Icma.az
close
up
RU
Qadınlarda cinsi istəksizlik vaginizm xəstəliyinin əlamətlərindən biridir

Qadınlarda cinsi istəksizlik vaginizm xəstəliyinin əlamətlərindən biridir

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaginizm - qadınların cinsi əlaqədən qorxmasıdır.

Bu zaman vaginanın girişində olan əzələlər, aşağı ətraf əzələləri (ayaqlar)  və bütün bədən əzələləri eyni anda kəskin yığılaraq, sıxılaraq cinsi əlaqəni mümkünsüz hala gətirir. Dəhşətli qorxular və ya adını bilmədiyi daxildən gələn güclü bir enerji qadının özündən asılı olmayaraq bu problemin yaranmasına səbəb olur.

Vaginizmin yaranmaının əsas səbəblərindən biri də qızların öz cinsi orqanlarını tanımamasıdır və hətta tanımağa cəhd göstərməməsidir. Onlar yuyunmağa belə qorxurlar, diksinirlər. Belə qızlarda "ağıllı qız sindromu " üstünlük təşkil edir. Onlar cinsi əlaqəni əxlaqsızlıq, iyrənclik, günah, ayıb sayaraq cinsi əlaqə haqda heç bir informasiya əldə etmək istəmirlər. Qızları olan anaların da burada rolu böyükdür. Analar əvvəlcədən öz qızlarına  12 yaşına çatdığı zaman aybaşı olacağını, cinsi orqanlara gigiyenik qaydalarını öyrətməlidirlər ki, bu qızlar da cinsi orqan haqqında məlumat toplamağa açıq olsunlar. Əksinə olaraq valideynlərimiz iki qadın söhbət edəndə qızlarından onları tək qoymalarını istəyirlər. Bu düzgün deyil! Qızlarını həyatın qanunlarından təcrid edəndə zərərini ancaq qız çəkir! Və elə bir şəkildə zərər çəkir ki, bu onun bütün sağlamlığına, bütün həyatına, qurduğu ailəsinə öz sarsıdıcı təsirini göstərir. Çox yaxşı olardı ki, analar qızlarına müəyyən qədər cinsi orqan haqqında məlumatlar versinlər.

Gənc qızlarda vaginizmin yaranmasında onların rəfiqələrinin böyük rolu vardır. Ailə qurmuş rəfiqələrinin cinsi əlaqəni çox şişirdilmiş və qorxulu şəkildə anlatmaları nəticəsində cinsi əlaqə haqqında heç bir təcrübəsi olmayan qız üçün bu  çox ağır bir psixoloji travma olur. Bu zaman gənc qız eşitdiklərini beynində öz fantaziyasına uyğun qorxulu ssenari üzərində canlandırır və öz quraşdırdığına özü inanmağa başlayır. Bu zaman gənc qız tərəfindən yaşanan bu pis düşüncələr (beynində canlandırdığı üçün ) onun şüuraltı mərkəzində (beynində) məskunlaşaraq yer alır və öz fəsadlarını göstərməyə başlayır. Vaginizm qızlar ailə qurduqdan sonra cinsi əlaqə mümkün olmadığı zaman " Elə bil vagina hissədə bir divar yaranır” - deyə söyləyirlər. Əslində isə bu "divarı” onlar özləri də bilmədən beyinlərində yaradıblar. Belə qızlar Bizim Xüsusi Müalicədən sonra normal şəkildə cinsi həyat yaşaya bilirlər.

Bundan başqa keçirilmiş ağır doğuşdan sonra, eləcə də vaginanın daraldılması (arxa kolporrafiya) əməliyyatından sonra da vaginizm əlamətlərinə rastlamaq olar. Bu bütün vaginizm olmayan qadınlarda da görülə bilər. Eyni zamanda vaginanın (uşaqlıq yolunun) iltihabi proseslərində də ( bartolinit , irinli və mayeli kistlər) , genital herpes , kandilomların olması  da ağrılı cinsi əlaqə yarada  bilər.Müayinə zamanı bu xəstəliklər aşkar olunarsa ( iltihabi proses,bartolinit və s.)  müalicə olunduqdan sonra onlar ağrısız şəkildə cinsi əlaqədə ola bilirlər.Səbələrdən biri də vaginanın (uşaqlıq yolunun) anadangəlmə olmamasıdır.

Vaginanın anadangəlmə olmaması da cinsi əlaqənin mümkünsüzlüyünün səbəbi ola bilər. Belə qadınlara vaginaplastika əməliyyatı (vagina yaradılması) məsləhət görülür və bu əməliyyatdan sonra onlar cinsi əlaqə yaşaya bilirlər.

Günay Hacıyeva

Mama-ginekoloq

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri