Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

“Cənubi Qafqazda qarşısıalınmaz proses başlayıb”

“Cənubi Qafqazda qarşısıalınmaz proses başlayıb”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqtonun bölgədəki maraqları Bakının mövqeyi ilə üst-üstə düşür 

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iş­tirakı ilə baş tutan görüş, burada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları Sülh Bəyannaməsi beynəlxalq gündəmdə müzakirə olunan ən ak­tual mövzudur. ABŞ liderinin “Tarixi gün” adlandırdığı Vaşinqton görüşündə əldə olunan razılaşmanın əhəmiyyəti, sülh perspektivinə verəcəyi töhfələrin xarakteri nədən ibarətdir? Bu, eləcə də digər suallarımızı Qərbi Kaspi Uiversitetinin professoru, politoloq Fikrət Sadıxov cavablandırır. 

– Fikrət müəllim, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü və orada imzalanan sənəd­ləri tarixi və hüquqi cəhətdən necə dəyərləndirərdiniz?

– Birmənalı olaraq deyə bilərik ki, Vaşinqton görüşünün və orada əldə olu­nan diplomatik uğurun həm tarixi, həm də siyasi əhəmiyyəti kifayət qədər bö­yükdür. Bu tarixi hadisəni bir neçə kon­tekstdən qiymətləndirmək lazımdır. Va­şinqton sammitinin nəticələri iki ölkəni sülhə daha da yaxınlaşdıran real yol xə­ritəsidir. Sülh sazişi mətninin paraflan­masının bəyan edildiyi sənədi ABŞ Pre­zidenti Donald Trampın da imzalaması xüsusi önəm kəsb edir. Bunu tərəflərə siyasi dəstək və hüquqi təminat verən amil kimi qəbul etmək lazımdır. Düşü­nürük ki, bundan sonra rəsmi İrəvan bu istiqamətdə konkret və ciddi addımlar atmalıdır. İmzalanmış ikitərəfli bəyan­namədə ATƏT-in Baş katibinə Minsk qrupunun ləğv olunması ilə bağlı birgə müraciətin yer almasına həmin qrupun həmsədr ölkələrindən biri kimi rəsmi Vaşinqtonun da müsbət yanaşması təq­dirəlayiq haldır. Əslində, bu təklifin müəllifi Bakıdır və məsələnin həlli, ilk növbədə, Azərbaycanın uğurudur. 

– Vaşinqtonda, həmçinin ABŞ və Azərbaycan arasında imzalanan ikitərəfli bəyannamədə münasibətlə­rin strateji xarakter aldığı təsdiqlən­di. Sizcə, bu sənəd tərəflərə hansı di­videndləri gətirəcək?

– Həmin sənəd özündə ABŞ və Azərbaycanın partnyorluq münasibətlə­rinin yüksək səviyyətə qalxacağını ehti­va edir. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün işçi qrupunun yaradıl­ması ondan xəbər verir ki, rəsmi Va­şinqtonun Cənubi Qafqaz regionunda maraqları var və burada Azərbaycanın yerini və rolunu yüksək qiymətləndi­rir. Bu bölgədə məhz ölkəmizlə strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətini nümayiş etdirən ABŞ-la Azər­baycanın maraqları əksər istiqamətlərdə üst-üstə düşür. Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı artıq müəyyən razı­lıq əldə olundu. Açıq deməliyik ki, bu, Azərbaycan diplomatiyasının qazan­dığı nailiyyətdir. Dövlətimizin başçısı bizim üçün çox böyük əhəmiyyət kəsb edən bu marşrutun açılması ilə bağlı dəfələrlə bəyanatlar vermiş və konkret addımlar atmışdı. Ermənistan rəhbər­liyi də Bakının mövqeyindən xəbərdar idi. Aydın məsələdir ki, Zəngəzur dəh­lizinin istifadəyə verilməsi təkcə Azər­baycanı deyil, Ermənistanı da qane edəcək, bizimlə yanaşı, ermənilərin də Türkiyəyə yolu açılmış olacaq. Regio­nun və kənar dövlətlərin də maraqlarına cavab verəcək bu nəqliyyat marşrutu­nun ABŞ şirkətinə icarəyə verilməsi hər iki trərəf üçün məqbul variantdır. Onu da qeyd etmək istərdik ki, bu layihənin reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik qa­biliyyəti, vaxtı və məqamı peşəkarcası­na düzgün qiymətləndirməsi önəmli rol oynadı.

– Sözünüzün qüvvəti, Vaşinqton­da ikitərəfli görüş zamanı ABŞ Prezi­denti Donald Tramp İlham Əliyevin liderlik qabiliyətini xüsusi olaraq qeyd etdi...

– Bəli. Bu, heç də təsadüfi hadisə deyildi. Çünki həm bu görüşə aparan yolun, həm sülh danışıqlarının belə yüksək formatda yekunlaşmasının arxi­tektoru məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Axı, sadaladığımız bü­tün məsələləri Bakı çoxdan qaldırmışdı. Qırx dörd günlük müharibə qurtarandan dərhal sonra İlham Əliyev sülh gündəli­yini irəli sürmüşdü. Beş prinsipə əsasla­nan sülh təşəbbüsləri son günədək danı­şıqlar masasının üzərində idi. Müəyyən əlavələrlə məhz Bakının hazırladığı sülh sazişinin mətni üzrə ikitərəfli ra­zılaşma əldə edildi. Hesab edirik ki, bundan Ermənistan da müəyyən divi­dendlər qazanacaq. İrəvan həm Azər­baycan, həm də Türkiyə ilə sülhə nail olacaqsa, sərhədlər açılacaq. Doğrudur, hələlik münasibətlərin tam mənada bər­pa olunması, dostluq əlaqələrinin qurul­ması mümkün deyil. İndiki mərhələdə bu məsələlər gündəmdə yoxdur. Amma normal qonşuluq siyasəti yürüdüləcək. Bir şərtlə ki, Ermənistan hakimiyyəti konstitusiyasına zəruri düzəlişləri hə­yata keçirən. Ondan sonra Azərbaycan–Ermənistan münasibətləri daha açıq və şəffaf müstəviyə transformasiya oluna bilər. 

– Yenidən Vaşinqton görüşünə qayıdaraq sülh marafonunun finişə heç də rahat yolla çatmadığına nəzər salmanızı xahiş edərdik. 

– Sirr deyil ki, Cozef Baydenin prezidentliyi dövründə ABŞ administ­rasiyasının açıq ermənipərəst mövqeyi nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər görmüşdü. 2024-cü ildə Donald Trampın yenidən prezident se­çilməsi iki ölkə arasında münasibətləri qaydaya salmaq üçün imkan yarandı. Donald Trampın prezident kimi və­zifələrinin icrasına başladığı cari ilin yanvar ayından keçən qısa müddət ər­zində iki ölkə rəhbərinin tapşırığı ilə mütəmadi təmaslar həyata keçirildi və yüksək səviyyəli siyasi dialoq üçün zə­min hazırlandı. Bu gün biz həmin dip­lomatik hazırlıq mərhələsinin yekunu olaraq Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri arasında sülhün təməlini təşkil edən Memorandumun imzalanmasının şahidi olduq. Üçtərəfli sənəddə təkcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaş­lığa yönəlik yeni, qarşısıalınmaz prose­sin başlanğıcı sayıla bilər. Bəli, Vaşinq­ton görüşünə qədər sülh danışıqlarında bir çox nüanslar olub. Onlar həm yaxın, həm də uzaq perspektivdə müzakirə mövzusu olacaq. İndi əsas odur ki, sülh sazişinin mətnini paraflayan Memoran­dumda öz əksini tapmış bütün maddələr Ermənistan tərəfindən həyata keçirilsin və praktiki addımlarla müşayiət olun­sun. Bakı buna çoxdan hazırdır və son söz İrəvanındır. 

– Yəni, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün artıq heç bir maneənin qalma­dığını söyləmək olarmı?

– Sülh sazişinin mətninin paraf­lanması onun imzalanması yolunda atılan çox vacib addımdır. Azərbaycan Prezidentinin görüşdən sonra verdiyi müsahibəsində dediyi kimi, Ermənis­tanın yerinə yetirməli olduğu ev tap­şırıqları hələ durur. Yuxarıda dediyi­miz kimi, burada söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas şərtinin – Ermənistanın konstitusiya­sından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasından gedir. Nikol Paşinya­nın Bakının ATƏT-in Minsk qrupu­nun ləğvi barədə təklifinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişə şərait yaratmaq öhdəliyini yenidən təsdiqlən­məsi, eləcə də “Azadlığa dəstək Aktı”­na 907-ci əlavənin aradan qaldırılması İlham Əliyevin prinsipial mövqeyinin bir daha təsdiqi və Azərbaycanın tarixi uğurudur. 

Söhbəti yazıya aldı:
İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see488

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see300

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see297

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see291

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see240

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see237

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see229

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see225

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see220

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see213

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see206

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see193

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see186

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see184

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see181

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see171

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see170

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see170

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see169

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri