Icma.az
close
up
RU
Qafqazda ən az su Azərbaycandadır: Yağış da boşuna axıb

Qafqazda ən az su Azərbaycandadır: Yağış da boşuna axıb

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycanda su qıtlığı müşahidə olunur ki, bu da ən böyük problemdən biridir.

Son illər ölkədə bir sıra su anbarları tikilməsinə, Xəzərin suyunun duzsuzlaşdırılması istiqamətində addımlar atılmasına, paytaxtda və regionlarda yağış suyunun evlərə belə, dolmasına baxmayaraq yenə su qıtlığı müşahidə olunur. 

Hətta kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycan 2050-ci ilədək su qıtlığından ən çox təsirlənəcək 35 ölkədən biri ola bilər.

Onun sözlərinə görə, son illərdə iqlim dəyişikliyi fonunda həm su ehtiyatlarının azalması, həm də yağıntıların rejimində ciddi dəyişikliklər müşahidə olunur: 

“Yağışların düşmə müddəti və tezliyi dəyişir ki, bu da aqrar sektora birbaşa təsir göstərir. Ölkəmiz 2050-ci ilə qədər su qıtlığından əziyyət çəkəcək 35 ölkə sırasında olacaq”. 

Doğrdanmı sululuq səviyyəsinə görə, Azərbaycan dünyada, eləcə də Cənubi Qafqazda ciddi problemlə üzləşib, hazırda problemlər nədən qaynaqlanır?

Məsələ ilə bağlı Akademik Həsən  Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev “Cebheinfo.az”-a bildirib ki, Cənubi Qafqazda ən az su ehtiyatına malik olan ölkə Azərbaycandır:

“Ölkəmizin su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır. Hazırda Azərbaycanın su ehtiyatı təxminən illik 26-28 kubmetrdir. Bu su ehtiyatının 70 faizdən çoxu Azərbaycan ərazisindən kənarda formalaşır.

Bu gün Azərbaycan su qıtlığı olan ölkələr sırasında yer alır. Amma ölkəmizdə alternativ su mənbələri var, məhz Xəzər dənizinin suyunun duzsuzlaşdırılması nəticəsində su əldə etmək olur.

Hazırda Sumqayıt sənaye zonasında, Xəzər dənizinin sahilinə yaxın 20 hektar sahədə - müvafiq texniki və ekoloji meyarlar əsasında “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu” tikilib və həmin sudan da texniki su kimi istifadə etmək olur.

Azərbaycanın qərb zonasında, çayların suyundan qənaətlə istifadə etmək lazımdır. İndi müəyyən olunub ki, quraqlıq ərazilərdə atmosferdən də su ehtiyatı yığmaq mümkündür. Belə layihələr var və onu reallaşdırsalar yəqin ki, su ehtiyatı müəyyən qədər arta bilər.

Azərbaycanın əsas su təminatı Kür çayıdır ki, ildə təxminən 10 kubmetr su ötürülür. Bu çay bir çox rayonlardan keçir, burada kanallar çəkilib. Ancaq həmin  kanallar bir neçə il bundan əvvəl çəkildiyinə görə, artıq borular istismar müddətini başa vurub.

Yeni texnikadan, plastik borulardan istifadə edib kanalları yenidən qurmaqla oradakı axan su itkisini azaltmaq olar. Şimal zonasından dənizə tökülən çaylar var. Hazırda Şabranda Taxtakörpü deyilən su anbarı tikilib, yığılan su birbaşa Ceyranbatana ötürülür. Ümumiyyətlə, Azərbaycanda su ehtiyatı azdır”.

Onun sözlərinə görə, yeganə çıxış yolu odur ki, qənaət rejiminə keçmək, Xəzər dənizinin suyunu təmizləyib ondan istifadə etməklə balansı saxlamaq olar:

“Bu il yağıntının miqdarı çox oldu. Amma bu yağıntıdan istifadə edə bilmirik. İnkişaf etmiş ölkələrdə şəhərlərdə evlərin üzərində olan avadanlıqlar vasitəsilə yağış suyunu yığırlar. Bizdə o infrastruktur yoxdur.

Hazırda biz kənd təsərrüfatında da suvarma üsuldan istifadə edirik. Əslində damcı üsulu ilə suvarmada qənaət etmək olar. Təbiətin verdiyi sudan maksimum istifadə etsək, bizə su bəs edər. 

Ancaq bu il nə qədər yağış yağdı, sel oldu, onları toplamaq lazım idi. Xüsusilə də su anbarları tikmək, sonradan o suları yığıb istifadə etməklə bağlı layihələr işlənə bilər. Bu il nə qədər evləri, kəndləri su basdı, həmin suları yığmaq olardı.

Bəzi ərəb ölkələrində səhrada su hovuz düzəldirlər ki, yağış olan həmin sudan sonradan istifadə etmək mümkün olsun. Xatırladım ki, 1960-cı illərdə Xəzərin şərq sahillərində “Aktauda” su hovuzuna bənzər zavod tikilmişdi, atom enerjisi ilə işləyirdi.

Zavod bir milyon əhalini həm içməli su, həm də texniki su ilə təmin edirdi. Hazırda Xəzərin suyundan istifadə etmək olar. Bu gün ölkədə su qıtlığı problemi məhz infrastrukturla bağlıdır. Yağan yağışları toplamaq mümkün olsaydı, indi xeyli su ehtiyatı olardı”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

 

Açar sözlər: su Əmir Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri