Icma.az
close
up
RU
Qadınların idarəçilikdə artan rolu... Qafarov

Qadınların idarəçilikdə artan rolu... Qafarov

Icma.az, Axar.az saytına istinadən bildirir.

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətində sadəcə təqvim bayramı deyil. Bu bayram həm də tarixi yaddaşın, dövlətçilik ənənələrinin və müasir inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Axar.az xəbər verir ki, bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Azərbaycan qadınının tarixən keçdiyi yol xalqımızın tarixinin özü qədər şərəfli və zəngindir:

“Hələ ən qədim dastanlarımızdan olan “Kitabi Dədə Qorqud” səhifələrində qadın obrazlarının cəsarəti, müdrikliyi və sədaqəti xüsusi yer tutur. Tarixin müxtəlif mərhələlərində Möminə Xatun, Sara Xatun, Tomris kimi lider qadınların fəaliyyəti göstərir ki, Azərbaycan qadını yalnız ailənin deyil, həm də dövlətin dayağı olub. XX əsrin əvvəllərində isə Azərbaycan qadını Şərq dünyasında ilk dəfə siyasi hüquqlar əldə edərək seçmək və seçilmək imkanı qazandı. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verməklə regionda mühüm demokratik ənənənin əsasını qoydu. Bu addım qadının cəmiyyət həyatında rolunun rəsmi şəkildə tanınması idi və sonrakı inkişafın təməlini formalaşdırdı”.

Fikirlərini davam etdirən millət vəkili artıq müstəqillik dövründə qadın siyasətinin dövlət quruculuğu strategiyasının ayrılmaz istiqamətinə çevrildiyini qeyd edib:

“Bu xəttin ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildi. Ulu Öndərin rəhbərliyi ilə qadınların dövlət idarəçiliyində, elm və mədəniyyətdə təmsilçiliyi genişləndi, onların təşəbbüslərinə dəstək verildi. Qadına hörmət milli-mənəvi dəyər kimi dövlət siyasətinin prioritetinə çevrildi. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Gender bərabərliyinin təminatı, qadın hüquqlarının qorunması, onların sosial-iqtisadi fəallığının artırılması istiqamətində qəbul olunan qanunlar və proqramlar müasir Azərbaycanın inkişaf modelinin mühüm komponentidir. Qadınların idarəçilikdə, parlamentdə, yerli özünüidarəetmədə artan rolu bu siyasətin real nəticəsidir. Bu kontekstdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsləri Azərbaycan qadınının humanizm, mərhəmət və intellektual potensialını beynəlxalq miqyasda nümayiş etdirir. Humanitar layihələr, mədəni irsin qorunması və sosial proqramlar vasitəsilə həyata keçirilən genişmiqyaslı fəaliyyət qadının cəmiyyətdə yalnız iştirakçı deyil, həm də təşəbbüskar qüvvə olduğunu təsdiqləyir. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını həm milli dəyərlərə sadiq, həm də qlobal çağırışlara açıq obrazda təqdim olunur. Beləliklə, Azərbaycan qadınının tarixi irsi ilə müasir dövlət siyasəti arasında möhkəm bir körpü formalaşıb. Keçmişin qəhrəmanlıq salnaməsi bu gün hüquqi təminat, siyasi iradə və institusional mexanizmlərlə tamamlanır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Mart 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri