Icma.az
close
up
RU
“Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb” Könül Nurullayeva

“Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb” Könül Nurullayeva

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

“Hazırda dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir ki, bu da ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət meyllərin mövcudluğunu göstərir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxışında belə deyib. O, bildirib ki, ölkəmizdə gender balansına yönəlik səyləri nəzərə alaraq, rəhbər vəzifələrdə gender balansının təmin olunması məqsədilə dövlət və bələdiyyə strukturlarında gender kvotalarının tətbiqi müzakirə olunmalıdır.Erkən nikahlara da toxunan deputat qeyd edib ki, mövcud statistika bu sahədə azalma tendensiyasının müşahidə olunduğunu göstərir. Lakin, erkən nikah halları müəyyən bölgələrdə yenə də aktuallığını qoruyur: “Təəssüf ki, erkən nikahlar təkcə uşaqların təhsil və inkişaf hüquqlarını pozmur, həm də onların gələcək həyatlarına ciddi zərbə vurur. Erkən nikahlarla mübarizə məqsədilə regionlarda hədəfli maarifləndirmə kampaniyaları genişləndirilməli, məktəblərdə bu məsələyə dair mütəmadi təlimlər keçirilməlidir".Deputat məişət zorakılığı ilə bağlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, məişət zorakılığı hallarında zərərçəkmişlə zorakılıq törədən arasında barışdırma mexanizminin aradan qaldırılması müsbət bir addım kimi qiymətləndirilə bilər: “Bu dəyişiklik zorakılığın cəzasız qalmasının və təkrarlanmasının qarşısını almağa, eyni zamanda zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv qorunmasına xidmət edir. Hazırda məişət zorakılığına qarşı mübarizə çərçivəsində mühafizə orderlərinin tətbiqi praktikası da genişlənmişdir. Xüsusilə icra hakimiyyətləri tərəfindən əvvəllər 30 gün müddətinə verilən mühafizə orderlərinin artıq 60 gün müddətinə tənzimlənməsi zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması baxımından mühüm və müsbət bir addım hesab olunur. Bu yanaşma, zorakılıq hallarına qarşı daha təsirli müdafiə mexanizmlərinin tətbiqini və zərərçəkmişlərin hüquqlarının real şəkildə qorunmasını təmin edir. Lakin mövcud müsbət dinamikanın davamlılığını təmin etmək məqsədilə kompleks tədbirlərin davam etdirilməsi zəruridir. Belə ki, bu sahədə hüquqi mexanizmlərlə yanaşı, sosial müdafiə, psixoloji dəstək və sığınacaq imkanları da genişləndirilməlidir".K.Nurullayeva gender bərabərsizliyi və iqlim dəyişikliyi məsələlərinə də toxunub. Onun sözlərinə görə, ölkəmizdə iqlim dəyişikliklərinin kənd təsərrüfatı, su ehtiyatları və ekosistemlər üzərindəki təsirləri xüsusilə bölgələrdə yaşayan qadınların həyatına birbaşa təsir göstərir: “Qadınlar, xüsusən də kənd yerlərində, ailənin ərzaq təminatı, su və enerji resurslarının idarə olunmasında mühüm rol oynayırlar və bu da onları iqlim dəyişikliklərinə qarşı daha həssas edir. Sevindirici haldır ki, Energetika Nazirliyində çalışan əməkdaşların 47 faizini qadınlar təşkil edir və bu, qadınların iqlim və enerji siyasətlərində iştirakına imkan yaradır. Lakin qadınların iqlim siyasətində və qərarvermə proseslərində daha geniş iştirakını təmin etmək, genderə həssas strategiyalar hazırlamaq və bu sahədə maarifləndirməni artırmaq üçün işlər görülməlidir. Bu istiqamətdə irəliləyişin davamı üçün regionlarda qadınların iştirakı ilə iqlimə davamlılıq mövzusunda təlim proqramlarının təşkili və onların yerli layihələrin hazırlanmasına cəlb olunması məqsədəuyğundur".“Qadınların və uşaqların hüquqlarının təmin olunması, onların sosial rifahı və cəmiyyətdə tam iştirak imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir” deyən K.Nurullayeva qeyd edib ki, bu sahədə birgə əməkdaşlıq və qətiyyətli addımlar vacibdir: “Qanunlar təkmilləşdirilərkən bu başlıqları nəzərə alaraq addımlar atmaq lazımdır. Amma ən önəmlisi qanunların işləmə mexanizminin düzgün hədəfə yönəlik formalaşdırılması və onların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi çox vacibdir. Və ümumilikdə, bu yalnız qanunvericilik məsələsi deyil, sosial ədalət prinsipidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri