Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

“Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb” Könül Nurullayeva

“Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb” Könül Nurullayeva

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Hazırda dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir ki, bu da ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət meyllərin mövcudluğunu göstərir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxışında belə deyib. O, bildirib ki, ölkəmizdə gender balansına yönəlik səyləri nəzərə alaraq, rəhbər vəzifələrdə gender balansının təmin olunması məqsədilə dövlət və bələdiyyə strukturlarında gender kvotalarının tətbiqi müzakirə olunmalıdır.

Erkən nikahlara da toxunan deputat qeyd edib ki, mövcud statistika bu sahədə azalma tendensiyasının müşahidə olunduğunu göstərir. Lakin, erkən nikah halları müəyyən bölgələrdə yenə də aktuallığını qoruyur: “Təəssüf ki, erkən nikahlar təkcə uşaqların təhsil və inkişaf hüquqlarını pozmur, həm də onların gələcək həyatlarına ciddi zərbə vurur. Erkən nikahlarla mübarizə məqsədilə regionlarda hədəfli maarifləndirmə kampaniyaları genişləndirilməli, məktəblərdə bu məsələyə dair mütəmadi təlimlər keçirilməlidir".

Deputat məişət zorakılığı ilə bağlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, məişət zorakılığı hallarında zərərçəkmişlə zorakılıq törədən arasında barışdırma mexanizminin aradan qaldırılması müsbət bir addım kimi qiymətləndirilə bilər: “Bu dəyişiklik zorakılığın cəzasız qalmasının və təkrarlanmasının qarşısını almağa, eyni zamanda zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv qorunmasına xidmət edir. Hazırda məişət zorakılığına qarşı mübarizə çərçivəsində mühafizə orderlərinin tətbiqi praktikası da genişlənmişdir. Xüsusilə icra hakimiyyətləri tərəfindən əvvəllər 30 gün müddətinə verilən mühafizə orderlərinin artıq 60 gün müddətinə tənzimlənməsi zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması baxımından mühüm və müsbət bir addım hesab olunur. Bu yanaşma, zorakılıq hallarına qarşı daha təsirli müdafiə mexanizmlərinin tətbiqini və zərərçəkmişlərin hüquqlarının real şəkildə qorunmasını təmin edir. Lakin mövcud müsbət dinamikanın davamlılığını təmin etmək məqsədilə kompleks tədbirlərin davam etdirilməsi zəruridir. Belə ki, bu sahədə hüquqi mexanizmlərlə yanaşı, sosial müdafiə, psixoloji dəstək və sığınacaq imkanları da genişləndirilməlidir".

K.Nurullayeva gender bərabərsizliyi və iqlim dəyişikliyi məsələlərinə də toxunub. Onun sözlərinə görə, ölkəmizdə iqlim dəyişikliklərinin kənd təsərrüfatı, su ehtiyatları və ekosistemlər üzərindəki təsirləri xüsusilə bölgələrdə yaşayan qadınların həyatına birbaşa təsir göstərir: “Qadınlar, xüsusən də kənd yerlərində, ailənin ərzaq təminatı, su və enerji resurslarının idarə olunmasında mühüm rol oynayırlar və bu da onları iqlim dəyişikliklərinə qarşı daha həssas edir. Sevindirici haldır ki, Energetika Nazirliyində çalışan əməkdaşların 47 faizini qadınlar təşkil edir və bu, qadınların iqlim və enerji siyasətlərində iştirakına imkan yaradır. Lakin qadınların iqlim siyasətində və qərarvermə proseslərində daha geniş iştirakını təmin etmək, genderə həssas strategiyalar hazırlamaq və bu sahədə maarifləndirməni artırmaq üçün işlər görülməlidir. Bu istiqamətdə irəliləyişin davamı üçün regionlarda qadınların iştirakı ilə iqlimə davamlılıq mövzusunda təlim proqramlarının təşkili və onların yerli layihələrin hazırlanmasına cəlb olunması məqsədəuyğundur".

“Qadınların və uşaqların hüquqlarının təmin olunması, onların sosial rifahı və cəmiyyətdə tam iştirak imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir” deyən K.Nurullayeva qeyd edib ki, bu sahədə birgə əməkdaşlıq və qətiyyətli addımlar vacibdir: “Qanunlar təkmilləşdirilərkən bu başlıqları nəzərə alaraq addımlar atmaq lazımdır. Amma ən önəmlisi qanunların işləmə mexanizminin düzgün hədəfə yönəlik formalaşdırılması və onların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi çox vacibdir. Və ümumilikdə, bu yalnız qanunvericilik məsələsi deyil, sosial ədalət prinsipidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see226

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see163

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see141

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri