Icma.az
close
up
RU
Qafqazda tarixi proses: sülh sazişi ilə bağlı yeni dövr

Qafqazda tarixi proses: sülh sazişi ilə bağlı yeni dövr

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşması region üçün tarixi əhəmiyyət kəsb edir. Vaşinqtonda əldə olunan tarixi razılaşmalar, xarici işlər nazirlərinin sülh sazişini paraflaması və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması sülh prosesinin institusional əsaslarla irəliləməsinə imkan yaradıb. Azərbaycanın ardıcıl və prinsipial diplomatik siyasəti, həmçinin beynəlxalq dəstək bu prosesi geridönməz xarakterə çevirən mühüm amillərdəndir.

Eyni zamanda, Ermənistan daxilində revanşist və anti-Azərbaycan qüvvələrin fəaliyyəti, Moskva və Tehran kimi regional aktorların skeptik yanaşmaları, həmçinin qlobal və regional geosiyasi dəyişikliklər sülh prosesinə təsir göstərən kritik faktorlar kimi qalır. Xüsusilə Zəngəzur dəhlizi və TRİPP marşrutunun reallaşması, həm siyasi, həm də iqtisadi cəhətdən regionun gələcək inkişafını müəyyənləşdirəcək. Bu fon Azərbaycan–Ermənistan sülh müqaviləsinin yaxın dövrdə imzalanmasının perspektivlərini həm şərtləndirir, həm də prosesin mürəkkəbliyini ortaya qoyur.

Qafqazda sülh mərhələsi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycan hökuməti sülh sazişini ədalətli, beynəlxalq hüquqa əsaslanan və qarşılıqlı hörmət prinsiplərinə söykənən siyasi-hüquqi sənəd kimi görür.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri arasında ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüş Prezident Donald Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə ilə sülh prosesinin geridönməz xarakter aldığını açıq şəkildə təsdiqlədi: “Birgə Bəyannamədə ölkələr arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyinin xüsusi vurğulanması onu göstərir ki, tərəflər artıq münaqişə mərhələsini geridə qoyaraq institusional sülh mərhələsinə keçid ediblər. 2025-ci il Azərbaycan–Ermənistan münasibətlərində davamlı sülhün formalaşması baxımından həlledici mərhələ kimi tarixə düşüb. 2025-ci ilin mart ayında mətni tam razılaşdırılan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş avqustun 8-də Vaşinqtonda paraflanıb. Onun sözlərinə görə, eyni zamanda ATƏT-in Minsk Qrupunun və əlaqəli mexanizmlərin fəaliyyətinin dayandırılması barədə qərar münaqişənin beynəlxalq gündəlikdən çıxarılmasının hüquqi-siyasi təsdiqi oldu.

Dekabrın 1-də ATƏT-in 57 üzv dövlətinin qərarı ilə Ermənistan–Azərbaycan münaqişəsi tarixin arxivinə göndərildi. Bu, Azərbaycanın 2020 və 2023-cü illərdə əldə etdiyi hərbi-siyasi nəticələrin diplomatik masada beynəlxalq hüquq çərçivəsində təsdiqlənməsi deməkdir.

2026-cı ildə sülh sazişinin imzalanması və ratifikasiyası üçün Ermənistan Konstitusiyasının preambulasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması əsas şərt olaraq qalır.

Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamədə bu məsələ açıq şəkildə əksini tapıb və bu, Ermənistan qarşısında konkret hüquqi öhdəlik formalaşdırır”.

Rizvan Nəbiyev təhlükəsizlik müstəvisində ən ciddi risklərin Ermənistan daxilində revanşist meyllərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə regionda güc balansını köklü şəkildə dəyişib və bu amil sülh prosesinin əsas təminatçılarından biridir: “Bakının güclü mövqeyi potensial yeni hərbi qarşıdurma riskini minimuma endirir. Bununla belə, Ermənistanda bəzi siyasi qüvvələrin anti-Azərbaycan ritorikası sülhün davamlılığına mənfi təsir göstərə bilər. Rusiyanın Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı rolunun zəifləməsi ABŞ və Türkiyənin prosesdə fəallaşması üçün yeni imkanlar yaradıb. Xüsusilə Vaşinqtonda qəbul edilən razılaşmalar ABŞ-ın regionda artan diplomatik təsirinin göstəricisidir.

