Icma.az
close
up
RU
Azərbaycan cəmiyyətində qadınların rolu

Azərbaycan cəmiyyətində qadınların rolu

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Psixoloq Aygün Elşadqızı: “Sağlam ailə sağlam gələcək deməkdir. Çalışıb ailəmizi sağlam qurmalıyıq ki, gələcəyə sağlam baxan övladlarımız olsun”

Dəfələrlə şahidi olmuşuq ki, bəzi hallarda cəmiyyətimiz qadına qarşı haqsızlıqlara göz yumur. İnsanlar bu faktı ya gözməzlikdən gəlir, ya da “belə də olmalıdır” düşüncəsi ilə ədalətsizliyə qarşı çıxmaq yerinə, əksinə, ona haqq qazandırmağa çalışır.

Təəssüf ki, bu, iİllərdir belə davam edir. Hətta cəmiyyətimizin ölüm hallarına belə, biganəliyi danılmazdır. Məsələn, hansısa qadın öldürülübsə, hər kəs hadisəni dərhal özünəməxsus şəkildə yozmağa çalışır, bəziləri isə “görünür, bir səbəb var ki, öldürülüb” deyəcəq qədər irəli gedirlər.

Məhz bu cür yanaşma ilə də günümüzdə günahsız, əsassız yerə ləkələnən qadınların sayı günbəgün çoxalır.

Bildiyimiz kimi, ölkəmizdə işləməyən, kimlərinsə “əsarəti altında” olan qadınlar da çoxdur. Onların əksəriyyəti risqdən qaçır, bəziləri isə qorxurlar. Kimisi atasından, kimi ərindən, kimisi də qaynana təhdiqlərindən çəkinərək, basqı altında yaşamağa məcbur olurlar.

Hətta müxtəlif səbəblərdən sosial mediadan belə, uzaq saxlanılan qadınlar var. Bəlkə də bu yazı kimlərəsə xoş gəlməyəcək. Haqlı olaraq deyəcəksiniz ki, sosial mediada olan, “azad olan” bəzi qadınları da görürük. Amma bu, ayrı bir mövzudur.

Evdar qadınlar cəmiyyətin mühüm təbəqəsini təşkil etməkdədir. Onların məsuliyyəti digərlərindən daha çoxdur. Ailənin qayğısına qalır, uşaqların tərbiyəsi ilə məşğul olur, həmçinin ev işləri ilə də məşğul olurlar. Lakin könül istər ki, Azərbaycanda savadsız, təsir altında qalan qadın olmasın.

Evdar qadınların özlərini inkişaf etdirmək istəməsi cəmiyyət üçün də müsbət qarşılanar. Qıraqdan ona dəstək olmağa da çalışarlar. Evdar qadınlar distant təhsil, onlayn kurslar, kitab oxumaq və əl işləri ilə məşğul olmaqla bilik və bacarıqlarını artıra bilərlər. Bu zaman psixoloji olaraq özlərini daha dəyərli hesab edəcəklər. Bu addımlar gələcəkdə iqtisadi baxımdan daha müstəqil ola bilmələri üçün vacibdir.

Dövlət və qeyri-hökumət təşkilatlarının evdar qadınlara yönəlik təlimlər və layihələr təşkil etməsi də onların sosial həyatda daha fəal olmasına şərait yaradır.

Onu da qeyd edək ki, savadlı evdar qadınlarımız da çoxluq təşkil edir. Evdar qadınların inkişafı yalnız fərdi yox, həm də ictimai bir məsələdir. Qadınlarımızın bilikli, güclü olması ailənin rifahına, dövlətimizin gələcəyi olan uşaqların, gənclərin daha sağlam böyüməsinə birbaşa səbəbdir.

Təsadüfi deyil ki, evdar qadınların inkişafı üçün dövlətimiz tərəfindən də bir çox tədbirlər görülür və görülməkdədir.

Bəzi psixoloqların fikrinə görə, evdar xanımların 30-40 faizi özünəqapanıqlı olurlar. Hansı ki, bu qadınlar hər xırda problemi böyüdə bilirlər. Lakin bəzi qadınlar da var ki, onlar müxtəlif məşğuliyyət sahəsində çalışaraq - şirniyyat bişirərək, şəkil çəkərək, düzgün məsləhətlər alaraq və s. bu kimi sıxıntılardan azad olurlar. Enerjilərini məhz bu yöndə istifadə edirlər.

Yeri gəlmişkən, bəzi ölkələrdə evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlara xüsusi vəsait ayrılır. Bu hal  onları ruhlandırır və özlərini əzilmiş, zəif xarakter kimi hiss etmirlər.

Əlbəttə, günümüzdə kişilərin əksəriyyəti qadınları evdə görmək istəyirlər. Onların fikrincə, qadınlar ancaq ailə və ev işləri ilə məşğul olmalıdırlar. Əgər bir kişi evini maddi cəhətdən tam idarə edə bilirsə, fikirləşir ki, onun qadını işləməyə bilər.

Şübhəszi, ev işləri kifayət qədər ağırdır və fiziki güc tələb edir. Amma ən yanlışı odur ki, “qadın” deyəndə cəmiyyətdə ağlagələn ilk şey “ev işi” olur. Düşünülür ki, qadınsansa, sən ev işinin bütün növlərini bacarmalısan. Bacarmayanda da “sən necə qadınsan ki, ev işini bacarmırsan?” – kimi fikirlər səsləndirilir.

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda BMT-nin İnkişaf Proqramı çərçivəsində müvafiq layihələr həyata keçirilir. Layihə nəticəsində Azərbaycanın bir neçə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının təşviqi, texniki yardım layihəsi həyata keçirilir. Bu yerlərdə yaradılan qadın resurs mərkəzləri bilavasitə qadınların iştirakçılığının təmin edilməsi üçün sistemli şəkildə iş aparır.

Qadınların siyasi fəallığına gəldikdə isə müstəqilliyin ilk illərindən qadınlar kişilərdən geri qalmayıblar. Hazırda minlərlə qadın müxtəlif siyasi partiyaların, sıravi və siyasi şuralarının üzvləridilər.

Məsələ ilə bağlı psixoloq Aygün Elşadqızı ilə həmsöhbət olduq. Onun fikrincə, qadınlar iş bacarıqlarına görə kişilərdən daha üstündür: “Hər bir insan fikirləşməlidir ki, yaşadığımız həyatın qonağıyıq. Bu gün varıq, sabah yoxuq. Məhz bu səbəbi unutmayıb, mehriban yaşamaq lazımdır. Qəlb qırmaq, kimisə ağlatmaq, onun üzərində hökmranlıq etmək olmaz. Biz müstəqil ölkədə yaşayırıq. Mənə görə, qadınlar iş bacarıqlarına görə kişilərdən daha üstündürlər. Qadının bacarmayacağı heç nə yoxdur. Təhsil alan, müxtəlif faydalı sahələrlə məşğul olan qadınlarımız çoxdur. Bu isə sevindirici haldır”.

Bununla belə, psixoloq qadınların daima inkişafa meyl etməli olduğunu da bildirir: “Hər bir insan öz üzərində işləməlidir. Mən psixoloq işləyirəmsə, bununla yetinməməliyəm. Digər sahələrə də maraq göstərib, araşdırmalıyam. Mənim əsil sənətim psixoloqluq olsa da, həmçinin, dərzilik fəaliyyəti ilə də məşğul oluram. İmkan vermirəm ki, hansısa fikir, xəstəlik məni tapsın. Bu o demək deyil ki, mənim problemlərim yoxdur. Sadəcə, bacarıb neqativ hadisələri, hissləri içimizə buraxmamalıyıq.

Qəbulumda olan xəstələrədən biri deyir ki, qonşumun yoldaşı hər gün işə gedəndə yoldaşı ilə qucaqlaşıb sağollaşır, bizimki də qapını çırpır gedir. Xanım özündə günah görmür. Səhv anlamayın, mən demirəm ki, hər zaman günah qadınlardadır. Amma təəssüf ki, günahın 50 faiz qadınlardadır. Qadın yoldaşını evə bağlamalıdır. Qadın böyük qüvvədir. Sevgi göstərsə sevgi görər.

Bəlkə də bəziləri bu müsahibəni oxuyanda deyəcək ki, Aygün xanım kişilərin haqqlarını müdafiə edir. Mən sadəcə düzünü göstərməyə çalışıram. Söhbət normal kişi və qadından gedir. Əlbəttə ki, psixologiyası pozulmuş şəxslərə aid edilə bilməz”.

Aygün Elşadqızı bəzi qadınların özünə qapanmasının səbəbləri haqda da danışdı: “Özünəqapanıqlıq təkcə evdar qadınlarda yox, hər bir insanda ola bilər. Müəyyən problemlər var ki, biz onları tək yaşamaq istəyirik. Bu zaman isə qıraqdan özünəqapanmış insan kimi görünürük.

Fiziki cəhətdən çökmüş insanlarda da özünəqapanma halları çox olur. Düşünürəm ki, belə insanlar mütləq yardım almalıdırlar.

Sağlam ailə sağlam gələcək deməkdir. Çalışıb ailəmizi sağlam qurmalıyıq ki, gələcəyə sağlam baxan övladlarımız olsun”.

“Hürriyyət”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri