Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.

Saglamolun.az bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlara riayət etməmək qadın cinsi üzvlərinin bir çox təhlükəli xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

Bəs, qadınların əsas intim gigiyena qaydaları hansılardır?

1-ci qayda. Əfsuslar olsun ki, bir çox qadınlar bilmir ki, uşaqlıq yolu öz-özünü təmizləyən orqandır. Uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa (“sprinsovka”) vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna, daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olur. Yalnız xarici cinsi üzvlər yuyulmalıdır. Bunun üçün axar sudan istifadə etmək lazımdır. Hər dəfə sabundan istifadə etmək ehtiyac yoxdur - bu dərini və selikli qişaları qurudur, üzərində mikroçatlar yaranır. Uşaqlıq yolunun daxilinin yuyulması (və ya ora maye şəklində olan vasitələrin püskürdülməsi) yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün nəzərdə tutulmuş xüsusi gellərdən istifadə etmək daha yaxşıdır. Belə gellər dərini yumşaq təmizləyir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür. Belə gellərdən də hər dəfə deyil, ehtiyac yarandıqda istifadə etmək lazımdır.

3-cü qayda. Qadın bezlərini hər 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır! Bu həm menstruasiya bezlərinə, həm də gündəlik bezlərə aiddir. Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı "qida mühitinə" çevrilir. Qadın bezləri nə qədər çox saxlayırsınızsa, onların xeyri getdikcə o qədər də azalmış, cinsi orqanların iltihabının artması ehtimalı isə yüksəlmiş olur. Allergiyaya meylli qadınlar aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etməlidir.

Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) saxlandıqları halda, qadın orqanizmi üçün çox təhlükəli hesab edilən toksik şok sindromunun inkişafına səbəb ola bilər! Toksik şok sindromunun simptomları: temperaturun birdən-birə kəskin şəkildə qalxması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri qeyd edilən kimi, təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: bezləri vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdirdikdən sonra axar su ilə aralıq nahiyəsini yumaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün çox yaxşı bir şərait yaranmış olur.

Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4-cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın cinsi orqanlarının müxtəlif xəstəliklərdən qorunması üçün çox vacib hesab edilir. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) hazırlanmış olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.

Sintetik qadın alt paltarlarından istifadə edilməsi ziyanlıdır. Belə alt paltar nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlir. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi “müasir” - nazik zolaq şəklində olan qadın alt paltarları (“strinq” və “tanqa”) isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan başqa, alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranı pozulur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri