Qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir Deputat
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qadınlar məşğul əhalinin 47,9 faizini təşkil edir. Bununla yanaşı iqtisadi qeyri-fəal əhalinin 55,7 faizi qadınlardır. Yəni, qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, rəsmi statistik məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi son 13 ildə artaraq 34,6 faiz olub:
"Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artıb. Amma uşaq bağçalarının və günərzi qayğı mərkəzlərinin az olması bəzi rayon, qəsəbə, kəndlərdə qadınları işləmək imkanlarından məhrum edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