Vaşinqton razılaşmaları Zəngəzur dəhlizi və TRİPP marşrutunun reallaşdırılması baxımından da strateji əhəmiyyət daşıyır.

Bu layihələr regionun uzun illər davam edən nəqliyyat-tranzit izolyasiyasını aradan qaldırmaqla yanaşı, Cənubi Qafqazda sülhü iqtisadi əsaslarla möhkəmləndirən real mexanizm rolunu oynayır”.

Deputat qeyd edib ki, Azərbaycan tərəfindən Ermənistana münasibətdə ticarət və humanitar istiqamətdə atılan addımlar etimad quruculuğu baxımından mühüm əhəmiyyət daşıyır və 2026-cı ildə diplomatiyanın əsas vəzifəsi məhz dayanıqlı sülhün hüquqi və siyasi cəhətdən tam təsbit edilməsidir.

“Sülh müqaviləsi artıq real mərhələdədir”

Milli Məclisin deputatı Elman Nəsirov vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması heç vaxt indiki qədər real və yaxın olmayıb: “Xüsusilə ötən ilin avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi razılaşmalar, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsini paraflaması bu proses üçün geniş imkanlar pəncərəsi açıb.Mövcud dinamika fonunda 2026-cı ilin Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olduğu il kimi tarixə düşməsi tamamilə mümkündür. Bu gün sülh üçün həm siyasi iradə, həm də beynəlxalq dəstək mövcuddur. Prosesin bu mərhələyə gəlib çatması Azərbaycanın prinsipial və ardıcıl siyasətinin nəticəsidir. Buna baxmayaraq, regionda gedən geosiyasi proseslər diqqətdən kənarda saxlanılmamalıdır”.

Onun sözlərinə görə, Moskva və Tehran Vaşinqton razılaşmalarına skeptik yanaşır və müxtəlif yollarla sülh prosesini ləngitməyə çalışırlar: “Xüsusilə Zəngəzur dəhlizi, yaxud bəzi dairələrdə adlandırıldığı kimi Tramp marşrutu məsələsində Rusiya və İran açıq şəkildə sərt mövqe nümayiş etdirir və bu prosesə mane olmağa cəhd göstərirlər.Rusiyanın təbliğat maşını bu istiqamətdə artıq aktiv fəaliyyətə başlayıb. Kremlin əsas təbliğat ruporlarından biri olan Vladimir Solovyovun son açıqlamaları bunu açıq şəkildə sübut edir.Solovyov açıq mətnlə bildirir ki, ABŞ Monro doktrinasına əsaslanaraq Qərb yarımkürəsində hegemonluq edirsə, Rusiya da postsovet məkanını öz eksklüziv təsir zonası hesab etməlidir. Bu yanaşma beynəlxalq hüquqa və müasir geosiyasi reallıqlara ziddir”.

Elman Nəsirov qeyd edib ki, bu cür bəyanatlar Rusiyanın Cənubi Qafqazda baş verən son proseslərdən, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı Vaşinqtonda əldə edilən razılaşmalardan ciddi narahatlığının göstəricisidir. Deputat əlavə edib ki, Tehran da analoji mövqedən çıxış edir və regionda status-kvonun dəyişməz qalmasına çalışır.
Hazırda İranın diqqəti daha çox daxili problemlərə yönəlib. İranda dərin siyasi və iqtisadi böhran yaşanır. Bu amil Tehranın regional proseslərə real təsir imkanlarını xeyli məhdudlaşdırır.
Vaşinqton razılaşmalarının arxasında ABŞ kimi qlobal gücün dayanması Zəngəzur dəhlizinin reallaşmasını labüd edir. Bu, artıq qarşısıalınmaz prosesdir. Zəngəzur dəhlizi açılacaq, regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşacaq. Bu, sadəcə zaman məsələsidir”.

Günelı Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri