Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Xərçəng dərmanlarının saxtakarlığı: Bu, Azərbaycanı da narahat etməlidir

Xərçəng dərmanlarının saxtakarlığı: Bu, Azərbaycanı da narahat etməlidir

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə xərçəng xəstələri üçün nəzərdə tutulan dərmanlarla bağlı dəhşətli bir cinayət şəbəkəsi aşkarlanıb.

Məlum olub ki, istifadə müddəti bitmiş onkoloji preparatların qutuları və qablaşdırmaları dəyişdirilərək, son istifadə tarixi yenilənmiş kimi göstərilib və yenidən satışa çıxarılıb. Üstəlik, bu dərmanların təkcə Türkiyədə deyil, xarici ölkələrdə də satıldığı iddia olunur.

Noyabrın 2-də İstanbul mərkəzli 11 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. İstintaq çərçivəsində 24 şübhəli, 4 şirkət və 5 iş yeri müəyyən edilib. Şübhəlilər arasında dövlət qulluqçularının da olduğu bildirilir. 22 nəfər saxlanılıb. Maliyyə araşdırmaları zamanı isə təxminən 650 milyon türk lirəsi həcmində şübhəli əməliyyat aşkarlanıb.

Bu xəbər, ilk növbədə, Türkiyədəki dərman bazarına aid cinayət işi kimi görünə bilər. Amma məsələni yalnız Türkiyənin daxili problemi hesab etmək sadəlövhlük olardı.

Azərbaycanda xeyli insan onkoloji dərmanları Türkiyədən gətirdir. Bu, artıq geniş yayılmış praktikadır. İnsanlar bəzən ölkədə dərmanın tapılmaması, bəzən qiymət fərqi, bəzən də Türkiyədəki dərmanlara daha çox etibar etmələri səbəbindən bu yola əl atırlar. Söhbət adi preparatlardan da getmir. Bunlar qiyməti çox yüksək olan, müalicənin həyati əhəmiyyət daşıyan mərhələlərində istifadə edilən dərmanlardır.

İndi isə ortaya çox ciddi sual çıxır. Bəs Türkiyədən Azərbaycana gətirilən dərmanların təhlükəsizliyinə kim zəmanət verir?

Əgər istifadə müddəti bitmiş onkoloji preparatların qablaşdırması dəyişdirilərək yenidən satışa çıxarılırsa və bu məhsullar xarici bazarlara da yönəldilirsə, Azərbaycan bu riskdən necə sığortalanıb? Dərmanı Türkiyədən gətirən vasitəçinin, kuryerin, yaxud fərdi alıcının onun mənşəyini və saxlanma tarixçəsini yoxlamaq imkanı varmı?

Məsələnin daha təhlükəli tərəfi odur ki, saxtalaşdırılmış dərmanı adi istehlakçı gözlə müəyyən edə bilməz. Qutu orijinala bənzəyə bilər, üzərindəki son istifadə tarixi də qaydasında görünə bilər. Amma dərmanın içində nə olduğunu, hansı şəraitdə saxlandığını və həqiqətən istehsalçının məhsulu olub-olmadığını yalnız müvafiq yoxlama ilə müəyyənləşdirmək mümkündür.

Əgər bu cür hallar genişlənərsə, nəticəsi nə olacaq? İnsanlar minlərlə manat ödəyərək aldıqları dərmanın saxta olduğunu bilmədən müalicələrini davam etdirəcəklər. Ən pisi isə odur ki, belə bir saxtakarlığın nəticəsini sonradan geri qaytarmaq mümkün olmaya bilər.

Burada məsuliyyət təkcə Türkiyə hüquq-mühafizə orqanlarının üzərinə düşmür. Azərbaycan da məsələni ciddi şəkildə araşdırmalı, xaricdən gətirilən onkoloji dərmanların qanuni dövriyyəsinə, mənşəyinə, orijinallığına və saxlanma şəraitinə nəzarət mexanizmlərini gücləndirməlidir.

Müvafiq dövlət qurumları bu xəbərə münasibət bildirməli, Türkiyədən gətirilən onkoloji preparatlarla bağlı risklərin qiymətləndirilməsi istiqamətində konkret addımlar atmalıdır. Xəstələr və onların yaxınları isə dərmanların təhlükəsizliyini yoxlamaq üçün əlçatan mexanizmə malik olmalıdırlar.

Bir ölkədə aşkarlanan cinayət şəbəkəsi başqa ölkədə minlərlə insanın sağlamlığı üçün riskə çevrilə bilər. Dərman alverində sərhədlər var, amma saxtakarlığın və onun nəticələrinin sərhədi yoxdur.

Onkoloji dərman bazarında saxtakarlıq sadəcə ticarət fırıldağı deyil. Bu, insanların həyatına qarşı cinayətdir. Azərbaycan bu təhlükəni öz sərhədlərinə çatandan sonra deyil, indidən ciddiyə almalıdır.

Elmar
Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri