Icma.az
close
up
RU
Qafqazda ən az su Azərbaycandadır SOS!

Qafqazda ən az su Azərbaycandadır SOS!

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekspert deyir ki, yağış sularının axıb itməsinin qarşısı alınmalıdır

Azərbaycanda su qıtlığı müşahidə olunur ki, bu da ən böyük problemdən biridir. Son illər ölkədə bir sıra su anbarlarının tikilməsinə, Xəzərin suyunun duzsuzlaşdırılması istiqamətində addımlar atılmasına, paytaxtda və regionlarda yağış suyunun evlərə belə dolmasına baxmayaraq yenə su qıtlığı müşahidə olunur.

Hətta kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycan 2050-ci ilədək su qıtlığından ən çox təsirlənəcək 35 ölkədən biri ola bilər.

Onun sözlərinə görə, son illərdə iqlim dəyişikliyi fonunda həm su ehtiyatlarının azalması, həm də yağıntıların rejimində ciddi dəyişikliklər müşahidə olunur: “Yağışların düşmə müddəti və tezliyi dəyişir ki, bu da aqrar sektora birbaşa təsir göstərir. Ölkəmiz 2050-ci ilə qədər su qıtlığından əziyyət çəkəcək 35 ölkə sırasında olacaq”.

Doğrudanmı sululuq səviyyəsinə görə Azərbaycan dünyada, eləcə də Cənubi Qafqazda ciddi problemlə üzləşib, hazırda problemlər nədən qaynaqlanır?

Mövzu ilə bağlı Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor, Turan Elmlər Akademiyasının akademiki Rauf Sultanov “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, son vaxtlar Azərbaycanda su ilə bağlı yaranan problemlər həm su qıtlığı, həm də intensiv yağıntıların yaratdığı çətinliklərlə əlaqədardır: “Azərbaycanın suya olan tələbatının təxminən üçdə iki hissəsi transsərhəd çaylar hesabına ödənilir. Yəni bu sular qonşu ölkələrin ərazilərindən keçərək Azərbaycana daxil olur. Qalan hissə isə ölkənin daxili su ehtiyatları hesabına formalaşır. Bu gün Bakı şəhərində intensiv yağışlar və sel suları müəyyən problemlər yaradır. Əlbəttə, bu problemlərin yaranmasında kanalizasiya və drenaj xətlərinin tutumunun düzgün hesablanmaması da müəyyən rol oynayır. Amma mən bir məqamı xüsusilə vurğulamaq istəyirəm: bu gün biz Allaha şükür etməliyik ki, Azərbaycanda bu qədər yağış yağır. Bu, Allahın bizə verdiyi böyük nemətdir. Ona görə də bu məsələyə daha ciddi yanaşmaq lazımdır.

Bilirsiniz ki, işğaldan azad olunmuş Qarabağ ərazisində çoxlu sayda su elektrik stansiyaları və su anbarları tikilir. Son beş il ərzində orada suların toplanması və səmərəli istifadəsi istiqamətində xeyli iş görülüb. Amma onu da qeyd etməliyəm ki, görülən bu işlər nə qədər böyük olsa da, respublika miqyasında görülməli işlərin təxminən 5 faizini təşkil edir. Azərbaycanın suya olan tələbatını tam ödəmək üçün Böyük Qafqaz sıra dağlarının ətəklərində də analoji layihələrin həyata keçirilməsi vacibdir.

Burada iki mühüm məsələ var. Kür çayı öz başlanğıcını Türkiyədən götürərək Gürcüstandan keçir və Azərbaycana daxil olur. Araz çayı isə Türkiyədən başlayaraq Ermənistan ərazisindən keçib Azərbaycana gəlir. Beynəlxalq konvensiyalara görə nə Türkiyənin, nə də Gürcüstanın Kür çayının axınının qarşısını almaq hüququ yoxdur.

Digər tərəfdən, Azərbaycanın coğrafi mövqeyi bizim üçün olduqca əlverişlidir. Çünki Kür çayı ölkəmizə daxil olduqdan sonra onun istifadəsi Azərbaycan dövlətinin səlahiyyətindədir. Hazırda Azərbaycan Kür çayının suyundan Bakının suya olan tələbatını ödəmək məqsədilə istifadə edir. Su Ceyranbatan su anbarına yönəldilir, böyük vəsait hesabına təmizlənir və paytaxtın içməli su təminatında istifadə olunur".

Professorun fikrincə, burada mühüm bir səhv mövcuddur: “Hələ Ulu öndər Heydər Əliyev də çıxışlarında qeyd etmişdi ki, Kür çayından su Araz çayına qovuşmamışdan əvvəl götürülməlidir. Çünki Araz çayı Ermənistan ərazisində, eləcə də müəyyən dərəcədə Azərbaycan ərazisində müxtəlif çirklənmələrə məruz qalır. Bu məsələyə yenidən baxılmalı və həmin səhv aradan qaldırılmalıdır.

İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Azərbaycanın əsas su ehtiyatlarının böyük hissəsi nəticədə Kür və Araz vasitəsilə Xəzər dənizinə axır. Halbuki ölkə ərazisində Kür və Arazın çoxsaylı qolları mövcuddur. Mən dəfələrlə qeyd etmişəm ki, yağış sularının axıb itməsinin qarşısı alınmalıdır. Nəyə görə? Çünki yağış suları təmiz sulardır. Onları toplamaq, xüsusi su anbarlarında saxlamaq və sonradan içməli su kimi istifadə etmək mümkündür. Bu məqsədlə tikiləcək su anbarları ənənəvi anbarlardan fərqlənməlidir. Dünya təcrübəsinə uyğun olaraq onlar daha dərin olmalıdır. Həmçinin bəndlər və anbarlar elə layihələndirilməlidir ki, onların müəyyən hissəsi torpaqla təmasda olsun. Bu, həm torpağın təbii funksiyalarını qoruyur, həm də ətrafda biosistemin formalaşmasına imkan yaradır. Belə ərazilərdə ağaclar əkmək, yaşıllıq zolaqları yaratmaq mümkündür. Suyun torpaqla təbii təması nəticəsində onun keyfiyyəti daha yaxşı qorunur və suyun iylənməsinin qarşısı alınır.

Bu su anbarları həm də dərin olmalıdır ki, suyun hava ilə təmas səthi minimum olsun və buxarlanma səviyyəsi aşağı düşsün. Bildiyiniz kimi, Xəzər dənizində buxarlanmanın həcmi ora daxil olan suyun həcmindən çox olduğu üçün bu gün dənizdə su səviyyəsinin azalması müşahidə olunur.

Məhz buna görə də yağış sularının toplanacağı su anbarları xüsusi formada layihələndirilməlidir".

Rauf Sultanov digər çıxış yollarından da danışıb: “Azərbaycan ərazisi amfiteatr formasındadır. Burada həm yüksək dağlıq, həm dağətəyi, həm də düzənlik sahələr mövcuddur. Dağlardan axan sular dağətəyi ərazilərə çatmamış xüsusi şlüzlər vasitəsilə toplanmalı və su anbarlarına yönəldilməlidir. Bundan əlavə, su anbarına qədər müəyyən məsafələrdə şlüzlər qurulmalıdır ki, su sürətlə deyil, sakit axınla hərəkət etsin. Bu zaman müxtəlif qarışıqlar çökərək ayrılır və daha təmiz su əldə etmək mümkün olur. Eyni prinsip dağətəyi ərazilərdən Araz hövzəsinə doğru axan yağış sularına da tətbiq edilməlidir. Bu sular Azərbaycanın çox qiymətli təbii sərvətlərindən biridir. Bu gün Sumqayıt şəhərində Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı böyük layihə həyata keçirilir. Artıq sübut olunub ki, yüksək təzyiq texnologiyalarından istifadə etməklə Xəzərin suyunu təmizləyib yüksək keyfiyyətli içməli su əldə etmək mümkündür və bu su Bakı şəhərinin təminatında istifadə oluna bilər.

Lakin burada maraqlı bir məntiq ortaya çıxır. Necə olur ki, yağış sularını əvvəlcə Kür və Araz vasitəsilə Xəzərə axıdırıq, daha sonra isə həmin suyu yenidən Xəzərdən götürərək böyük vəsait hesabına təmizləyirik? Halbuki həmin yağış sularını əvvəlcədən toplamaq və istifadə etmək daha səmərəli və daha ucuz başa gəlir.

Xəzər suyunun duzsuzlaşdırılması texnologiyası xüsusilə Birləşmiş Ərəb Əmirliklərində geniş tətbiq olunan və mühüm nəticələr verən layihələrdən biridir. Bu, vacib istiqamətdir. Lakin daha vacibi yağış sularının Xəzərə çatmadan toplanması və təmizlənməsidir".

Professor rayonlarda mövcud olan içməli su qıtlığı haqda isə qeyd edib: “Müşahidə edirik ki, bəzi kəndlərdə insanlar çaylardan 300-400 metr məsafədən şlanqlarla su gətirməyə məcbur qalırlar. Həyətyanı sahələrdə ağaclar quruyur, insanlar tərəvəz və bostan məhsulları yetişdirə bilmirlər. Bu faktlar göstərir ki, Azərbaycanın suya olan tələbatı olduqca böyükdür. Buna görə də yağış sularının toplanması, təmizlənməsi və ölkə üzrə müxtəlif zonalarda istifadəsi gələcək üçün strateji əhəmiyyət daşıyan məsələlərdən biridir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyun 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri