Icma.az
close
up
RU
“Qafqazinfo” xəbər verir ki, 15 il oldu! Video

“Qafqazinfo” xəbər verir ki, 15 il oldu! Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur. 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.

İstər ölkədaxili, istərsə də dünyada baş verən xəbərləri işıqlandırmaq məqsədilə hər il sıralarımızı genişləndirir, peşəkarları, perspektivli gəncləri ətrafımıza toplayır, həm öyrənir, həm öyrədirik.

Paytaxtdan başqa, regionlarda da olan hadisələrdən anında xəbər tutmağınız üçün bölgə müxbirlərimiz işləyir. 

Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir. 

Gələcək hədəfləri aydın olan “Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. Artıq iki ildir ki, instaqram, feysbuk və teleqram hesablarımız rəsmi olaraq təsdiqlənib.

Qeyd etməliyik ki, “Qafqazinfo”nun sosial şəbəkələri Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir. Ötən ay instaqramda təkcə bir video 3 milyondan çox izlənilib. Eyni zamanda 2023-cü ildə feysbuk hesabımızda “Bakıda gənclərin “ölüm oyunu” adlı video 78 milyon baxılıb.

İyulun 16-dan avqustun 16-na kimi olan 1 ayda isə “Qafqazinfo”nun instaqram hesabına 131 milyondan çox baxış olub.

İnstaqramda yarım milyondan çox - 583 min, feysbukda 221 min, teleqramda 30 min, TikTok-da 102 mindən çox, yutubda isə 78 min izləyici xəbərləri sözügedən platformadakı hesablarımızdan əldə edir. 

Ani bildiriş, sürətli yenilənmə funksiyaları olan mobil tətbiqimiz də həm İOS, həm də Android tipli telefonlar üçün fəaliyyət göstərir.

Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir. 

15 ildir məlumatları “Qafqazinfo” xəbər verir ki” sözü ilə oxuyan, hətta bəzən xəbər mənbəyinə çevrilən hər bir oxucumuza təşəkkür edirik!

İllərini “Qafqazinfo”ya verən əməkdaşlarımızla daha yaxından tanış olmaq üçün hazırladığımız qısa videomaterialı təqdim edirik:

Videonu buradan izləyə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Avqust 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri