən xeyli aşağı olduğunu vurğulayır.

Mütəxəssislər hesab edirlər ki, qadınların təhlükəsizliyini qiymətləndirərkən yalnız təcavüz statistikalarına deyil, həm də məişət zorakılığı, qadın qətlləri (femisid), insan alveri, qanunvericiliyin effektivliyi və hüquq-mühafizə orqanlarına etimad kimi göstəricilər nəzərə alınmalıdır. Bu səbəbdən BMT və ÜST ölkələrin sadəcə rəsmi təcavüz statistikasına əsasən müqayisəsini doğru hesab etmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri